Həsrət Cəfərov 2023-cü ildə Zaqreb şəhərində (Xorvatiya), 2024-cü ildə isə Buxarest şəhərində (Rumıniya) baş tutan Avropa Çempionatlarında qızıl medalların sahib olub.[1] 2017-ci ildə U17 Avropa Çempionatının, 2021-ci ildə U20 Dünya və Avropa Çempionatlarının, həmçinin U23 Dünya Çempionatının qalibi olub.[1]Avropa Gənclər Olimpiya Festivalı, MDB Oyunları, İslam Həmrəyliyi Oyunları da daxil olmaqla bir sıra beynəlxalq turnirlərin qalibi olub.[1] Karyerası ərzində isə ümumi olaraq mübarizə apardığı 22 beynəlxalq turniri 11 qızıl, 1 gümüş və 7 bürünc medalla başa vurub.[1]
Həsrət Cəfərov 2017-ci ilin aprelində yeniyetmələr arasında Azərbaycan Güləş Federasiyasının Kubokunun qalibi oldu.[8] İyunda isə o, GürcüstanınRustavi şəhərində dünya çempionu Temo Kazaraşvilinin şərəfinə baş tutan beynəxalq turniri[9] gümüş medalla başa vurdu.[10]
Həsrət Cəfərovun beynəlxalq səviyyədə debütü 2017-ci ilin 24-30 iyulunda Bosniya və HerseqovinanınSarayevo şəhərində baş tutan 17 yaşlı güləşçilər arasında Avropa Çempionatı oldu.[11] Həsrət Cəfərov 1/8 final mərhələsində Moldova nümayəndəsi Leonid Moroz ilə üz-üzə gəldi.[12] Həmin görüşdə Cəfərov rəqibinə 5:2 hesabı ilə qalib gəldi və turnirin 1/4 final mərhələsinə adladı.[12] Bu mərhələdə onun rəqibi Belarus güləşçisi Artyom Klitsunov oldu.[13] Bu görüşdə Cəfərov rəqibinə 5:0 hesabı ilə qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı.[13] Finala gedən yolda isə onun rəqibi Rumıniya nümayəndəsi Konstantin Tudor oldu.[14] Həmin görüşdə Həsrət Cəfərov rəqibi üzərində 1:33 dəqiqə ərzində 12:0 hesabı ilə inamlı qələbə qazandı və çempionatın final görüşünə vəsiqə qazandı.[14] Həlledici görüşdə onun rəqibi İtaliya güləşçisi Daniel Pramatarov oldu.[15] Final görüşündə sona bir dəqiqə qala (3:08) Həsrət Cəfərov rəqibi üzərində təmiz qələbə qazanaraq 17 yaşlı güləşçilər arasında Avropa Çempionatının qalibi oldu.[15][11][16]
Həmin il Həsrət Cəfərov həm də ardıcıl olaraq 2-ci dəfə yeniyetmələr arasında şəhər birinciliyinin qalibi oldu.[17]
2018-ci il: U17 Avropa və Dünya Çempionatlarında "bürünc"
2018-ci ilin fevralında Həsrət Cəfərov yeniyetmələr arasında Azərbaycan Çempionatını qızıl medalla başa vurdu.[18] Apreldə isə o, Kocaelidə baş tutan XXI beynəlxalq Zəfər Turnirinin qalibi oldu.[19]
Həsrət Cəfərovun 2018-ci ilin 14-20 mayında KYRM-nın Skopye şəhərində baş tutan 17 yaşlılar arasında Avropa Çempionatı mübarizə apardı.[20] Təsnifat mərhələsindən azad olan Həsrət Cəfərov turnirin 1/8 final mərhələsində Türkiyə nümayəndəsi Mühremin Ağtaş ilə üz-üzə gəldi.[21] Rəqib 2017-ci ildə U17 Avropa Çempionatını üçüncü, U17 Dünya Çempionatını isə beşinci pillədə başa vurmuş güləşçi idi.[22] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Cəfərov rəqibinə 3:2 hesabı ilə qalib gəldi və turnirin 1/4 final mərhələsinə adladı.[21] Bu mərhələdə onun rəqibi Ukrayna güləşçisi Vladimir Voytoviç oldu.[23] Bu görüşdə Həsrət Cəfərov rəqibi üzərində 3:08 dəqiqə ərzində 10:1 hesabı ilə inamlı qələbə qazandı və çempionatın yarım-final mərhələsinə adladı.[23] Finala gedən yolda isə onun rəqibi Rusiya nümayəndəsi Artyom Morozov oldu.[24] Həmin görüşdə Həsrət Cəfərov rəqibinə 3:7 hesabı ilə məğlub oldu və mübarizəsini bürünc medal uğrunda dörüşdə davam etdi.[24] Bu görüşdə onun rəqibi ötən il Sarayevo şəhərində analoji turnirdə qələbə qazandığı Belarus güləşçisi Artyom Klitsunov oldu.[25] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Cəfərov bu səfərdə rəqibinə qalib gəldi (4:2).[25] Bununla da Həsrət Cəfərov titulunu qoruya bilməsə də, 17 yaşlı güləşçilər arasında Avropa Çempionatını bürünc medalla başa vurdu.[20]
İyunda isə Cəfərov GürcüstanınRustavi şəhərində dünya çempionu Temo Kazaraşvilinin şərəfinə baş tutan yeniyetmələr arasında beynəlxalq turnirin[26] bürünc medalına sahib oldu.[27]
