Mahmud ibn Məhəmməd Dilşad Şirvani — XV əsrdə Osmanlı imperatorluğunda yaşamış tarixçi, coğrafiyaşünas, mütərcim və ədib.
Mahmud ibn Məhəmməd Dilşad Şirvani | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Şirvan |
Vəfat tarixi | |
Uşağı | Şükrüllah Şirvani |
Fəaliyyəti | həkim |
Şirvanda doğulmuşdur.
Bir sıra əsərin müəllifidir:
"Töhfəyi-Muradi" adı ilə tanınan "Muradi fi Əsnafil-Cəvahir" adlı hənəfi fiqhinə dair osmanlı dilində qələmə alınmış əsər müəllif tərəfindən II Murada təqdim edilmişdir. Bu əsərin bilinən üç əlyazma nüsxəsindən biri Parisdə, digəri Qahirədə, üçüncüsü isə Türkiyədə Kastamonuda saxlanılır.
Mahmud Şirvaninin ən məşhur əsəridir. İmadəddin İsmayıl ibn Kəsirin "Bidayə vən-Nihayə" adlı tarixə dair çoxcildli əsərini ixtisarla ərəbcədən türkcəyə tərcüməsidir. Türkiyədəki kitabxanalarda beş əlyazma nüsxəsi mövcuddur.
Mahmud Şirvaninin ölüm tarixi dəqiq məlum olmasa da 1439-cu ildən sonraya təsadüf etdiyi bilinir.