Ərtik (şəhər)

Ərtik, ArtikQərbi Azərbaycanda (hazırda Ermənistan Respublikası) ən hündür dağ olan Alagöz dağının Şimal-Qərb ətəyində yerləşən şəhər. 1945-i ildən respublika tabeli şəhərdir. Ərtik rayonunun mərkəzidir.

Ərtik
40°37′ şm. e. 43°57′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1939
Sahəsi
  • 7 km²
Mərkəzin hündürlüyü 1.859 ± 0 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 19.543 nəf. (2011)[1]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi 3001–3007
Digər
artik.am
Xəritəni göstər/gizlə
Ərtik xəritədə
Ərtik
Ərtik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

ARTİK — İrəvan quberniyasının Aleksandropol qəzasında (indiki Artik r-nunda) kənd adı. 1878-ci ildə Azərbaycan türkləri qovulmuş və ermənilər yerləşdirilmişdir. Həmin qəzada XIX əsrin axırlarında Artik adlı kənd xarabalığı da vardı. Erməni mənbələrində VII əsrdən məlumdur. Ehtimal ki, qədim türk dillərindəki art — "dağlıq ərazi", "aşırım" sözündəndir və əsli Artdıq (yəni Artlıq) olmuşdur. Kənd həqiqətən 1770 m. hündürlükdə, aşırımda yerləşir. XIX əsrdə Şimali Qafqazda Ter əyalətinin Nalçik dairəsində Art-Kol-Su və Art-Kol-kənd, Dağıstan əyalətinin Andi dairəsində Artluk, həmin əyalətin Kaytak-Tabasaran dairəsində Art-Uzun (çay adı) toponimləri ilə sıra təşkil edir.[2]

Rəsmi statistikaya görə hal-hazırda 15.000 nəfər əhalisi var.

  1. https://armstat.am/file/doc/99485583.pdf.
  2. B. Budaqov, Q. Qeybullayev Ermənistanda Azərbaycan Mənşəli Toponimləri İzahlı Lüğəti Bakı,1998
  • Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994.
  • PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  • Həbib Rəhimoğlu. "Silinməz adlar, sağalmaz yaralar", Bakı, "Azərnəşr", 1997.
  • B. Ə. Budaqov, Q. Ə. Qeybullayev. "Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti". Bakı, "Oğuz eli", 1998.
  • Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995.