Məmmədli (Abşeron)

Məmmədli, Məhəmmədi[1]Azərbaycan Respublikasının Abşeron rayonunun Məmmədli kənd inzibati ərazi dairəsində kənd.[2] Kənd dəniz səviyyəsindən 29 metr yüksəklikdə, Xırdalan şəhərindən 17, Bakıdan 21 km məsafədə yerləşir. Ən yaxın dəmir yolu stansiyası Qışlıdır. Qəsəbənin adı XIX əsrin sonunda bu ərazidə qışlaq salmış Muğanlı tayfasının adından götürülüb.[1]

Məmmədli
Qəsəbə ərazisində yerləşən təbiət abidəsi
Qəsəbə ərazisində yerləşən təbiət abidəsi
40°30′19″ şm. e. 49°54′06″ ş. u.
Ölkə  Azərbaycan
Region Abşeron rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 7.819 nəfər
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ0125
Məmmədli xəritədə
Məmmədli
Məmmədli
Məmmədli xəritədə
Məmmədli
Məmmədli

Abşeronun bəzi digər kəndləri kimi Məhəmmədli də qəsr-qala ətrafında formalaşmışdır. Zaman keçdikcə Azərbaycanın başqa yerlərindən gələnlərin hesabına yaşayış məskəni genişlənib. Onlar burda ayrı-ayrı məhəllələr yaradırdılar. Bu məhlələr Cənubi Azərbaycanın Qaradağlı (Əhər), Qədimədili, Şahsevən (Muğan), Ənnədili, Tat və s. idi.

1886-cı il ailə siyahıya alınmasının materiallarına görə, kəndin əhalisi 997 nəfər olmuş, dini mənsubiyyətə görə isə şiə müsəlmanlar idilər.[3]

1913-cü ildə Məmmədli kəndi Bakı quberniyasının inzibati-ərazi bölgüsünə görə Bakı qəzasının Maqomedli kənd cəmiyyətinə tabe olub.[4]

Kənd 1926-cı ildə Azərbaycan SSR-in inzibati ərazi bölgüsünə görə Bakı qəzasının Qala-Maştağı dairəsinə tabe idi.

1929-cu ildə inzibati bölgü islahatı və qəzalar ləğv edildikdən sonra qəsəbə Azərbaycan SSR Bakı şəhər Sovetinin Kirov rayon sovetinin Məmmədli kənd sovetinin tabeliyinə verildi.

1961-ci il inzibati ərazi bölgüsünə görə Məmmədli kəndi Azərbaycan SSR, Bakı şəhəri, Lenin rayonu Məmmədli kənd sovetinin tərkibində idi.[5]

1963-cü il yanvarın 4-də kənd yeni yaradılmış Abşeron rayonunun tərkibinə verildi. 1977-ci il inzibati ərazi bölgüsünə görə kənd Abşeron rayonu Məmmədli kənd sovetinin tərkibində olub.[6]

1999-cu ildə Azərbaycanda inzibati islahat aparıldı və Məmmədli inzibati ərazi dairəsi tərkibində Abşeron rayonunun Məhəmmədli bələdiyyəsi yaradıldı.[7]

Əhali əsasən heyvandarlıqla məşğul olur və sənayedə çalışır.

İl Əhalinin sayı
1886 997[3]
1933 Azalma 452
1981 1450[8]
1999 2710[9]
2009 Artım 5497[10]

Məmmədli qəsəbəsində orta illik havanın temperaturu +14,7 °C-dir. Qəsəbədə yarımsəhra iqlimi şəraiti hökm sürür.

Məmmədli üçün iqlim tarixçəsi
Aylar Yan Fev Mar Apr May İyun İyul Avq Sen Okt Noy Dek İllik
Orta maksimum, °C 6,5 6,0 6,7 9,5 16,6 21,1 27,1 30,2 30,1 25,7 19,3 15,8 19,5
Ortalama temperatur, °C 3,9 3,5 6,4 12,5 17,8 22,8 25,9 25,9 22,0 15,9 13,0 6,5 11,3
Ortalama temperatur minimum, °C 1,4 1 3,4 8,4 13,6 18,6 21,6 21,8 18,3 12,5 10,2 3,8 9,9
Yağıntının miqdarı, mm 24 20 24 39 34 29 14 13 21 32 33 25 308
Mənbə: tursovetchik.ru
border=none Əsas məqalə: Yanardağ
Yanardağ abidəsi

