"Leyli və Məcnun" — özbək şairi Əlişir Nəvainin "Xəmsə" toplusuna daxil olan üçüncü əsərdir. Şair bu poemanı 1484-cü ildə yazmışdır. Əsər Nizaminin "eyni adlı" poemasına nəzirə yazılmışdır.
Leyli və Məcnun | |
---|---|
Müəllif | Nəvai |
Janr | məsnəvi |
Orijinalın dili | özbək dili |
Orijinalın nəşr ili | 1484 |
Əvvəlki | Fərhad və Şirin |
Sonrakı | Yeddi səyyah |
Əlişir Nəvainin Xəmsəsi |
---|
Heyrət ül-əbrar |
Nəvai də əsəri Nizami kimi başlayır. Burada Qeysin doğulması, əzizliklə böyüdülməsi, məktəbə gedib Leylini görməsi və gənclərin sevişmələri təsvir olunur. Qeys məktəbi buraxıb hər gün Leylinin qəbiləsinə gedir. Tezliklə Qeys Məcnun adı ilə məşhurlaşır. Hadisədən Leylinin atası xəbərdar olur, Məcnunun atasına qasid göndərir:
''Kim boylə hadisə - namünasib, Nə bizga və nə singa münasib. Bar irmiş ulus tildə cari Sindən bu əcəb göründür bari Kim undaq iş anglab aşikara, Bu çaqqaça eladın müdara, Kim tapsa işi çünunağa peyvənd, Məcnuna ilac bənd irur bənd... Qıl zəbtin annın çü buldun gah, Mündın sarı kim nəuzibillah, Bulsa yana buyla əmr zahir, Əvvəl anı eyləkümdür axir, Sonra singa dağı qəhr surğüm, Xeyləngin bu dəştdin etir küm. [1] |
Atası Məcnunu zəncirə vurur. Məcnun iztirab çəkir. Leyli gülşəndənqayıdanda İbn Salama rast gəlir. Atası Məcnunu Kəbəyə aparır. O, vəhşilərə qoşulur. Ova çıxmış Nofəlin qovduğu seydlər Məcnuna pənahlanır. Nofəl onunla söhbət edib başına gələnlərdən xəbərdar olur, Məcnun uğrunda Leyli qəbiləsi ilə vuruşur. Leyli qəbiləsi məğlub olduqda atası qızını öldürmək istəyir. Bu hadisəni yuxuda görən Məcnun Nofələ yalvarıb vuruşmanı dayandırır. Bundan sonra Məcnun Zeydə rast gəlir. Zeyd Leyli qəbiləsində yaşayan yoxsul bir adamdır. Nofəlin hücumundan sonra Leyli qəbiləsi qorxudan köçür. Zeyd avara qalır, səhrada Məəcnuna rast gəlib macəranı söyləyir. Məcnun atını, paltarını, qılınc, ox yay və qalxanını ona verir. Məcnun Leyli qəbiləsinin yurdunda qotur itə rast gəlib söhbət edir.
Zeyd Məcnunun sifarişini Leyliyə yetirir və ondan məktub gətirir, Məcnun cavab yazır. Məcnunu atası axtarıb səhrada tapır. Nofəl, Məcnunun qəbiləsilə dostluq edir, birlikdə Məcnunu axtarırlar. Nofəl öz qızını ona verib özünə oğul etmək istəyir. Lakin, Məcnun Leyli sorağındadır. O, Leyli qəbiləsinin çobanı ilə görüşür. Çoban onun halına acıyır və qoyun dərisində Leylinin evinə aparır. Leyli qəbilə qızları ilə sürü kənarına gəlir, Məcnun onu görüb ah çəkir və özündən gedir. Leyli hadisədən xəbərdar olur, o da özündən gedib onun yanında qalır, qızlar bunu görüb özlərini itirirlər. Bu zaman Məcnunun atası gəlib oğlunu aparır.
