Qulamhüseyn bəy Rəhmətulla bəy[1] oğlu Kazımbəyov (1889, Hasıllı, Lənkəran qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 29 mart 1972, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin və Müsavat və bitərəflər fraksiyasının üzvü.
Qulamhüseyn bəy Kazımbəyov | |
---|---|
11 dekabr 1919 – 27 aprel 1920 | |
Fraksiya | Müsavat və bitərəflər fraksiyası |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1889 |
Doğum yeri | |
Vəfat tarixi | 29 mart 1972 |
Vəfat yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, vəkil, tərcüməçi |
Həyat yoldaşı | Gülxanım Kazımbəyova |
1889-cu ildə Hasıllı kəndində doğulub, sonradan ailəsi ilə birlikdə Qalabazarına köçərək Təzə Alvadı kəndində məskunlaşıb. O, Peterburqda təhsilini başa vurduqdan sonra Azərbaycana qayıtmış və uzun müddət ədliyyə orqanlarında mirzə, vəkil, pristav köməkçisi və digər vəzifələrdə çalışıb. Bu vəzifələri icra edərkən o Lənkəranda, Salyanda, Bakıda yaşamışdır.
Qulamhüseyn bəy Bakıda İosif Stalinin məhkəməsi zamanı məhkəmənin tərcüməçisi olmuşdur.[mənbə göstərin]
Gəncə üsyanından sonra təqiblərdən qaçmaq üçün Qulamhüseyin bəy bir müddət ailəsi ilə birlikdə İranda yaşayır. Bir qədər sonra isə Azərbaycana qayıdıraq Qubada məskunlaşır. Daha sonra isə Bakıya qayıdır və müxtəlif təşkilatlarda hüquqşünas və vəkil kimi çalışır. Lakin, 1937-ci il repressiyası dövründə müsavatçı olduğu üçün izlənilir və həbs edilir. 1937-ci ildə gecə yarısı xəfiyyələr onu aparırlar. Bu zaman o, yalnız "Üzeyir bəyə çatdırın ki, məni apardılar." cümləsini deyə bilir. Üç gün həbsdə qalan Qulamhüseyin bəy dördüncü gün Zülfüqar bəyin müşayiət ilə evlərinə qayıdır.[mənbə göstərin]
Qulamhüseyn bəy Kazımbəyov 29 mart 1972-ci ildə Bakıda vəfat etmişdir.[1] Onun məzarı Novxanı qəbirstanlığında yerləşir.
1916-cı ildən Bakıda yaşayan Qulamhüseyn bəy Sabunçuda yüksək vəzifə tutmuş Prokofi Caparidzenin müavini vəzifəsində çalışmış və onunla dostluq etmidir.
Mart soyqırımı zamanı İçərişəhərin mühafizə olunmasında onun da təşkilatçılığı sayəsində erməni-daşnak qüvvələri geriyə oturdulmuş və bu zaman həm yerli qoçu dəstələrindən, həm də Caparidzenin göndərdiyi "drujinaçılar"dan istifadə olunmuşdur.
Bakı Sovetinin rəhbəri olan Stepan Şaumyana Bakı Sovetinə tabe olan Hərbi Dəniz Donanmasının rəhbəri kimi Prokofi Caparidze teleqram göndərmişdir. Bu teleqramın hazırlanmasında və göndərilməsində Qulamhüseyn bəyin rolu olmuşdur. Teleqramda yazılırdı::
“Əgər sən Bakı küçələrindəki qırğınları dayandırmasan, mən ixtiyarımda olan gəmilərdən Ermənikəndi topa tutduracağam”. |
Qulamhüseyn bəy Azərbaycan Xalq Cümhuriyyət Parlamentinin hüquq bölməsində Xəlil bəylə birlikdə çalışmışdır.
11 dekbar 1919-cu il tarixində Lənkəran qəzasından Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilmişdir. Parlamentin 22 dekabr 1919 tarixli sayca yüz doqquzuncu iclasında isə Qulamhüseyn bəy Kazımbəyovun Müsavat və bitərəflər fraksiyasına üzv olduğu elan edildi.
Aprel işğalından sonra baş vetən Gəncə üsyanının rəhbərlərindən biri Qulamhüseyin bəyin əmisi polkovnik Cahangir bəy Kazımbəyli olur. Qulamhüseyin bəy Gəncəyə gedib Cahangir bəyi razı salaraq, böyük qırğınlardan qaçmaq üçün üsyanı dayandırmaq və gizli fəaliyyətə keçmək daha doğru olduğunu bildirir. Gəncə əhalisinin kütləvi qırğınının qarşısı alınır.[mənbə göstərin]