1995-ci ildə Azərbaycan da yaranmış özəl pambıq şirkətidir [1] [2] . Şirkətin məhsulları əsasən xarici olmaqla daxili və xarici bazarlarda satılmaqdadır. Azərbaycan iqtisadiyyatı nın qeyri-neft qeyri-dövlət sektorunda 2021-ci il üzrə ixrac lideri olmuşdur[3] [4] [5] [6] . Şirkətin fəaliyyətinin əsas istiqaməti ölkənin 15 pambıqçılıq rayonunda pambığın yetişdirilməsi, tədarükü və pambıq təmizləmə müəssisələrində emalından ibarətdir.
"MKT İstehslat Kommersiya" və ya "MKT İK" MMC
Tipi
Özəl
Məhsulları
xam pambıq, mahlıc, iplik, çiyid, pambıq yağı, jmıx
Təsis tarixi
1995
Baş qərargahın yeri
Bakı şəhəri, Heydər Əliyev prospekti 95
İşçi sayı
>5100 (2023)
Rəhbərlik
Rövşən Həsənov
mktcotton.com
Bakı da yerləşən baş ofislə yanaşı, şirkətin regionlarda da 25 filialı mövcuddur. Bu filiallara pambığın ilkin emalı filialları olan Ağcabədi , Bərdə , Beyləqan , Biləsuvar , Saatlı , Sabirabad , Salyan , Tərtər , İmişli , Neftçala və Zərdab , məntəqə tipli Yevlax , Goranboy , Kürdəmir , Ağdam və innovasiya fermer təsərrüfatları olan Ağcabədi, Beyləqan, İmişli, Lənbəran , Saatlı və Yevlax filialları daxildir[7] .
“MKT İstehsalat Kommersiya” MMC xam pambıqdan əsasən mahlıc [8] , çiyid [9] habelə, lint , uluk və tiftik əldə edərək iplik , pambıq yağı , pambıq toxumu və jmıx istehsalını həyata keçirir. Bu məhsullar əsasən Türkiyə , İran , Rusiya və digər MDB ölkələrinə ixrac edilir[10] .
Şirkətin daimi işçi sayısı 3200, sezon dönəmində isə təqribən 6500 nəfərdir.
↑ Rüstəm Kamal. "İndi Azərbaycan təkcə neft-qaz ölkəsi kimi tanınmır" . azerbaijan-news.az (az.) . 3 avqust 2022. 2022-10-18 tarixində arxivləşdirilib . İstifadə tarixi: 24 oktyabr 2022 .
↑ MKT Cotton. "Haqqında" . mktcotton.com (az.) . 2022-10-18 tarixində arxivləşdirilib . İstifadə tarixi: 17 yanvar 2023 .
↑ banker.az. "Azərbaycanın ən çox məhsul ixrac edən 10 şirkəti açıqlandı – SİYAHI" . banker.az (az.) . 31 avqust 2022. 2022-10-19 tarixində arxivləşdirilib . İstifadə tarixi: 24 oktyabr 2022 .
↑ Azərbayc Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi. "Özəl və dövlətə məxsus ixracatçı subyektlərin ixracla bağlı reytinqi tərtib edilib" . vergiler.az (az.) . 30 aprel 2022. 2022-10-24 tarixində arxivləşdirilib . İstifadə tarixi: 24 oktyabr 2022 .
↑ fed.az. "Azərbaycanın ən böyük ixrac şirkətləri və qazancları - YENİ SİYAHI" . fed.az (az.) . 31 avqust 2022. 2022-10-18 tarixində arxivləşdirilib . İstifadə tarixi: 24 oktyabr 2022 .
↑ abc.az. "Azərbaycanın ən çox ixrac həyata keçirən şirkətləri - Siyahı" . abc.az (az.) . 30 dekabr 2022. 2022-10-24 tarixində arxivləşdirilib . İstifadə tarixi: 24 oktyabr 2022 .
↑ MKT Cotton. "Filiallar" . mktcotton.com (az.) . 2022-10-24 tarixində arxivləşdirilib . İstifadə tarixi: 24 oktyabr 2022 .
↑ MKT Cotton. "Mahlıc" . mktcotton.com (az.) . 2022-10-18 tarixində arxivləşdirilib . İstifadə tarixi: 24 oktyabr 2022 .
↑ MKT Cotton. "Çiyid" . mktcotton.com (az.) . 2022-10-18 tarixində arxivləşdirilib . İstifadə tarixi: 24 oktyabr 2022 .
↑ MKT Cotton. "İdxal - İxrac" . mktcotton.az (az.) . 2022-10-18 tarixində arxivləşdirilib . İstifadə tarixi: 24 oktyabr 2022 .