Sərdarabad (şəhər)

Sərdarabad (1995-ci ildən Armavir erm. Արմավիր) — Ermənistanda şəhər və Armavir mərzinin inzibati mərkəzi.

Sərdarabad
Gerb
Gerb
40°09′16″ şm. e. 44°02′17″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1931
Sahəsi
  • 8,51 km²
Mərkəzin hündürlüyü 870 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 38.635 nəf. (2020)[2]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi 0901–0918
Digər
armavir.agro.am
Xəritəni göstər/gizlə
Sərdarabad xəritədə
Sərdarabad
Sərdarabad
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sərdarabad şəhəri bir neçə mühüm avtomobil yolunun qovşağında yerləşir. 1947-ci ildən respublika tabeli şəhərdir.

Sərdarabad şəhəri ərazisi keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Qurduqulu rayonunda yerləşmişdir.

Ermənistan SSR Mərkəzi İcraiyyə Komitəsinin 3 yanvar 1935-ci il tarixli qərarı ilə şəhərin adı dəyişdirilərək "Oktemberyan" (1917-ci il Oktyabr inqilabının şərəfinə), Ermənistan Respublikası prezidentinin 7 noyabr 1995-ci il tarixli fərmanı ilə yenidən dəyişdirilərək "Armavir" qoyulmuşdur. "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında" 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Armavir vilayətinin mərkəzidir.

"Sərdarabad" toponimi "bir vilayəti idarə edən və dövlət başçısı adından sərəncam vermək hüququna malik olan hakim" mənasında işlənən "sərdar" sözü ilə "abad" sözünün birləşməsindən əmələ gəlib "Sərdarın abad etdiyi, saldığı kənd" mənasını verir. Toponimin tərkibindəki "sərdar" və "abad" ifadəsi kəndin İrəvan xanı tərəfində inşa edildiyini göstərir. Həmin ərazi İrəvan xanlarının mülkü olmuşdur.[3]

Sərdarabadda ermənilərlə yanaşı, 1897-ci ildə 44 nəfər azərbaycanlı yaşamışdır.[4] Azərbaycanlılar 1905–1906-cı illərdə erməni silahlı birləşmələrinin törətdikləri qırğınlar nəticəsində deportasiya olunmuşlar. Hazırda burada yalnız ermənilər yaşayırlar.[3]

  1. 1 2 GEOnet Names Server. 2018.
  2. http://armstat.am/file/article/nasel_01.07.2016.pdf.
  3. 1 2 İbrahim Bayramov, Nazim Mustafa. Həqiqətin onomastikası. Bakı: Şərq-Qərb. 2020.
  4. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) (erməni). Յերեվան: Մելքոնյան ֆոնդի հրատ. 1932.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994.
  • PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  • Həbib Rəhimoğlu. "Silinməz adlar, sağalmaz yaralar", Bakı, "Azərnəşr", 1997.
  • B. Ə. Budaqov, Q. Ə. Qeybullayev. "Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti". Bakı, "Oğuz eli", 1998.
  • Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995.