"Leyli və Məcnun" — Əmir Xosrov Dəhləvinin "Xəmsə" toplusuna daxil olan üçüncü əsəridir.
Leyli və Məcnun | |
---|---|
Müəllif | Əmir Xosrov Dəhləvi |
Janr | məsnəvi |
Orijinalın dili | fars dili |
Orijinalın nəşr ili | 1298 |
Əvvəlki | Şirin və Xosrov |
Sonrakı | Ayineyi-İskəndəri |
Dəhləvinin “Leyli və Məcnun”unu Nizaminin eyni adlı əsərinin təsiri ilə yazsa da, onun məzmunu bir qədər fərqlidir. Burada Qeys həqiqi bir dəli kimi təqim edilir. Əsərin başlanğıcında Nizaminin istifadə etdiyi xalq ədəbiyyatından gələn stil də yoxdur. O, hadisəni
Bu sirrin qıfılını açan, Söz qapısını belə açır: Bəyənilmiş Qeys doğulduğu gün O qəbilənin üzü parladı, O gecəni işıqlandıran mübarək nurdan Amirilərin günü mübarək oldu.[1] |
deyə başlayır. Qeysin gələcəkdə aşiq olacağını falçılar təyin edirlər. Məktəbdə Leyliyə aşiq olması, Leylinin anasının xəbərdar olub ona nəsihət verməsi, atasının Leylini ev dustağı etməsi təsvir edilir. Məcnun dağa-səhraya düşür, atası onu tapır. Anası elçi getsə də, Məcnunun atası qızı vermir. Bundan sonra hadisələr başqa cür inkişaf edir. Qəbilənin əmiri olan Nofəl Leylini zorla almaq istəyir. Lakin, qızın öz qəbiləsi tərəfindən öldürüləcəyini eşidən Məcnun yalvarıb müharibəni dayandırır.
Burada Leyli ərə verilmir. Ancaq Məcnun evlənir. Atası ondan razılıq alıb Nofəlin qızı Xədicəni ona nikah edir. Böyük toy olur, ancaq Məcnun gərdəkdən səhraya qaçır. Leyli ilə Məcnun bir-birlərini yuxuda görürlər. Leyli bağda oxunan Məcnun qəzəlini eşidir və anasına vəsiyyət edərək ölür. Məcnun da cənazə üstündə ölür.
H. Araslı qeyd edir ki, “Dəhləvinin “Leyli və Məcnun”unda qəhrəmanların xarakter və psixologiyası zəif ifadə edildiyi kimi, süjet də rabitəsiz və qeyri-təbii inkişaf edir. Əsər Nizami-Füzuli məharətindən son dərəcə uzaqdır. Burada verilən obrazlı misralarda Nizaminin təsiri açıq hiss olunur. Əsərin əsas qəhrəmanı olan Məcnun dəli bir şairdir. O, bəzən tərəddüd edir, evlənməyi qərara alsa da, toy gecəsi qaçır.” [1]