Həsrət Cəfərov üçün ilin əsas turniri 2-8 iyulda XorvatiyanınZaqreb şəhərində baş tutan 17 yaşlılar arasında Dünya Çempionatı oldu.[28] Dünya səviyyəli turnirlərdə debüt edən Cəfərov turnirin təsnifat mərhələsindən azad idi.[1] 1/8 final mərhələsində onun rəqibi Özbəkistan nümayəndəsi Lazizxon Uzbeyov oldu.[29] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Həsrət Cəfərov rəqibinə 4:9 hesabı ilə məğlub oldu.[29] Rəqib final görüşünə vəsiqə qazandığına görə Həsrət Cəfərov bürünc medal uğrunda təsəlliverici qrupda mübarizə apardı.[30] Birinci görüşdə onun rəqibi Litva güləşçisi Adamos Grigaliunas oldu.[31] Həmin görüşdə Cəfərov rəqibi üzərində 7:1 hesabı ilə qələbə qazandı və bürünc medal uğrunda görüşə vəsiqə qazandı.[31] Həlledici görüşdə isə o, Ermənistan nümayəndəsi Robert Karapetyan ilə üz-üzə gəldi.[32] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Həsrət Cəfərov rəqibinə 4:2 hesabı ilə qalib gəldi.[32] Bununla da Cəfərov 17 yaşlılar arasında Dünya Çempionatının bürünc medalına sahib oldu.[33][34]
Həsrət Cəfərov 2019-cu ilin 20-27 iyulunda Azərbaycanın ev sahibliyində baş tutan XV Avropa Gənclər Yay Olimpiya Festivalında mübarizə apardı.[35][36] Təsnifat mərhələsindən azad olan Cəfərov turnirin 1/8 final mərhələsində Litva nümayəndəsi Donatas Rindeihis ilə üz-üzə gəldi.[37] Həmin görüşdə Həsrət Cəfərov rəqibi üzərində vaxtından əvvəl 12:0 hesabı ilə inamlı qələbə qazandı və 1/4 final mərhələsinə adladı.[37] Bu mərhələdə onun rəqibi Belarus güləşçisi Nihita Muraşha oldu.[37] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Cəfərov rəqibinə 13:5 hesabı ilə qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı.[37] Finala gedən yolda isə onun rəqibi İtaliya nümayəndəsi Andrea Setti oldu.[37] Bu görüşdə Cəfərov rəqibinə 6:0 hesabı ilə qalib gəldi və final görüşünə vəsiqə qazandı.[37] Həlledici görüşdə onun rəqibi Rusiya güləşçisi Məhəmməd Gigiyev oldu.[37] Final görüşündə Həsrət Cəfərov rəqibi üzərində 7:0 hesabı ilə inamlı qələbə qazandı və XV Avropa Gənclər Yay Olimpiya Festivalının qalibi oldu.[38][39]
İlin əsas turniri 28 iyul-4 avqustda BolqarıstannınSofiya şəhərində baş tutan 17 yaşlılar arasında Dünya Çempionatı oldu.[40] Keçən il analoji turniri bürünc medalla başa vuran Həsrət Cəfərov bu səfər çempionluğa iddialı idi.[1] Təsnifat mərhələsində onun rəqibi Qazaxıstan nümayəndəsi Əziz Qasımov oldu.[41] Həmin görüşdə Cəfərov rəqibi üzərində 10:4 hesabı ilə qələbə qazandı və turnirin 1/8 final mərhələsinə adladı.[41] Bu mərhələdə isə o, İran güləşçisi Danial Sohrabi ilə üz-üzə gəldi.[42] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Cəfərov rəqibinə 1:3 hesabı ilə məğlub oldu.[42] Rəqib 1/2 final mərhələsində məğlub olduğu üçün Cəfərov bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılmaq şansını da itirdi.[43] Nəticədə Həsrət Cəfərov ötən il bürünc medalla başa vurduğu turniri bu səfər 24 güləşçi sırasında 12-ci pillədə başa vurdu.[40]
2021-ci il: U20 və U23 Dünya Çempionatlarında zəfər
Dünyanı cənginə alan COVID-19 pandemiyası səbəbilə 2020-ci il ərzində yeniyetmələr arasında Avropa və Dünya Çempionatları baş tutmadı.[1] Pandemiyadan sonra Həsrət Cəfərovun birinci turniri 2021-ci ilin 16-24 mayında Skopye şəhərində baş tutan 23 yaşlılar arasında Avropa Çempionatı oldu.[44] Təsnifat mərhələsində Cəfərovun rəqibi Rumıniya nümayəndəsi Vasile Dosoftei oldu.[45] Həmin görüşdə Cəfərov rəqibinə 4:1 hesabı ilə qalib gəldi və turnirin 1/4 final mərhələsinə adladı.[45] Bu mərhələdə o, Gürcüstan güləşçisi Coni Xesuriani ilə üz-üzə gəldi.[46] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüş 1:1 hesabı ilə başa çatdı və qaydalara əsasən son xalı Həsrət Cəfərov qazandığına görə görüşün qalibi olaraq turnirin yarım-final mərhələsinə adladı.[46] Finala gedən yolda isə onun rəqibi Macarıstan nümayəndəsi Krisztian Vancza oldu.[47] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Cəfərov rəqibinə 3:4 hesabı ilə məğlub oldu və mübarizəsini bürünc medal uğrunda görüşdə davam etdi.[47] Həlledici görüşdə onun rəqibi təsəlliverici görüşün Avstriya və Fransa güləşçilərindən ibarət cütün qalibi olmalı idi.[48] Amma Dünya Güləş Birliyi (UWW) həmin güləşçiləri çempionat ərzində heç bir görüşə çıxmadığına görə (zədə səbəbilə) turnirdən uzaqlaşdırdı.[48] Bununla da Həsrət Cəfərov bürünc medal uğrunda görüşdə rəqibsiz qalib elan edildi və 23 yaşlılar arasında Avropa Çempionatının bürünc medalına sahib oldu.[49]
