Martiros Saryan

Martiros Sergeyeviç Saryan ( erm. Մարտիրոս Սարյան ; 28 fevral 18805 may 1972) — erməni sovet boyakarı. SSRİ xalq rəssamı (1960).

Martiros Saryan
erm. Մարտիրոս Սարյան
Doğum adı Martiros Sergeyeviç Saryan
Doğum tarixi
Doğum yeri Rostov-na-Donu, Rusiya imperiyası
Vəfat tarixi (92 yaşında)
Vəfat yeri İrəvan, Ermənistan SSR
Dəfn yeri
  • Martiros Saryanın qəbri[d]
Milliyyəti erməni
Vətəndaşlığı SSRİ SSRİ
Fəaliyyəti rəssam, siyasətçi, illüstrasiyaçı[d]
Təhsili Moskva boyakarlıq, heykəltəraşlıq və memarlıq məktəbi
Janrlar peyzaj, portret, natürmort, qrafika, illüstrasiya
Tələbələri Minas Avetisyan
Üzvlüyü
Mükafatları Sosialist Əməyi Qəhrəmanı "Lenin" mükafatı "Stalin" mükafatı "SSRİ xalq rəssamı" fəxri adı
"Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "Qafqazın müdafiəsinə görə" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyat və yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Martiros Saryan 28 fevral 1880-ci ildə Rostov-na-Donda anadan olub. 1895-ci ildə şəhər məktəbini bitirmiş, 18971904-cü illərdə Moskva boyakarlıq, memarlıq və heykəltəraşlıq məktəbində Valentin SerovKonstantin Korovindən təhsil almışdır. "Mavi qızılgül" (Голубая роза) "Rus rəssamları ittifaqı" (Союз русских художников), "İncəsənət dünyası" (Мир искусства) rəssamlıq birliklərinin üzvü olmuşdur. Erkən əsərlərində Şərq motivləri kompozisiyasının dekorativliyi ilə üzvi əlaqələndirilmişdir. 1910-1913-cü illərdə Türkiyə, Misirİrana səyahət etmiş, bu ölkələrin həyat və təbiətinə dair tablolar çəkmişdir. Saryan Azərbaycan rəssamları Əzim ƏzimzadəMikayıl Abdullayev ilə yaradıcılıq əlaqəsi saxlamışdır. 1954-cü ildə Mikayıl Abdullayevin portretini çəkmişdir. SSRİ Ali Sovetinin (2-4-cü çağırış) deputatı olmuşdur. Martiros Saryan 1972-ci ildə İrəvanda vəfat edib.

Mükafatlar və adlar

[redaktə | mənbəni redaktə et]
  • Azərbaycan Sovet Ensiklopediyası. VIII cild. Bakı, 1984. səh 301.