Məhərrəm Bayramov

Məhərrəm Bağır oğlu Bayramov (13 may 1928, Aşağı Necili, İrəvan qəzası6 yanvar 1981, İrəvan) — Amasiya rayonu Partiya Komitəsinin birinci katibi (1969–1974), Ermənistan KP MK-nın üzvü, Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin sədr müavini, Ermənistan SSR Ali Sovetinin deputatı (VIII–X çağırış), "Sovet Ermənistanı" qəzetinin baş redaktoru (1974–1981)[1], Ermənistan SSR əməkdar jurnalisti[mənbə göstərin].

Məhərrəm Bayramov
bayraq
Amasiya rayon Partiya Komitəsinin birinci katibi
bayraq2
1969 – 1974
ƏvvəlkiHarutun Hakopyan
SonrakıCahangir Əliyev
1974 – 1981
ƏvvəlkiHəbib Həsənov
SonrakıCahangir Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi 13 may 1928(1928-05-13)
Doğum yeri
Vəfat tarixi 6 yanvar 1981(1981-01-06) (52 yaşında)
Vəfat yeri
Partiya
Fəaliyyəti yazıçı, ədəbiyyatşünas, siyasətçi

Təltifləri "Ermənistan SSR əməkdar jurnalisti" fəxri adı "Şərəf nişanı" ordeni

Məhərrəm Bağır oğlu Bayramov 13 may 1928-ci ildə İrəvan yaxınlığındakı Uluxanlı (Masis) rayonunun Aşağı Necili (Sayat Nova) kəndində doğulmuşdur. Burada yeddiillik kənd məktəbini bitirdikdən sonra təhsilini İrəvan pedoqoji məktəbində davam etdirmiş və doğulduğu kənddə bir il müəllim işləmişdir. O, 1947-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunmuş, 1952-ci ildə buranı bitirdikdən sonra Azərbaycan LKGİ MK-da təlimatçı kimi fəaliyyət göstərmişdir. İki il Bakıda işlədikdən sonra 1954-cü ildə İrəvana qayıtmış və burada Ermənistan LKGİ MK-da təlimatçı işləmişdir. O, 1955-ci ildə Ermənistan KP MK təlimçisi vəzifəsinə yüksəlir.[2]

Məhərrəm Bayramov 1964–1966-cı illərdə Ararat (Vedi) rayon Partiya Komitəsinin katibi, 1966–1969-cu illərdə "Sovet Ermənistanı" qəzetinin redaktor müavini vəzifəsində işləmişdir. O, 1969-cu ildən 1974-cü ilə qədər Amasiya rayon Partiya Komitəsinin birinci katibi, 1974-cü ildən ömrünün sonuna qədər "Sovet Ermənistanı" qəzetinin baş redaktoru olmuşdur. Məhərrəm Bayramov bu illərdə həm də Ermənistan SSR Ali Sovetinin deputatı və Rəyasət heyətinin müavini olmuşdur.[2] O, "Ermənistan SSR əməkdar jurnalisti" fəxri adı, "Şərəf nişanı" ordeni və digər medallarla təltif olunmuşdur.

"Sovet Ermənistanı" qəzetində Məhərrəm Bayramov haqqında nekroloq

Məhərrəm Bayramov 6 yanvar 1981-ci ildə İrəvanda "Polyak" ləqəbli şəxs tərəfindən güllələnərək qətlə yetirilmişdir.[mənbə göstərin]

Ədəbi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

O, həm də yazıçı və dramaturq idi. İlk kitabı "Fırtınadan sonra" 1964-cü ildə İrəvanın "Haypethrat" nəşriyyatı tərəfindən nəşr edilmiş, "əziz və mehriban anası Fatmaya" ithaf etmişdir. Kitaba "Peşmançılıq", "Pir kömək eləmədi", "Molla Qədirin toru", "Məni bağışla", "Carulla" və sair hekayələri, "Qeybulla" kiçik pyesi daxil edilmişdi.

Məhərrəm Bayramov təcrübəli jurnalist və filoloq idi. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmiş M. Bayramov 1969-cu ildə Bakıda "ŞirvanzadəAzərbaycan" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, filologiya elmləri namizədi olmuşdur.[3] O, erməni-Azərbaycan ədəbi əlaqələri haqqında bir sıra kitab və məqalələrin müəllifi olmuşdur. Əkbər Yerevanlı ilə yanaşı Ermənistan SSR-ində yaşayıb yaratmış Azərbaycan yazıçı və şairlərinin əsərlərinin nəşr edildiyi "Ədəbi Ermənistan" məcmüəsinin tərtibaçılarından olmuşdur.

  • Fırtınadan sonra. Yerevan: Haypethrat, 1964;
  • Məslək dostları. C.Məmmədquluzadə və A.Şirvanzadə (C.Məmmədquluzadənin anadan olmasının 100 illiyi münasibətilə). Yerevan: Ermənistan SSR "Bilik" Cəmiyyəti, 1966;
  • Aleksandr Şirvanzadə və Azərbaycan. Yerevan: Hayastan, 1971.
  1. "İrəvanda Azərbaycan mətbuatı" (az.). sherg.az. 2017-07-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 mart 2019.
  2. 1 2 Əsgər Zeynalov. İrəvan xanlığı... Gerçəkliyin aydınlığı. Lulu Enterprises Inc. 2016. səh. 383–385. ISBN 978-1-329-95408-3.
  3. Azərbaycanda müdafiə olunmuş dissertasiyaların biblioqrafiyası 1920–1975. I hissə Humanitar elmlər. Bakı: Elm, 1981, səh. 201