Həsrət Cəfərovun növbəti turniri 28 iyun-4 iyulda AlmaniyanınDortmund şəhərində baş tutan 20 yaşlılar arasında Avropa Çempionatı oldu.[50] Bir ay əvvəl 23 yaşlıların Avropa Çempionatını bürünc medalla başa vuran Həsrət Cəfərov bu turnirin ən iddialı güləşçilərindən hesab olunurdu.[1] Təsnifat mərhələsindən azad olan Cəfərov 1/8 final mərhələsində Macarıstan nümayəndəsi Adam Pohileç ilə üz-üzə gəldi.[51] Həmin görüşdə Cəfərov rəqibi üzərində 1:34 dəqiqə ərzində 8:0 hesabı ilə inamlı qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı.[51] Bu mərhələdə onun rəqibi Bolqarıstan güləşçisi Niholay Dzezov oldu.[52] Bu görüşdə də Həsrət Cəfərov rəqibi üzərində vaxtından əvvəl (2:22 dəqiqə ərzində) 11:3 hesabı ilə inamlı qələbə qazandı və turnirin yarım-final mərhələsinə adladı.[52] Finala gedən yolda isə o, Gürcüstan nümayəndəsi Luha Oçigava ilə üz-üzə gəldi.[53] Həmin görüşdə Cəfərov rəqibinə 6:0 hesabı ilə qalib gəldi və turnirin final görüşünə vəsiqə qazandı.[53][54] Həlledici görüşdə onun rəqibi Türkiyə güləşçisi Serhat Kırıh oldu.[55] Final görüşü də Həsrət Cəfərov üçün asan oldu.[55] Cəfərov 1:38 dəqiqə ərzində rəqibi üzərində 9:0 hesabı ilə inamlı qələbə qazandı və 20 yaşlılar arasında Avropa Çempionatının qalibi oldu.[55][56]
Bu qələbədən təxminən bir ay sonra Həsrət Cəfərov növbəti nüfuzlu turnirdə — 20 yaşlılar arasında Dünya Çempionatında mübarizə apardı.[57] 16-22 avqustda RusiyanınUfa şəhərinin ev sahibliyində baş tutan turnirin əsas favoritlərindən biri Cəfərov hesab olunurdu. Turnirin təsnifat mərhələsində o, Finlandiya nümayəndəsi Nestori Kalle Mixael Mannila ilə üz-üzə gəldi.[58] Bu görüşdə Cəfərov 1:50 dəqiqə ərzində rəqibi üzərində 10:0 hesabı ilə inamlı qələbə qazandı və turnirin 1/8 final mərhələsinə adladı.[58] Bu mərhələdə onun rəqibi Gürcüstan güləşçisi Luha Oçigava oldu.[59] Cəfərov həmin rəqibinə bir ay əvvəl U20 Avropa Çempionatının yarım-final mərhələsində qalib gəlmişdi (6:0).[53] Bu səfər isə Cəfərov rəqibi üzərində vaxtından əvvəl 12:3 hesabı ilə inamlı qələbə qazanaraq turnirin 1/4 final mərhələsinə adladı.[59] Bu mərhələdə o, Rusiya nümayəndəsi Müslim İmadayev ilə üz-üzə gəldi.[60] Rəqib ötən il U17 Avropa və Dünya Çempionatının qalibi olmuş güləşçi idi.[61] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Cəfərov rəqibinə 3:2 hesabı ilə qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı.[60] Finala gedən yolda isə onun rəqibi Fransa güləşçisi Qaqi Snoyan oldu.[62] Bu görüşdə də Cəfərov rəqibi üzərində vaxtından əvvəl (3:46 dəqiqə ərzində) 10:0 hesabı ilə qələbə qazandı və turnirin final görüşünə vəsiqə qazandı.[62][63] Həlledici görüşdə onun rəqibi Ermənistan nümayəndəsi Saha Ovanesyan oldu.[64] Rəqib analoji turnirin son finalçısı idi.[65] Final görüşündə Həsrət Cəfərov rəqibi üzərində 7:0 hesabı ilə inamlı qələbə qazanaraq 20 yaşlılar arasında Dünya Çempionatını qızıl medalına sahib oldu.[64] Bununla da Cəfərov il ərzində həm U20 Avropa Çempionatının, həm də U20 Dünya Çempionatını qızıl medalla başa vurdu.[66]
Həsrət Cəfərovun növbəti turniri 4-11 sentyabrda RusiyanınKazan şəhərində baş tutan I MDB Oyunları oldu.[67] Sentyabrın 4-də baş tutan MDB Oyunlarının açılış mərasimində Azərbaycan bayrağını məhz Həsrət Cəfərov apardı.[68] Altı güləşçinin mübarizə apardığı turnirdə Cəfərov qrup mərhələsinin birinci görüşündə Rusiya nümayəndəsi İlyas Yandarov ilə üz-üzə gəldi.[69] Həmin görüşdə Cəfərov rəqibinə 2:1 hesabı ilə qalib gəldi.[69] Növbəti görüşdə isə Cəfərov Qazaxıstan güləşçisi Dinməhəmməd Qoşqar üzərində 9:0 hesabı ilə qələbə qazandı və qrupu birinci pillədə başa vuraraq turnirin yarım-final mərhələsinə adladı.[70] Finala gedən yolda onun rəqibi Özbəkistan nümayəndəsi Doniyorxan Nağibov oldu.[71] Bu görüşdə də Cəfərov rəqibi üzərində inamlı qələbə qazandı (10:1) və turnirin final görüşünə vəsiqə qazandı.[71] Həlledici görüşdə isə o, qrup mərhələsində qələbə qazandığı Qazaxıstan güləşçisi Dinməhəmməd Qoşqar ilə üz-üzə gəldi.[72] Cəfərov qrup mərhələsində rəqibi üzərində asan qələbə qazansa da, bu səfər görüş gərgin idman mübarizəsi şəraitində baş tutdu.[72] Nəticədə Həsrət Cəfərov rəqibinə 7:5 hesabı ilə qalib gəldi və MDB Oyunlarının qızıl medalına sahib oldu.[72][73][74]
