Miyandoab şəhristanı (fars. شهرستان میاندوآب; azərb. Qoşaçay şəhristanı) — İran İslam Respublikasının Qərbi Azərbaycan ostanının (vilayətinin) 14 şəhristanından biri. Şəhristanın inzibati mərkəzi Miyandoab (Qoşaçay) şəhəridir.
Miyandoab şəhristanı | |
---|---|
fars. شهرستان میاندوآب | |
|
|
Ölkə | İran |
Daxildir | Qərbi Azərbaycan ostanı |
İnzibati mərkəz | Miyandoab |
Ən böyük şəhərləri | Miyandoab |
Tarixi və coğrafiyası | |
Sahəsi | 2 233[1] km² |
Saat qurşağı | UTC+3.30, yayda UTC+4.30 |
Əhalisi | |
Əhalisi | 260 586 nəfər (2011) |
Etnik tərkib | Azərbaycanlılar, kürdlər[2][3] |
Dini tərkib | Müsəlman (şiə, sünni) |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
2006-cı ildə aparılmış əhalinin siyahıya alınmasının nəticələrinə görə şəhristanın əhalisi 245,158 nəfər (kişilər: 123,993 nəfər - qadınlar: 121,160 nəfər) olmuşdur[4]. Miyandoab şəhristanında əsasən Azərbaycan türkləri və çox az sayda kürdlər yaşayırlar.[5]
Şəhristanın adını aldığı Miyandoab (Qoşaçay) şəhərinin Azərbaycan türkcəsindəki adı olan Qoşaçay adı "cüt, iki dənə olan" mənalarını daşıyan "qoşa", və "təbii axar su" demək olan "çay" sözlərindən ibarətdir. Hazırkı rəsmi farsca adı olan Miyandoab adı isə "miyan" (orta, ortasında), "do" (iki), və "ab" (su) sözlərindən ibarətdir.
Hər iki ad şəhərin Zarrinehçay (farsca adı Zərrinərud) və Tatavu (farsca adı Siminərud) çayları arasında yerləşməsi ilə bağlıdır.
شهر میاندوآب یا قوشاچای در استان آذربایجان غربی ایران قرار دارد. این شهر در جنوب دریاچه ارومیه و جنوب شرقی استان آذربایجان غربی و میان دو رود زرینهرود و سیمینهرود واقع است. این شهر در جنوب دریاچه ارومیه و جنوب شرقی استان آذربایجان غربی قرار دارد.
ساکنان شهر ترکزبان و روستاهای شمالی و شرقی آن نیز ترکزبانند و در برخی از روستاهای غربی و جنوبی مردمان کرد ساکنند.