Sahib Sailov

Sailov Sahib Ağagül oğlu (15 may 1932, Salyan rayonu) - Azərbaycan Kommunist Partiyası Şamaxı Rayon, Qasım İsmayılov RayonAstara Rayon partiya komitələrinin birinci katibi.

Sahib Sailov
bayraq
Azərbaycan Kommunist Partiyası Şamaxı Rayon Partiya Komitəsinin birinci katibi
bayraq2
1974 – 26 dekabr 1976
ƏvvəlkiYunis Rzayev
SonrakıFeyruz Mustafayev
1969 – 1973
SonrakıVilayət Seyidov
bayraq
Azərbaycan Kommunist Partiyası Astara Rayon Partiya Komitəsinin birinci katibi
bayraq2
1966 – 1969
Şəxsi məlumatlar
Doğum tarixi 15 may 1932(1932-05-15) (92 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • tarix üzrə fəlsəfə doktoru[d]

Sahib Sailov 1933-cü ildə doğulmuşdur. 1954-cü ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun tarix fakultəsini, 1959-cu ildə Moskva Ali Komsomol Məktəbini, 1975-ci ildə isə Sov.İKP MK yanında Ali Partiya Məktəbini fərqlənmə diplomu ilə bitirmişdir.

1954-1956-cı illərdə orta məktəbdə müəllim kimi işləmişdir. Tarix elmləri namizədidir.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1950-1964-cü illərdə ilk komsomol təşkilatı katibliyindən Azərbaycan LKGİ Mərkəzi Komitəsinin katibi vəzifəsinə qədər yol keçmişdir. 1957-ci ildə Salyan Rayon Komsomol Komitəsinin birinci katibi olmuşdur. 1961-1964-cü illərdə Azərbaycan LKGİ Mərkəzi Komitəsinin təlimatçısı, şöbə müdirinin müavini, katibi olmuşdur.

1957-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvüdür. 1964-1965-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin inspektoru olmuşdur. 1963-1971-ci illərdə Respublika Xalq Nəzarəti Komitəsi Ali Şurasının üzvü kimi fəaliyyət göstərmişdir.

O, 1966-1969-cu illərdə Azərbaycan Kommunist Partiyası Astara Rayon Partiya Komitəsinin birinci katibi, 1969-1973-cü illərdə Azərbaycan Kommunist Partiyası Qasım İsmayılov Rayon Partiya Komitəsinin birinci katibi, 1974-cü ildən isə Azərbaycan Kommunist Partiyası Şamaxı Rayon Partiya Komitəsinin birinci katibi olmuşdur.

Öz iddiasına görə 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində çalışan Heydər Əliyevlə arasında yaranmış münaqişə səbəbindən o Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 26 dekabr 1976-cı il tarixli plenumunda Sahib Sailov plenum üzvlüyündən, Ali Sovetin deputatlığından və partiya üzvlüyündən xaric edildi.[1]

Sahib Sailov 28 dekabr 1977-ci ildə Sahib Sailov səhər saat 10-da respublika prokurorluğuna çağırılmışdır və həbs olunmuşdur. Sahib Sailovun işi ilə bağlı 180 nəfər dindirilmiş və sonda Sahib Sailovun ittihamnaməsi 11 nəfərin cinayət işilə birlikdə baxılması üçün Ali Məhkəməyə göndərilmişdir. Ona 15 il cəza müddəti, onun da 3 ilini bağlı rejimdə, 12 ilini ciddi rejimdə çəkməklə kəsildi. O bağlı rejimini Şuşa həbsxanasında, qalanını isə 2 saylı kolonda çəkmişdir.[1]

11 kitabın müəllifidir.

  • “Muğanın övladları”
  • “Yaşadığım illər, keçdiyim yollar” - 2007-ci ildə “Araz” nəşriyyatı
  • “Ömrün səhifələri” və
  • “Saxta hökm (Həyat davam edir)”
  • Азәрбајҹан ССР Али Советинин депутатлары. Доггузунҹу чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1976. С. 308.
  1. 1 2 [1]