2021-ci il ərzində gənclər arasında Avropa və Dünya Çempionatlarının qalibi olan Həsrət Cəfərov NorveçinOslo şəhərində baş tutacaq Dünya Çempionatında mübarizə aparacaq Azərbaycan yığmasının heyətinə cəlb edildi.[75][76] Bu onun 18 yaşlı Cəfərovun Dünya Çempionatlarında debütü idi.[1] Turnirin təsnifat mərhələsində onun rəqibi ABŞ nümayəndəsi Peyton Omania oldu.[77][78] Həmin görüşdə Cəfərov rəqibi üzərində vaxtından əvvəl, 1:44 dəqiqə ərzində 10:0 hesabı ilə inamlı qələbə qazandı və turnirin 1/8 final mərhələsinə adladı.[77] Bu mərhələdə o, Hindistan güləşçisi Gaurav Duhoon ilə üz-üzə gəldi.[79] Bu görüşdə də Cəfərov rəqibi üzərində vaxtından əvvəl (2:08 dəqiqə ərzində) 8:0 hesabı ilə inamlı qələbə qazanaraq turnirin 1/4 final mərhələsinə adladı.[77] Bu mərhələdə onun rəqibi İran nümayəndəsi Məhəmməd Reza Gerayi oldu.[80] Rəqib son Olimpiya Oyunlarının qalibi olan 25 yaşlı titullu və təcrübəli güləşçi idi.[81] Həmin görüşdə Həsrət Cəfərov rəqibinə 0:11 hesabı ilə məğlub oldu.[80] Rəqib final görüşünə vəsiqə qazandığına görə Həsrət Cəfərov bürünc medal uğrunda təsəlliverici qrupda mübarizə apardı.[82] Təsəlliverici görüşdə onun rəqibi Yaponiya güləşçisi Tsuçiha Şimoyamada oldu.[83] Bu görüşdə Cəfərov rəqibinə 7:0 hesabı ilə qalib gəldi və bürünc medal uğrunda görüşə vəsiqə qazandı.[80] Həlledici görüşdə o, Gürcüstan nümayəndəsi Ramaz Zoidze ilə üz-üzə gəldi.[84] Rəqib U23 Avropa Çempionatlarında ardıcıl olaraq üç dəfə qızıl medala sahib olan təcrübəli güləşçi idi.[85] Bu görüşdə Cəfərov təcrübəli rəqibinə 0:8 hesabı ilə məğlub oldu.[84] Bununla da Həsrət Cəfərov debüt Dünya Çempionatını beşinci pillədə başa vurdu.[86]
Həsrət Cəfərov üçün 2021-ci ilin son turniri 1-7 noyabrda SerbiyanınBelqrad şəhərində baş tutan 23 yaşlılar arasında Dünya Çempionatı oldu.[87][88] Turnirin təsnifat mərhələsində Cəfərov Meksika nümayəndəsi Diego Martínez ilə üz-üzə gəldi.[89] Həmin görüşdə Cəfərov rəqibinə 3:1 hesabı ilə qalib gəldi və 1/8 final mərhələsinə adladı.[89] Bu mərhələdə onun rəqibi Rumıniya güləşçisi Vasile Dosoftei oldu.[90] Cəfərov həmin rəqibinə mayda U23 Avropa Çempionatında qalib gəlmişdi (4:1).[45] Bu səfər Cəfərov rəqibi üzərində vaxtından əvvəl 10:1 hesabı ilə inamlı qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı.[90] Bu mərhələdə o, Qazaxıstan nümayəndəsi Sultan Assetuli ilə üz-üzə gəldi.[91] Bu görüşdə Cəfərov rəqibindən 9:2 hesabı ilə üstün olaraq turnirin yarım-final mərhələsinə adladı.[91] Finala gedən yolda isə onun rəqibi Türkiyə güləşçisi Kadir Kamal oldu.[92] Rəqib mayda U23 Avropa Çempionatının finalçısı olmuşdu.[93] Həmin görüşdə Cəfərov rəqibinə 4:1 hesabı ilə qalib gəldi və turnirin final görüşünə vəsiqə qazandı.[92][94] Həlledici görüşdə onun rəqibi İran nümayəndəsi Məhəmməd Cavad Rezai oldu.[95] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Həsrət Cəfərov rəqibi üzərində 3:2 hesabı ilə qələbə qazanaraq 23 yaşlılar arasında Dünya Çempionatının qalibi oldu.[95][96][97] Bununla da Cəfərov 2021-ci il ərzində U20 Avropa və Dünya Çempionatlarının, həmçinin U23 Dünya Çempionatının qızıl medallarına sahib oldu.[1]
2022-ci il: Avropa və Dünya Çempionatlarında "bürünc"
