Serjipi

Serjipi (port. Sergipe) — Braziliyanın şərqində yerləşən ştat. Braziliyanın şimal-şərq regionuna daxildir. Ştat cənubdan və şərqdən Baiya, şimaldan Alaqoas, şərqdən isə Atlantik okeanla əhatələnir. Ştatın inzibati mərkəzi Arakaju şəhəridir.

Serjipi
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]

10°36′ c. e. 37°24′ q. u.HGYO


Ölkə
Tarixi və coğrafiyası
Yaradılıb 1889
Sahəsi
  • 22.050,3 km²
Hündürlük
223 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 2.210.004 nəf. (2022)[1]
Rəqəmsal identifikatorlar
ISO kodu BR-SE
Poçt indeksi 49000-000, 49990-000
Rəsmi sayt
Serjipi xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Serjipi Braziliyanın sahə baxımından ən kiçik ştatıdır. Ölkə ərazisinin cəmi 0,26 % təşkil edir[2].

Serjipi ərazisinin demək olar ki, hamısı savannadır. Okean sahilləri Manqrov meşələri, bataqlıq və qumlu çimərliklərlə örtülüdür.

Arakajuya açılan mənzərə.

Serjipi ərazisində ilk portuqal koloniyaçıları San-Kristovan şəhərini qurmuşlar. Uzun zaman şəhər ştatın paytaxtı olmuşdur. Digər şimal-şərq ştatları kimi Serjipi dəfələrlə hollandların hücumuna məruz qalmışdır. 1641-ci ildə hollandlar ştatın ərazisini işğal etmişlər. Dörd il müddətində ərazi Holland Braziliyasına tabe edilmişdi. 1645-ci ildə portuqallar hollandları bölgədən çıxara bilmişlər. 1855-ci ildə ştatın paytaxtı Arakaju şəhərinə köçürülmüşdür.

1930-cu illərdə ştat ərazisi cinayət quruplaşmaları tərəfindən intensiv terror aktları məruz qalmışdır.

İnzibati bölgü

[redaktə | mənbəni redaktə et]

Ştat ərazisi 3 mezoregiona və 13 mikroregiona bölünür.

Serjipi böyük aqrar potensiala malikdir. Burada Şəkər qamışı, pambıq, çəltik, aqava, tütün, maniok yetişdirilir. Nisbətən üuraq bölgələrdə heyvandarlıq inkişaf etdirilmişdir[3]. Şelf zonası olan "Piranema" neft platformasında neft və qaz hasil edilir[4].

  1. https://censo2022.ibge.gov.br/panorama/.
  2. "Vokruq Sveta. Serjipi". 2021-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-25.
  3. Serjipi
  4. "Braziliya neft hasilatında rekord vurur". 2009-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-25.