Əli İsayev (18 dekabr 1983, Mahaçqala) — Azərbaycanı təmsil edən sərbəst güləşçi, 2009-cu il Avropa Çempionatının qalibi.[1]
Əli İsayev | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | |||||||||||
Tam adı | Əli İsayev | ||||||||||
Vətəndaşlığı |
Rusiya → Azərbaycan |
||||||||||
Doğum tarixi | |||||||||||
Doğum yeri | |||||||||||
Boyu | 192 sm. (5 ft 6 in) | ||||||||||
Çəkisi | 120 kq | ||||||||||
İdman növü | Güləş | ||||||||||
Karyera illəri | 1999—2016 | ||||||||||
Məşqçisi | Firdovsi Umudov | ||||||||||
Komandası | Atasport İdman Klubu | ||||||||||
Medallar
|
Əli İsayev 2005 və 2006-cı illərdə Rusiya Çempionatlarının bürünc medallarına sahib oldu.[2] Rusiya yığmasının heyətində Dünya və Avropa Çempionatlarında, həmçinin nüfuzlu beynəlxalq turnirlərdə çıxış edə bilməyən Əli İsayev 2007-ci ildə Azərbaycan Güləş Federasiyası tərəfindən Azərbaycan yığmasının heyətinə cəlb edildi.[2]
2007-ci ilin aprelində Bolqarıstanda Avropa Çempionatında beşinci pilləyə sahib olan Əli İsayev sentyabrda Azərbaycanda Dünya Çempionatını 8-ci pillədə başa vurdu.[2]
Əli İsayev 2008-ci ildə Finlandiyanın Tampere şəhərində baş tutan Avropa Çempionatını gümüş medalla başa vurdu.[2] Apreldə isə o, İsveçrədə Dünya Olimpiya Təsnifat Turnirinin nəticələrinə əsasən olimpiya lisenziyasına sahib oldu.[2] İyunda Qızıl Qran-Pri beynəlxalq turnirinin qalibi olan Əli İsayev avqustda Azərbaycanı olimpiada da təmsil elədi.[2]
Əli İsayev olimpiadanın 1/8 final mərhələsində 2004-cü il Afina Olimpiadasının qalibi Özbəkistan nümayəndəsi Artur Taymazov ilə üz-üzə gəldi.[3] Həmin görüşün birinci hissəsində Əli İsayev rəqibinə 0:2 hesabı ilə məğlub oldu.[3] Görüşün növbəti hissəsi gərgin idman mübarizəsi şəraitində baş tutsa da, nəticədə Əli İsayev rəqibinə 4:5 hesabı ilə məğlub oldu.[3] Rəqibi final görüşünə vəsiqə qazandığına görə Əli İsayev təsəlliverici qrupda mübarizə apardı.[3] Bu qrupun birinci görüşündə onun rəqibi Kuba nümayəndəsi Disney Rodrigez oldu.[3] Həmin görüşdə Əli İsayev rəqibinə məğlub oldu və olimpiadanı 12-ci pillədə başa vurdu.[3]
Olimpiadadan sonra Əli İsayev 2009-cu ildə Azərbaycan idmanı tarixinə düşdü. Yanvarda İvan Yarıgin beynəlxalq turnirini beşinci pillədə başa vuran martda Litvanın Vilnüs şəhərində baş tutan Avropa Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qızıl medalına sahib oldu.[2] Əli İsayev bu çəki dərəcəsində Avropa çempionu adını qazanan birinci Azərbaycan güləşçisi oldu. İyulda Qızıl Qran-Pri beynəlxalq turnirinin finalçısı olan Əli İsayev sentyabrda Dünya Çempionatını 8-ci pillədə başa vurdu.[2]
2010-cu ildə isə Əli İsayev Azərbaycanda Avropa Çempionatını 14-cü, Rusiyada isə Dünya Çempionatını 5-ci pillədə başa vurdu və sadəcə Qızıl Qran-Pri beynəlxalq turnirində medala sahib ola bildi.[2] 2011-ci ildə Əli İsayev Azərbaycan yığmasının liderinin gənc Camaləddin Məhəmmədov olmasına görə Dünya və Avropa Çempionatlarında çıxış eləmədi. Bundan sonra Əli İsayev 2011-2016-ci illərdə əsasən Azərbaycanda Qızıl Qran-Pri və Rusiyada Əli Əliyev beynəlxalq turnirlərdə çıxış elədi.[2] 2016-cı ildə idmanla vidalaşdı.[2]
Avropa Çempionatı | Bolqarıstan | |||
Almaniya Qran-Prisi | Almaniya | |||
Dünya Çempionatı | Azərbaycan | |||
Avropa Çempionatı | Finlandiya | |||
Dünya Olimpiya Təsnifat Turniri | İsveçrə | |||
Qızıl Qran-Pri | Azərbaycan | |||
Olimpiya Oyunları | Çin | |||
İvan Yarıgin Turniri | Rusiya | |||
Avropa Çempionatı | Litva | |||
Qızıl Qran-Pri | Azərbaycan | |||
Dünya Çempionatı | Danimarka | |||
Avropa Çempionatı | Azərbaycan | |||
Qızıl Qran-Pri | Azərbaycan | |||
Dünya Çempionatı | Rusiya | |||
Əli Əliyev Turniri | Rusiya | |||
Qızıl Qran-Pri | Azərbaycan | |||
Kiyev Turniri | Ukrayna | |||
Qızıl Qran-Pri | Azərbaycan | |||
Əli Əliyev Turniri | Rusiya | |||
Əli Əliyev Turniri | Rusiya | |||
Qızıl Qran-Pri | Azərbaycan | |||
Əli Əliyev Turniri | Rusiya | |||
Qızıl Qran-Pri | Azərbaycan | |||
Əli Əliyev Turniri | Rusiya | |||
Qızıl Qran-Pri | Azərbaycan |