2022-ci ilin aprelində Həsrət Cəfərov Avropa Çempionatlarında debüt etdi.[98][99] Martda Dünya Güləş Birliyi (UWW) tərəfindən açıqlanan reytinq cədvəlində Həsrət Cəfərov doqquzuncu pillədə qərarlaşdı.[100] 28 mart-4 apreldə MacarıstanınBudapeşt şəhərində baş tutan[101] turnirin təsnifat mərhələsindən azad olan Cəfərov 1/8 final mərhələsində Almaniya nümayəndəsi Vitalis Lazovsi ilə üz-üzə gəldi.[102] Həmin görüşdə Cəfərov rəqibi üzərində 9:1 hesabı ilə inamlı qələbə qazanaraq 1/4 final mərhələsinə adladı.[102] Bu mərhələdə isə onun rəqibi Polşa güləşçisi Mateusz Bernate oldu.[103] Rəqib son Avropa Çempionatının finalçısı idi.[104] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Cəfərov rəqibinə 5:2 hesabı ilə qalib gəldi və Avropa Çempionatının yarım-final mərhələsinə adladı.[103] Finala gedən yolda onun rəqibi Türkiyə nümayəndəsi Murat Fırat oldu.[105] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Cəfərov rəqibinə 0:2 hesabı ilə məğlub oldu və mübarizəni bürünc medal uğrunda görüşdə davam etdi.[106] Həlledici görüşdə o, Serbiya güləşçisi Sebastian Nađ ilə üz-üzə gəldi.[107] Həmin görüşdə Həsrət Cəfərov rəqibi üzərində 8:1 hesabı ilə inamlı qələbə qazanaraq debüt Avropa Çempionatını bürünc medalla başa vurdu.[107][108]
Həsrət Cəfərovun növbəti turniri 22-25 iyunda İtaliyanınRoma şəhərində baş tutan UWW Matteo Pellicone Turniri oldu.[109][110] Mayda açıqlanan reytinq cədvəlində Həsrət Cəfərov mövqeyini yaxşılaşdıraraq altıncı pillədə qərarlaşmışdı.[111] Turnirin təsnifat mərhələsində Cəfərovun rəqibi Macarıstan nümayəndəsi Eri Torba oldu.[112] Həmin görüşdə Cəfərov rəqibi üzərində 2:42 dəqiqə ərzində 8:0 hesabı ilə inamlı qələbə qazanaraq 1/4 final mərhələsinə adladı.[112] Bu mərhələdə isə o, İsveç güləşçisi Nihlas Öhlén ilə üz-üzə gəldi.[113] Bu görüşdə də Cəfərov rəqibinə vaxtından əvvəl, 3:40 dəqiqə ərzində qalib gəldi (9:0) və bununla da turnirin yarım-final mərhələsinə adladı.[113] Finala gedən yolda onun rəqibi İran nümayəndəsi Məhəmməd Cavad Rezai oldu.[114] Cəfərov həmin rəqibinə ötən ilin noyabrında U23 Dünya Çempionatının final görüşündə qalib gəlmişdi.[95] Bu səfərdə görüş gərgin idman mübarizəsi şəraitində baş tutdu, nəticədə Həsrət Cəfərov rəqibinə 8:3 hesabı ilə qalib gəldi və turnirin final görüşünə vəsiqə qazandı.[114] Həlledici görüşdə onun rəqibi Türkiyə güləşçisi Furhan Yıldız oldu.[115] Final görüşündə də Həsrət Cəfərov rəqibi üzərində vaxtından əvvəl, 3:30 dəqiqə ərzində 9:0 hesabı ilə inamlı qələbə qazandı və UWW Matteo Pellicone Turnirinin qalibi oldu.[116]
Həsrət Cəfərov uğurlu qələbə seriyasını avqustda Konya şəhərində baş tutan V İslam Həmrəyliyi Oyunlarında da davam etdi.[117][118]İslamiadanın 1/4 final mərhələsində onun rəqibi elə iyunda qalib gəldiyi İran nümayəndəsi Məhəmməd Cavad Rezai oldu.[117] Bu səfər də Cəfərov rəqibi üzərində inamlı qələbə qazandı (10:3) və turnirin yarım-final mərhələsinə adladı.[117] Finala gedən yolda isə o, Türkmənistan güləşçisi Beymyrat Nobatov ilə üz-üzə gəldi.[117] Bu görüşdə Cəfərov rəqibinə vaxtından əvvəl 9:1 hesabı ilə qalib gəldi və İslamiadanın final görüşünə vəsiqə qazandı.[117] Həlledici görüşdə onun rəqibi Qırğızıstan nümayəndəsi Amantur İsmayılov oldu.[117] Gərgin idman mübarizəsi[119] şəraitində baş tutan final görüşündə Həsrət Cəfərov rəqibi üzərində 3:1 hesabı ilə qələbə qazandı və V İslam Həmrəyliyi Oyunlarının qızıl medalına sahib oldu.[120][121]
2022-ci ilin əsas turniri 10-18 sentyabrda SerbiyanınBelqrad şəhərində baş tutan Dünya Çempionatı oldu.[122][123] Keçən il Dünya Çempionatını beşinci pillədə başa vuran Həsrət Cəfərov bu səfər medala iddialı idi.[124] Dünya Çempionatından əvvəl, avqustda açıqlanan reytinq cədvəlinə əsasən Cəfərov üçüncü pillədə qərarlaşdı.[125] Təsnifat mərhələsində onun rəqibi Meksika nümayəndəsi Diego Martínez oldu.[126][127] Amma Martínez görüşdən əvvəl zədə aldığına görə görüş baş tutmadı, Cəfərov isə qalib elan edildi və növbəti mərhələdə adladı.[126] Turnirin 1/8 final mərhələsində onun rəqibi Yaponiya güləşçisi Katsuai Endo oldu.[128] Bu görüşdə Həsrət Cəfərov rəqibi üzərində vaxtından əvvəl 9:0 hesabı ilə inamlı qələbə qazanaraq 1/4 final mərhələsinə adladı.[128] Bu mərhələdə o, Çin nümayəndəsi Husiyuetu ilə üz-üzə gəldi.[129] Həmin görüşdə də Cəfərov rəqibi üzərində inamlı qələbə qazandı (7:0) və Dünya Çempionatının yarım-final mərhələsinə adladı.