Mahir Hacı oğlu Quliyev (28 noyabr 1958, Kəlbəcər rayonu) — Biləsuvar Rayon İcra Hakimiyətinin sabiq başçısı, Astara Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Səbail bələdiyyəsinin sabiq sədr müavini.
Mahir Quliyev | |
---|---|
26 aprel 2011 – 30 aprel 2020 | |
Əvvəlki | Adil Məmmədov |
Sonrakı | Faiq Qürbətov |
8 sentyabr 2006 – 26 aprel 2011 | |
Əvvəlki | Oqtay Abbasov |
Sonrakı | Taleh Qaraşov |
Səbail bələdiyyəsinin sədr müavini | |
2005 – 8 sentyabr 2006 | |
Sədr | Əhməd Hüseynov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 28 noyabr 1958 (65 yaş) |
Doğum yeri |
Mahir Hacı oğlu Quliyev 28 noyabr 1958-ci ildə Kəlbəcər rayonunda anadan olmuşdur. Ali təhsillidir. 1977–1979-cu illərdə ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur.
Əmək fəaliyyətinə 1975–1977-ci illərdə Kəlbəcər rayon kolxoz tikinti idarəsində fəhlə olaraq başlamışdır. 1979–1980-ci illərdə Bakı şəhərində Azərnəqliyyat tikinti trestinin nəqliyyat müəssəsində çalışıb.
Hərbi xidmətdən qayıtdıqdan sonra 1980–1981-ci illərdə "Azərnəqliyyat" tikinti trestində usta, 1981–2005-ci illərdə isə ozamankı "26 Bakı Komissarı" adına rayonun İctimai iaşə idarəsi nəzdində müxtəlif vəzifələrdə çalışmışdır. 1981-ci ildən 2005-ci ilədək təsərrüfat hesablı "Sahil" restoranında müxtəlif vəzifələrdə çalışaraq direktor müavini vəzifəsinə qədər yüksəlmişdir.
1996-cı ildə Naxçıvan Universitetinin İqtisadiyyatın Hüquq tənzimlənməsi fakültəsinə daxil olmuşdur. 2000-ci ildə həmin institutu bitirib " İnzibati İdarəetmə ixtisası"na yiyələnmişdir.
2000-ci il parlament və 2003-cü il prezident seçkilərində Səbail rayonu 18 saylı seçki məntəqəsində komissiyanın sədri olmuşdur.
2004-cü ildə Səbail bələdiyyəsi üzrə namizədliyini verib, həmin ilin dekabrın 17-də seçkilərdə qalib gələrək, Səbail bələdiyyəsinə üzv seçilib. Sonradan Səbail bələdiyyəsi üzvlərinin təklifi ilə sədr müavini seçilib.[1]
8 sentyabr 2006-cı ildən 26 aprel 2011-ci ilədək Astara Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmişdir.[2].
Azərbaycan Respublikası Prezidentinin 26 aprel 2011-ci il tarixli Sərəncamı ilə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir[3].
2020-ci il 29 apreldə Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı dəstələrinin Biləsuvar rayonunun İcra Hakimiyyətinin binasında xüsusi əməliyyatı nəticəsində saxlanılaraq Bakıya gətirilib.[4]
Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı var.