Məcnunu üzdən-gözdən salıb Nofəlin qızı ilə evləndirir, toy edirlər. Nofəl görür ki, qızı gəlib Məcnunun qarşısında oturur, ona öz sirrini söyləyib əhdə vəfalı olduğunu, başqasını sevdiyini danışır. Məcnun onun sadiq və vəfalı olmasını alqışlayır, baş alıb çəkilir. Nofəl qəzəblənib evinə dönür. Bu zaman qızın aşiqi gizləndiyi yerdən çıxıb öz məşuqəsilə görüşür. O, əlində xəncər saxlayıbmış ki, qızı, Məcnunu və özünü öldürsün. Səhər qızı evdə yalnız tapırlar. Nofəl gəlib öz qızını aparır. Leylini də İbn Salama verirlər. Toy olur, qız gəlin gedir. Lakin, İbn Salam ölür. Toy matəmə çevrilir. Bu zaman yanında özünü öldürmək üçün zəhər saxlamış Leyli bəladan qurtarır. Hər iki aşiqin toyu bir gecədə imiş. Leyli evdə adamların başını qarışıq görüb səhraya çıxır. O, gərdəkdən qaçan Məcnunla rastlaşır. Onlar görüşürlər:
İki göhər uzun buldu bir dürc, iki quyaç ucu buldu bir bürc.[2] |
Onlar sübhə qədər bir yerdə qalırlar, səhər isə ayrılırlar. Məcnun yenə səhraya çəkilir, onun ata-anası ayrılığa dözməyib ölürlər. Leyli xəstələnir, Məcnunun dərdi onu əldən salır. O, anasını çağırıb vəsiyyət edir. Dərdlərini söyləyir və Məcnunu vəziyyət edib ölür. Bu ölümdən xəbər tutan Məcnun, yataqdan qalxıb özünü etdirir və evdə sevgilisinin yanında ölür. Onları bir yerdə dəfn edirlər.
Nizaminin eyni adlı poemasının təsiri ilə "Leyli və Məcnun" mövzusunda məsnəvi yazmış Nəvai, poemanın başlanğıcında nət və minacatdan sonra söz sənətinin yüksəkliyindən danışır və söz gövhərinin mahir ustadı hesab etdiyi Nizami haqqında deyir:
Bu til bilə kimsə tapmadı kam, Cüz, gənc fəşani Gəncə aram. Eyvani-şərif nəhüftə gənci, Mizani-lətif xəzanə sənci. Məna dürimiğə sikkə pərdaz, Üzlət hərəmidə məhrəmi-raz. Sərişteyi-diqqəti girehnak, Hərbir girahidə yüz düri-pak. Gəncineyi-fikri gövhər ayin, Andan barı xalq olub göhərçin. Könlü sədəfi bulub göhərriz, Kilki qamışı dağı şəkərriz. Vəhdət göhərin eligə alğan, Üzlət kəmərin beligə çalğan, Məna hərəmin müsəxxər etgən, Söz bikrini qərqə-ziyvər etgən. Həm Turi-fəzilət üzrə Musa Həm Qafi-qənaət üzrə ənqa Musa imas izsə kilki nağu, Cufi ara müzmər etdi cadu. Ənqa gər iməs nədən həmişə, Söz Qafidə üzlət etdi pişə. Nəzm əhlinin əfsəfi-kəlami, Söz dürriqə müntəzəm Nizami. Ol Gəncədə gənc dik nihani Beş gənc qoyubvəli nişani...[3] |
Daha sonra Nəvai Nizamini təqlid[4] edən Dəhləvinin "Xəmsə" yazmasını qeyd edir. Öz müasiri Əbdürrəhman Camidən danışır.[4]
H. Araslının fikrincə "Nəvainin mövzunu daha orijinal inkişaf etdirməsi, onu bu temada yazan şairlərin hamısından ayırır. Şair, ona qədər olan əsərlərdə yalnız bir müharib kimi təsvir edilən Nofəl obrazını yeni planda verir. O, bu məyus eşqin inkişafını və nəticəsini aydın özbək dilində ifadə edib, xalqının ölməz mədəniyyət yadigarlarından birini yaratmışdır."[5]
Araslı, Həmid. Şərqdə Leyli və Məcnun əsərləri (“Nizami” (I kitab)). Bakı: Azərnəşr. 1940. 222.