[129] Finala gedən yolda isə onun rəqibi Serbiya güləşçisi Mate Nemeš oldu.[130] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Cəfərov rəqibinə 2:5 hesabı ilə məğlub oldu və mübarizəsini bürünc medal uğrunda görüşdə davam etdi.[131] Həlledici görüşdə Həsrət Cəfərov Türkiyə nümayəndəsi Murat Fırat ilə üz-üzə gəldi.[132] Cəfərov həmin rəqibinə apreldə Avropa Çempionatının yarım-final mərhələsində məğlub olmuşdu.[105] Bu səfər isə Cəfərov rəqibi üzərində 8:2 hesabı ilə inamlı qələbə qazandı.[132] Bu minvalla Həsrət Cəfərov Dünya Çempionatının bürünc medalına sahib oldu.[133] Dünya Çempionatından sonra Həsrət Cəfərov sentyabrın sonlarında açıqlanan reytinq cədvəlində birinci pillədə qərarlaşdı.[134]
2023-cü il: Zaqrebdə Avropa çempionluğu, Belqradda DÇ finalı
2023-cü ildə Həsrət Cəfərovun birinci turniri 1-5 fevralda XorvatiyanınZaqreb şəhərində baş tutan Zagreb Open Turniri oldu.[135][136] Turnirin təsnifat mərhələsindən azad olan Cəfərov 1/8 final mərhələsində Kuba nümayəndəsi Luis Orta ilə üz-üzə gəldi.[137] Rəqib son olimpiadanın qalibi idi.[138] Həmin görüşdə Həsrət Cəfərov rəqibinə 1:5 hesabı ilə məğlub oldu.[137] Rəqib 1/2 final mərhələsində məğlub olduğu üçün Cəfərov bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılmaq şansını da itirdi.[139] Nəticədə Həsrət Cəfərov 26 güləşçi sırasında 20-ci pillədə qərarlaşdı.[135] Cəfərov 2021-ci il Dünya Çempionatından sonra birinci dəfə idi hansısa turniri medalsız başa vururdu.[1]
İlin birinci nüfuzlu turniri 17-24 apreldə XorvatiyanınZaqreb şəhərində baş tutan Avropa Çempionatı oldu.[140] Ötən il Macarıstanda analoji turniri bürünc medalla başa vuran Cəfərov bu səfər çempionluğa iddialı idi.[1] Hərçənd fevralda Zagreb Open'dən sonra yunan-roma güləşi üzrə Azərbaycan yığmasının məşqçisi Həsən Əliyev müsahibəsində Həsrət Cəfərovun Avropa Çempionatında mübarizə aparmağı planlaşdırılmadığını bildirsə də[141], ümumi nəticədə Azərbaycan Güləş Federasiyası onu Avropa Çempionatında mübarizə aparacaq yığmanın heyətinə cəlb etdi.[142] Təsnifat mərhələsindən azad olan Cəfərov turnirin 1/8 final mərhələsində Portuqaliya nümayəndəsi Pedro Kaldas ilə üz-üzə gəldi.[143][144] Həmin görüşdə Cəfərov qısa müddət ərzində rəqibi üzərində təmiz qələbə qazandı (2:1) və 1/4 final mərhələsinə adladı.[143] Bu mərhələdə onun rəqibi Norveç güləşçisi Havard Yorgensen oldu.[145] Bu görüşdə Həsrət Cəfərov rəqibi üzərində 7:1 hesabı ilə qələbə qazandı və Avropa Çempionatının yarım-final mərhələsinə adladı.[145] Finala gedən yolda isə o, son Avropa çempionu olan Türkiyə nümayəndəsi Murat Fırat ilə üz-üzə gəldi.[146] Cəfərov ötən ilin sentyabrında Serbiyada Dünya Çempionatında həmin rəqibinə qalib gəlmişdi.[132] Bu səfər də Həsrət Cəfərov rəqibi üzərində qələbə qazandı (7:1) və Avropa Çempionatının final görüşünə vəsiqə qazandı.[146][147] Həlledici görüşdə isə onun rəqibi Gürcüstan güləşçisi Coni Xesuriani oldu.[148] Cəfərov həmin rəqibinə 2021-ci ildə U23 Avropa Çempionatında son xalın qazanılması hesabına qalib gəlmişdi (1:1).[46] Bu səfər də görüş gərgin idman mübarizəsi şəraitində baş tutdu.[148] Nəticədə Həsrət Cəfərov rəqibinə 3:2 hesabı ilə qalib gəldi və Avropa Çempionatının qalibi oldu.[148][149] Bu 20 yaşlı Cəfərov isə bütün yaş qrupları da daxil olmaqla üçüncü Avropa çempionluğu idi.[1]
Avropa Çempionatından sonra Cəfərovun növbəti turniri 12-16 iyulda MacarıstanınBudapeşt şəhərində baş tutan UWW Polyá Imre & Varga János Turniri oldu.[150][151] Turnirdən əvvəl iyunda Dünya Güləş Birliyinin (UWW) açıqladığı reytinq cədvəlinə əsasən Cəfərov üçüncü pillədə qərarlaşmışdı.[152] Son Avropa çempionu Cəfərov bu turnirin də əsas favoriti hesab olunurdu.[1] Təsnifat mərhələsindən azad olan Cəfərov 1/8 final mərhələsində Qazaxıstan nümayəndəsi Dinməhəmməd Qoşqar ilə üz-üzə gəldi.[153] Cəfərov həmin rəqibinə 2021-ci ildə MDB Oyunlarının final görüşündə qalib gəlmişdi.[72] Bu səfər də Cəfərov rəqibi üzərində vaxtından əvvəl, 4:46 dəqiqə ərzində qələbə qazandı (12:3) və 1/4 final mərhələsinə adladı.