Tokantins (port. Tocantins) — Braziliyanın mərkəzində yerləşən ştat. Şimaldan Para və Maranyan, şərqdən Piaui və Baiya, qərbdən Matu-Qrosu, cənubdan Qoyas ilə sərhədə malikdir[2]. İnzibati mərkəzi Palmas şəhəridir.
Tokantins | |
---|---|
|
|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1988 |
Sahəsi |
|
Hündürlük | 525 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | BR-TO |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Ərazisinin böyük hissəsini savannalar təşkil edir. Şimal sərhədlərində rütubətli Amaxon meşələri yerləşir. Şimaldan cənubda Tokantins çayı axır.
Ştatın adı eyni adlı çayın adından götürülmüşdür.
Tokantins Braziliyanın ən cavan ştatıdır. Qoyas ştatının şimalında olan torpaların hesabına 1988-ci ildə təşkil edilmişdir[3].
Ştat əhalisinin böyük qismi qarışıq xüsusiyyətə malikdir: 71% Metis və Mulat, 24 % — ağlar, 3 % — qaralar. Bölgənin yeganə rəsmi dili portuqalcadır.
İnzibsti cəhətdən 2 mezoregion və 8 mikroregiona bölünür.
İqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir. Tokantins ərazisində Braziliyanın ən iri fermaları yerləşir[3].