Leyli və Məcnun (Hatifi)

"Leyli və Məcnun"Hatifinin "Xəmsə" toplusuna daxil olan üçüncü əsəridir.

Leyli və Məcnun
Müəllif Abdullah Hatifi
Janr məsnəvi
Orijinalın dili fars dili
Əvvəlki Şirin və Xosrov
Sonrakı Yeddi səyyah

Əsərin başlanğıcında oğulsuz atanın iztirabları və Məcnunun doğulması göstərilir. Burada Məcnun doğulduğu gündən aşiqdir. Məcnun böyüyür, məktəbə gedir və Leyli ilə sevişir. Leylinin anası işdən xəbər tutub qıza nəsihət verir:

" Min aşiq olsa da
Məşuqə olmaq sənə nə layiq!
Namusumuzu elə verdin,
Ərəblərin qaxıncına saldın,
Boş yerə insanlar içində
Minillik namusu itirdin.
[1]
"

Leyli inkar edir və onu daha məktəbə buraxmırlar. Məcnun ayrılıqdan fəryad edib məktəbi tərk edir. O, hiylə ilə sevgilisinin görüşünə gəəlir, bir gün libasını dəyişib gözlərini bağlayır, Leylinin qapısında yıxılıb əlindən tutmaq üçün yalvarır, Leyli onu tutub qaldırır, bir gün dilənçi libasında gedib ondan pay alır. Artıq eşqi məlum olub Məcnun adı ilə çağırılır.

Atası, Leyli evdədir deyə onu gətirir, anası ilə görüşür, nəsihət edirlər. Məcnun bu işdə ürəyi müqəssir olduğunu söyləyir və yenə evdən qaçır. Atası çarə axtarır, çillənişin şeyxin yanına gedib dərdini söyləyir, başqa tədbirlərə əla tır, bir fayda vermir. Qəbilə qocaları elçiliyə gedirlər. Qızın atası oğlanın divanəliyindən danışır. Məcnunu çağırırlar, gəlir, Leylinin itini görüb qucaqlayır, onu öpür və tərifləyir. Leylinin atası bunu görür. Ata, güşənişin abidin yanına gedir, oğluna şəfa istəyir. O, daha da eşqinin artması haqqında dua etməsini xahiş edir. Ata oğlundan əl çəkir. Leylini isə İbn Salama ərə verirlər. Leyli

" Qılıncla qanımı axıtsalar da,
Məcnundan özgəsinə getmərəm
[1]
"

deyə etiraz edir. Onu sörla ər evinə göndərirlər. O, ərini şillə ilə vurub Məcnunu sevdiyini deyir. İbn Salam nə qədər səy edirsə də, nəticə vermir, axırda o Leylini boşayır. Məcnun Leylinin ərə getməsini eşidib ona məktub yazır və şikayət edir. Leyli cavab məktubunda eşqinə sadiq olduğunu bildirir. Yoldaşları Məcnuna nəsihət verirlər. O, özü özündən şikayət edir. Sevgilisini yuxuda görür, onu görməyə gedir və sevgililər dərdləşirlər. Leyli ixtiyarsızlığından şikayətlənir. Bu zaman xəbərdar olub onu öldürmək istəyən adamın əli göydə qalır. O, Məcnunun ayağına düşüb tövbə edir.

Bu hadisədən xəbərdar olan Nofəl müharibə edib qızı əsir edir. Ancaq qızın gözəlliyini görən Nofəl qızı özü sevir. Məcnunu ortadan qaldırmaq üçün zəhər hazırlayıb ona içirtmək istəyir. Zəhərli şərbəti hazırlayıb səhvən Nofəlin özünə verirlər. O, ölür, atası gəlib Leylini aparır. Məcnun sərvi azad edir.

Dəvə Leylini köçdən ayırıb Məcnunun qərargahına gətirir. Məcnun zəif və qüvvətsiz olur. İki aşiq bir-birini tanımırlar. Leyli ona vüsal tklif edir. Məcnun sevgilisinin rüsvay olmasını istəmir, xəyalı ilə qane olduğunu söyləyir. Leyli vəsiyyət edib ölür. Məcnun da Leylinin qəbri üstündə nalə edib ölür.

Hatifi süjetə yeniliklər gətirir, onu əsrinə uyğunlaşdırır və bu klassik mövzunu çox məharətlə yenidən işləyir ki, bu da əsəri dövrü üçün xarakterik hala gətirir.[2] Çillənişin abid, qadına qarşı mənfi münasibət və sair XV əsr İran həyatı, təriqətlərin hökmran olduğu bir mühit ilə əlaqədar olaraq mövzuya əlavə edilmişdir. Bu mövzuda o öz narazılıqlarını da süjetlə əlaqədar olaraq verir. Bu mövzuda yazılmış bütün əsərlərdən fərqli olaraq Nofəl qalib gəlir və Leylini sevir.[2]

  1. 1 2 Araslı, 1940. səh. 235
  2. 1 2 Araslı, 1940. səh. 237

Araslı, Həmid. Şərqdə Leyli və Məcnun əsərləri (“Nizami” (I kitab)). Bakı: Azərnəşr. 1940. 222.