Məmməd Babayev

Məmməd Mustafa oğlu Babayev (18 noyabr 1926, Daşdalıqcar, Lənkəran rayonu31 mart 2003, Lənkəran) — Azərbaycan aqronomu və dövlət xadimi, Azərbaycan Kommunist Partiyasının Lənkəran (1966–1969) və Astara (1965–1966) rayon komitələrinin birinci katibi, Azərbaycan SSR Ali Sovetinin V və VII çağırış deputatı.

Məmməd Babayev
1966 – 1969
Sonrakıİsa Məmmədov
1965 – 1966
Şəxsi məlumatlar
Doğum tarixi 18 noyabr 1926(1926-11-18)
Doğum yeri
Vəfat tarixi 31 mart 2003(2003-03-31) (76 yaşında)
Vəfat yeri
Partiya
Təhsili
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • biologiya elmləri namizədi[d] (1964)

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni

Məmməd Mustafa oğlu Babayev 1926-cı ildə Lənkəran qəzasının Daşdalıqcar kəndində kəndli ailəsində anadan olmuşdur. 1934-cü ildə orta məktəbə daxil olmuş, lakin müharibənin başlanması səbəbilə təhsilini başa vura bilməmişdir. Yalnız 1943-cü ildə üçaylıq rayonarası kolxoz məktəbini bitirmiş və Mamusta kəndindəki kolxozun hesabdarı kimi əmək fəaliyyətinə başlamışdır.[1]

Bir müddət sonra Bakıya köçərək neft emalı zavodunda fəhlə işləyən Məmməd Babayev müharibə başa çatdıqdan sonra doğulduğu kəndə qayıdaraq yenidən kolxoz hesabdarı olmuş və heyvandarlıq fermasına başçılıq etmişdir. 1947-ci ildən isə Kirov adına kolxozda çalışmış və çayçılıq briqadasının briqadiri olmuşdur.[1] Həmin illərdə o, orta təhsilini davam etdirmiş, 1950-ci ildə Gərmətük qəsəbə məktəbində orta təhsilini başa vurmuş[2]Gürcüstan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuşdur. Aqronom diplomu ilə Azərbaycana qayıdaraq Astara rayonundakı subtropik bitkilər sovxozunun baş aqronomu olmuş, 1958-ci ildə isə həmin sovxozun direktoru təyin edilmişdir.[1]

Məmməd Babayev 1956-cı ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, 1965-ci ildə Azərbaycan Kommunist Partiyasının Astara Rayon Komitəsinin, 1966-cı ildə isə Lənkəran Rayon Komitəsinin birinci katibi seçilmişdir. Azərbaycan SSR Ali Sovetinin V və VII çağırış deputatı seçilmiş, Ali Sovetin Kənd təsərrüfatı komissiyasının üzvü, eləcə də Azərbaycan KP Mərkəzi Komitəsinin üzvlüyünə namizəd olmuşdur.[3]

Məmməd Babayev 1970–1999-cu illərdə Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunun Lənkəran filialında seleksiya şöbəsinin müdiri işləmişdir. O, 51 elmi məqalənin müəllifi olmuş, 1964-cü ildə biologiya elmləri namizədi elmi dərəcəsini almışdır. Müəllifi olduğu 10 feyxoa və 4 çay sortu dövlət sort sınaq stansiyası tərəfindən qəbul edilmiş və 3 feyxoa sortu rayonlaşdırılmışdır.[2]

Məmməd Babayev 31 mart 2003-cü ildə Lənkəran şəhərində vəfat etmişdir.[2]

  1. 1 2 3 Мәммәд Мустафа оғлу Бабајев // Азәрбајҹан ССР Али Совети депутатларынын тәрҹүмеји-һаллары. Бешинҹи чағырыш: 15 март 1959-ҹу ил. Бакы. 1960. С. 262.
  2. 1 2 3 Talışlı, M.; Əhədov, E. Lənkəran: Ensiklopedik məlumat. Bakı. 2014. səh. 60.
  3. Бабајев Мәммәд Мустафа оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Једдинҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Советинин нәшри. 1968. С. 45.