Mark Avrel Steyn (26 noyabr 1862[1][2][…], Peşt[d], Peşt medyesi[3] – 26 oktyabr 1943[1][2][…], Kabil) — macar əsilli ingilis etnoqrafı.
Mark Avrel Steyn | |
---|---|
Mark Avrel Steyn | |
| |
Doğum tarixi | 26 noyabr 1862[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 26 oktyabr 1943[1][2][…] (80 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri | |
Təhsili |
|
Fəaliyyəti | tədqiqatçı-səyyah[d], antropoloq, sənətşünas, arxeoloq, universitet müəllimi[d] |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Hindistanın Pəncab əyalətindəki Lahorda (bugünkü Pakistanda) olan Oriental College'ın (Şərq kolleci) müdiri ikən (1888-99) 1892-ci ildə, Kəşmirli Brahman Kalhananın XII əsrdə yazdığı mənzum Hindistan tarixi Racataranginini sanskrit dilində çap etdirmşdir. Onun 1900-cü ildə ingiliscə tərcüməsi olan "A Chronicle of the Kings of Kasmir" (Kəşmir krallarının bir Vakayinaməsi) nəşrini izləmişdir.
Macar mənşəli ingilis məmuru Mark Avrel Steynin (1906-1908), F.Berqmanın (1928-1934) ekspedisiyaları, Qərbi Türkistanda (Türkmənistanda) 1904-cü ildən başlayaraq R.Pampellinin başçılığı ilə qazıntılar aparan amerikan arxeoloji ekspedisiyası, uzun müddət S.P.Tolstovun rəhbərliyi ilə fəaliyyət gostərən Xarəzm arxeoloji ekspedisiyası, M.E. Massonun və V.M.Massonun başçılıq etdikləri Cənubi Türkmənistan arxeoloji ekspedisiyası, A.P.Okladnikov və onun həmkarlarının Sibir, Şərqi Türkistan və Monqolustan ərazilərindəki arxeoloji tədqiqatları və b. xüsusilə mühüm tapıntılarla nəticələnmişdir. Daş dövrünün müxtəlif mərhələlərinə aid coxlu insan düşərgələri və antropoloji materiallar, Ceytun ve Anau erkən əkinçilik məskənləri, Altun-Təpə və Namazgah-Təpə kimi şəhər tipli yaşayış yerləri, bina qalıqları, təsərrüfat və məişət əşyaları, heykəltəraşlıq nümunələri, qaya rəsmləri, bitki toxumları və b. belə tapıntılardandır. Bu tapıntılar əsasında Türkistanın qədim əhalisinin təsərrüfatı, ictimai quruluşu, mədəniyyəti, ideologiyası, qonşu xalqlarla mədəni-siyasi əlaqələri, etno-dil mənsubiyyəti, adət-ənənələri araşdırılmış, onların müasir türk xalqları ilə etnik və mədəni bağlılığına aid çoxlu faktlar aşkar edilmişdir.
Türkistan tarixinə aid arxeoloji abidələr içərisində e.ə.I minillikdə Avrasiyanın geniş ərazisində yayılan skif kurqanları (Arjan, Pazınk, Kul-oba, Çertomlık, Tolstaya moqila və b.) mühüm yer tuturlar. Skif kurqanlarında qazıntılar XIX əsrin ortalarından başlamış, XX əsrin ortalarından isə geniş miqyas almışdır. Bu abidələrin tədqiqində A.N.Bernştamın, S.İ.Rudenkonun, L.R.Kızlasovun, A.İ.Terenojkinin, A.D.Qraçın, M.P.Qryaznovun və b. əməyi xüsusi qeyd edilməlidir. Uzaq Şərqdən Qafqaz və Şərqi Avropaya qədər geniş ərazini əhatə edən bu qazıntılar nəticəsində müasir türk xalqlarının mədəniyyəti və adət-ənənələri ilə səsləşən çoxlu əşyalar, o sıradan "skif heyvan stili"nə aid sənət nümunələri aşkar edilmişdir.
Türk xalqlanının qədim tarixinə aid zəngin maddi mədəniyyət nümunəiəri həmçinin Asiya və Avropa tarixində çox mühüm rol oynamış sarmat və hun abidələrində də tapılmışdır.