[153] Bu mərhələdə onun rəqibi Rumıniya güləşçisi Mihai Mihuț oldu.[154] Həmin görüşdə Cəfərov rəqibinə 3:1 hesabı ilə qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı.[154] Finala gedən yolda o, Cənubi Koreya nümayəndəsi Ryu Han-Su ilə üz-üzə gəldi.[155] 34 yaşlı təcrübəli güləşçi Han-Su son illərdə ciddi uğurlara imza atmasa da, 2 dəfə Dünya, 4 dəfə isə Asiya Çempionatlarının qalibi idi.[156] Bu görüşdə Cəfərov rəqibinə 5:1 hesabı ilə qalib gəldi və turnirin final görüşünə vəsiqə qazandı.[155] Həlledici görüşdə isə onun rəqibi mayda Avropa Çempionatının final görüşündə qalib gəldiyi (3:2) Gürcüstan güləşçisi Coni Xesuriani oldu.[157] Həsrət Cəfərov bu səfər rəqibi üzərində daha inamlı qələbə qazandı (6:1) və UWW Polyá Imre & Varga János Turnirinin qızıl medalına sahib oldu.[157][158]
2023-cü ilin əsas turniri 16-24 sentyabrda SerbiyanınBelqrad şəhərinin ev sahibliyində baş tutan Dünya Çempionatı oldu.[159][160] Olimpiya lisenziyası verən Dünya Çempionatında Cəfərov medala iddialı idi.[161] Avqustda Dünya Güləş Birliyinin açıqladığı reytinq cədvəlinə Cəfərov 2-ci pillədə qərarlaşmışdı.[161] Təsnifat mərhələsindən azad olan Cəfərov turnirin 1/16 final mərhələsində Meksika nümayəndəsi Edson Olmos ilə üz-üzə gəldi.[162][163] Həmin görüşdə Cəfərov rəqibi üzərində vaxtından əvvəl, 2:45 dəqiqə ərzində 8:0 hesabı ilə inamlı qələbə qazandı və 1/8 final mərhələsinə adladı.[162] Bu mərhələdə onun rəqibi Macarıstan güləşçisi Krisztian Váncza oldu.[164] Rəqib ötən ilin Avropa Çempionatının finalçısı idi.[165] Bu görüşdə Cəfərov rəqibinə 5:1 hesabı ilə qalib gəldi və 1/4 final mərhələsinə adladı.[164] Bu mərhələdə o, İran nümayəndəsi Məhəmməd Reza Gerayi ilə üz-üzə gəldi.[166] Rəqib 2021-ci ildə Olimpiya Oyunları və Dünya Çempionatının qalibi olmuşdu.[81] Cəfərov həmin rəqibinə 2021-ci ildə debüt Dünya Çempionatında 0:11 hesabı ilə məğlub olmuşdu.[80] Bu səfər isə Həsrət Cəfərov rəqibindən revanş ala bildi və Gerayo üzərində vaxtından əvvəl, 3:42 dəqiqə ərzində 10:0 hesabı ilə inamlı qələbə qazanaraq Dünya Çempionatının yarım-final mərhələsinə adladı.[166] Finala gedən yolda isə onun rəqibi Ermənistan nümayəndəsi Slavi Qalstyan oldu.[167] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Cəfərov rəqibinə 5:3 hesabı ilə qalib gəldi və Dünya Çempionatının final görüşünə vəsiqə qazandı.[167][168] Bununla da o, həm də olimpiya lisenziyasını təmin etdi.[168] Həlledici görüşdə Cəfərovun rəqibi Kuba nümayəndəsi Luis Orta oldu.[169] Cəfərov həmin rəqibinə fevralda Xorvatiyada Zagreb Open'də məğlub olmuşdu.[137] Cəfərov revanş arzusunda olsa da, gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Ortaya 3:4 hesabı ilə məğlub oldu.[169] Bununla da Həsrət Cəfərov qatıldığı üçüncü Dünya Çempionatını gümüş medalla başa vurdu.[170] Yunan-roma güləşi üzrə Azərbaycan yığmasının məşqçisi Həsən Əliyevin sözlərinə görə Cəfərovun final görüşündə qələbə qazanması üçün təcrübəsi bəs etmədi.[171] Həsrət Cəfərov isə müsahibəsində bundan sonra əsas məqsədinin 2024 Paris Olimpiadası olduğunu bildirdi.[172]
2023-cü ilin sonunda Həsrət Cəfərov Dünya Güləş Birliyi (UWW) tərəfindən yunan-roma güləşi üzrə ilin parlayan ulduz elan edildi.[173]Gənclər və İdman Nazirliyinin versiyasına görə isə o, 2023-cü ilin ən yaxşı kişi idmançısı nominasiyası üzrə üçüncüsü oldu.[174]
Həsrət Cəfərovun olimpiya ilində birinci turniri 10-14 yanvarda XorvatiyanınZaqreb şəhərində baş tutan Zagreb Open Turniri oldu.[175][176] Keçən il bu turnirdə uğursuzluqla üzləşən Cəfərov bu səfər çempionluğa iddialı idi.[1] Təsnifat mərhələsindən azad olan Cəfərov 1/16 final mərhələsində ABŞ nümayəndəsi Alexandro Sanço ilə üz-üzə gəldi.[177] Həmin görüşdə Cəfərov rəqibinə 3:1 hesabı ilə qalib gəldi və 1/8 final mərhələsinə adladı.[177] Bu mərhələdə onun rəqibi İsveç güləşçisi Nihlas Öhlén oldu.[178] Bu görüşdə Cəfərov rəqibi üzərində vaxtından əvvəl, 2:11 dəqiqə ərzində 9:0 hesabı ilə inamlı qələbə qazandı və 1/4 final mərhələsinə adladı.