Məhəmmədi kəndi ərazisində, dağın ətəyində təbii qazın çıxması nəticəsində alovlanan, tarixi bilinməyən təbiət abidəsi olan "Yanardağ vardır. "Yanardağ"ın böyük turizm əhəmiyyəti vardır. Abidə Bakı şəhər mərkəzindən 27 km, kənd mərkəzindən isə təqribən 2 km məsafədə, Məhəmmədi-Digah şose yolunun sol istiqamətində yerləşir.[11]

Yanardağın təbii əbədi məşəli Abşeron yarımadasının altındakı böyük yataqdan yanar təbii qazın sızması nəticəsində yaranıb. Bu yanğının alovlanması qədim dövrlərdə baş verib. Bu barədə Marko Polo da məlumat verib. Bu yanğınlar ən çox alaqaranlıqda görünür. Belə işıqlar zərdüştilik tərəfdarlarının ibadət obyektidir. Yanardağ dağından çıxan yanğın sönmür.[12]. Yanardağ alovları “Yanar bulaq” kimi tanınır. Alov dağın yamacının altındakı çıxıntının altındakı qum birləşmələrindəki dəliklərdən gəlir.[13].

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 02 may 2007-ci il tarixli sərəncamı ilə "Yanar dağ"ın ərazisi dövlət tarix-mədəniyyət və təbiət qoruğu elan edilmişdir.[14] Qoruğun ərazisi isə 64,55 hektar təşkil edir. Bu əraziyə Qurd yuvası, min yaşı olan iki qəbiristanlıq və qədim məscid, Qotursu bulağı, Əli daşı, Kardaşı, Qırməki vadisi və Yanardağ aiddir.

2018-ci ildə Prezident İlham Əliyev qoruğun yenidən qurulması tədbirləri haqqında sərəncam imzalayıb.[15] 2019-cu ildə əsaslı təmir işləri başa çatdırılıb[16] və yenidən qurulan qoruğun açılışı iyunun 12-də olub.[17]

Sovet vaxtı kənddə tam orta məktəb, kitabxana, kinoteatr, uşaq bağçası, tibb məntəqəsi fəaliyyət göstərib.[8]

Hazırda qəsəbədə “Azqalfan-A” MMC zavodu, poçt şöbəsi, orta məktəb, klub, kitabxana, tibb məntəqəsi və məscid yerləşir.[18]

  1. 1 2 Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II. Б.: Şərq-Qərb. Под ред. Р. Алиевой. 2007. 104. ISBN 978-9952-34-156-0.
  2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  3. 1 2 Свод статистических данных о населении Закавказского края, извлечённых из посемейных списков 1886 г. Тифлис. 1893.
  4. Волостныя, станичныя, сельскія, гминныя правленія и управленія, а также полицейскіе станы всей Россіи съ обозначеніем мѣста ихъ нахожденія. Кіевъ: Изд-во Т-ва Л. М. Фишъ. 1913.
  5. Административное деление Азербайджанской ССР на 1 января 1961 года. Баку: Азернешр. 1961.
  6. Административное деление Азербайджанской ССР на 1 января 1977 года (PDF). Баку: Азернешр. 1979. "Архивированная копия" (PDF). Archived from the original on 2018-11-27. İstifadə tarixi: 2020-04-09.
  7. О территориях муниципалитетов. Баку. 1999.
  8. 1 2 Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976–1987. Мәммәдли cild VI, səh. 497
  9. Общегосударственная перепись населения Азербайджана. 1999, Баку.
  10. Общегосударственная перепись населения Азербайджана. 2009, Баку.
  11. "Yanardağ". 2012-04-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-02-05.
  12. "Огненный Азербайджан: от Янар Даг до Flame Towers". 2018-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-08.
  13. "Янардаг - горящая гора Азербайджанаl".[ölü keçid]
  14. ""Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu". 2017-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-05.
  15. "Президент Ильхам Алиев выделил средства на реконструкцию культурно-исторического заповедника «Янардаг»" (rus). Day.Az. 2018-07-17. 2018-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-12.
  16. Редакция. "Реконструкция заповедника «Янардаг» подходит к концу" (rus). Зеркало.az. 2019-05-07. 2021-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-12.
  17. "Президент Азербайджана принял участие в открытии реконструированного заповедника 'Янардаг'" (rus). Информационное Агентство Репорт. 2020-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-12.
  18. "Səhiyyə - ABŞERON RAYON Icra Hakimiyyəti". 2020-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-09.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]