Müqəddəs Tanrı anası monastırı (Zar)

Müqəddəs Məryəm Ana monastırıKəlbəcər rayonunun Zar kəndi ərazisində, Xudavəng monastırından 3 km qərbdə, Tərtər çayının sahilində yerləşən tarix-memarlıq abidəsi.

Müqəddəs Məryəm Ana monastırı
Xəritə
40°10′16″ şm. e. 46°15′30″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Kəlbəcər
Yerləşir Zar
Aidiyyatı Alban Həvari Kilsəsi > Erməni Qriqoryan Kilsəsi
Tikilmə tarixi XIII-XVII əsrlər
Müqəddəs Məryəm Ana monastırı (Azərbaycan)
Müqəddəs Məryəm Ana monastırı
Müqəddəs Məryəm Ana monastırının planı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kompleksin ən qədim tikilisi olan Müqəddəs Məryəm Ana kilsəsinin timpanında onun inşa edilmə tarixi və sifarişçisi haqqında məlumat verilmişdir: "çariça, çar Kürikenin qızı…1174-cü il"[1] Ümumilikdə monastır ərazisində səkkiz kitabə oxunmuş və çap edilmişdir ki, onlardan da bəziləri 1174, 1178, 1261-ci illərə aiddir.[1]

Memarlıq xüsusiyyəti

[redaktə | mənbəni redaktə et]

Kompleksə müxtəlif qorunma vəziyyətində olan iyirmidən çox tikili daxildir.[1] Kompleksin ən qədim tikilisi olan Müqəddəs Məryəm Ana kilsəsi onun şimal hissəsində yerləşir. Kilsə planda düzbucaqlı formasına malik olmaqla, tağtavanla örtülmüşdür. Qərb tərəfdən kilsə binasına bitişik düzbucaqlı formalı narteks inşa edilmişdir. Onun qərb girişi orta otağa aparır, böyül cənub-qərb qapısı isə həyətə açılır.[1]

Kilsənin qərb tərəfinə bitişik inşa edilmiş ikinci tikili qədim sovməədir. Sovməənin şimal divarı həm də Müqəddəs Məryəm Ana kilsəsinin qərb divarıdır.[1]

Kompleksin mərkəzində monastırın əsas kilsəsi yerləşir. Üçnefli bazilika formasına malik tikili maraqlı interyerlərə malik olmaqla, bütün memarlıq xüsusiyyətlərini qoruyaraq dövrümüzə çatmışdır.[1] Kilsənin tağtavanı iki pilon və divarönü yarımpilona söykənir. Kilsənin narteksi kvadrat formalı planda inşa edilməklə iki qapıya malikdir. Onlardan biri həyətə açılır, digəri isə sovməəyə.[1]

Monastırın qərb tərəfində mülki məqsədlər üçün istifadə edilmiş tikililər və onların xarabalıqları qalmışdır. Həmin tikililərdən düzbucaqlı plana və tağtavana malik axır binası daha yaxşı vəziyyətdə saxlanmışdır. Monastırın cənub tərəfində bir sıra yaşayış və kommunal məqsədlər üçün istifadə edilmiş tikililər vardır.[1]

Müqəddəs Məryəm Ana monastırına daxil olan bütün tikililərin inşasında yonulmamış kobud çaydaşılarından istifadə edilmiş, yalnız tikililərin yükdaşıyan hissələri və küncləri kobud yonulmuş daşlardan hörülmüşdür.[1]

  1. 1 2 3 4 5 6 7 8 9 Мкртчян, 1989. səh. 41
  • Мкртчян, Ш.М. Историко-Архитектурные Памятники Нагорного Карабаха. Ереван. 1989.