[178] Bu mərhələdə o, Ukrayna nümayəndəsi Oleksey Masih ilə üz-üzə gəldi.[179] Həmin görüşdə də Cəfərov rəqibi üzərində vaxtından əvvəl, 1:48 dəqiqə ərzində 9:0 hesabı ilə inamlı qələbə qazandı və turnirin yarım-final mərhələsinə adladı.[179] Finala gedaən yolda isə onun rəqibi digər Ukrayna güləşçisi Pərviz Nəsibov oldu.[180] Rəqib son Olimpiya Oyunlarının finalçısı idi.[181] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Cəfərov rəqibinə məğlub oldu (2:4F) və mübarizəni bürünc medal uğrunda görüşdə davam etdi.[180] Həlledici görüşdə o, Misir nümayəndəsi Mustafa Alameldin ilə üz-üzə gəldi.[182] Nəticədə rəqibi üzərində 5:1 hesabı ilə qələbə qazanan Həsrət Cəfərov Zagreb Open Turnirini bürünc medalla başa vurdu.[182][183]
İlin birinci nüfuzlu turniri 12-18 fevralda RumıniyanınBuxarest şəhərində baş tutan Avropa Çempionatı oldu.[184][185] Turnirin son qalibi Həsrəf Cəfərovun əsas məqsədi titulunu qorumaq idi.[1] Təsnifat mərhələsindən azad olan Cəfərov 1/8 final mərhələsində Serbiya nümayəndəsi Sebastian Nađ ilə üz-üzə gəldi.[186][187] Rəqib 2022-ci il Dünya Çempionatının qalibi olsa da, Cəfərov həmin rəqibinə 2022-ci ilin Avropa Çempionatında qalib gəlmişdi.[107] Bu səfər də Cəfərov rəqibi üzərində qələbə qazandı (6:1) və turnirin 1/4 final mərhələsinə adladı.[186] Bu mərhələdə onun rəqibi Bolqarıstan güləşçisi Abu Muslim Amayev oldu.[188] Rəqib son Avropa Çempionatının bürünc medalçısı idi.[189] Bu görüşdə Cəfərov rəqibi üzərində vaxtından əvvəl, 4:44 dəqiqə ərzində 13:4 hesabı ilə qələbə qazandı və Avropa Çempionatının yarım-final mərhələsinə adladı.[188] Finala gedən yolda isə o, Norveç nümayəndəsi Morten Toresen ilə üz-üzə gəldi.[190] 27 yaşlı təcrübəli güləşçi Toresen son illərdə ciddi uğurlara imza atmasa da, 2020-ci il Avropa Çempionatının qalibi idi.[191] Bu görüşdə də Cəfərov rəqibi üzərində asan qələbə qazandı (7:1) və növbəti dəfə Avropa Çempinatının final görüşünə vəsiqə qazandı.[192][193] Həlledici görüşdə onun rəqibi Fərdi Neytral İdmançı (AIN) statusunda çıxış edən rusiyalı Ruslan Biçurin oldu.[194] Gərgin idman mübarizəsi[195] şəraitində baş tutan görüşdə Həsrət Cəfərov rəqibinə 8:5 hesabı ilə qalib gəldi və ardıcıl 2-ci dəfə Avropa Çempionatının qızıl medalına sahib oldu.[194][196][197]
Olimpiadadan əvvəl Həsrət Cəfərovun son sınağı 6-10 iyunda MacarıstanınBudapeşt şəhərində baş tutan UWW Polyá Imre & Varga János Turniri oldu.[198][199] Turnirdən əvvəl Cəfərov Dünya Güləş Birliyinin (UWW) reytinq cədvəlində birinci pillədə qərarlaşmışdı.[200] Keçən il analoji turnirin qalibi olan Cəfərov bu turnirdə 67 Kg.-da yox, 72 Kg.-da mübarizə apardı.[201] Yunan-roma güləşi üzrə Azərbaycan yığmasının məşqçisi Həsən Əliyevin sözlərinə görə Cəfərovun olimpiadadan əvvəl 72 Kg.-da çıxış etməsi zəruri idi.[202] Turnirin təsnifat mərhələsində onun rəqibi İran nümayəndəsi Danial Sohrabi oldu.[203] Cəfərov həmin rəqibinə beş il əvvəl, 2019-cu ilin U17 Dünya Çempionatında məğlub olmuşdu (1:3).[42] Bu səfər isə Həsrət Cəfərov rəqibinən revanş ala bildi və 12:6 hesabı ilə qələbə qazanaraq turnirin 1/4 final mərhələsinə adladı.[203] Bu mərhələdə o, Macarıstan güləşçisi Krisztofer Klányi oldu.[204] Həmin görüşdə Cəfərov rəqibinə 7:0 hesabı ilə qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı.[204] Finala gedən yolda isə onun rəqibi Gürcüstan nümayəndəsi Şmagi Bolvadze oldu.[205] 30 yaşlı Bolvadze son illərdə ciddi uğurlara imza atmasa da, 2016-cı il Rio-de-Janeyro Olimpiadasının bürünc medalına sahib olmuş təcrübəli güləşçi idi.[206] Bu görüşdə Cəfərov rəqibi üzərində 7:1 hesabı ilə inamlı qələbə qazandı və turnirin final görüşünə vəsiqə qazandı.[205] Həlledici görüşdə isə o, Misir güləşçisi Mustafa Alameldin ilə üz-üzə gəldi.[207] Cəfərov həmin rəqibinə yanvarda Zagreb Open'də qalib gəlmişdi.[182] Bu səfər də Həsrət Cəfərov rəqibinə qalib gəldi (5:2) və UWW Polyá Imre & Varga János Turnirinin qızıl medalına sahib oldu.[207][208] Turnir zamanı Cəfərov zədə alsa da, məşqçisi Həsən Əliyevin sözlərinə görə bu elə də ciddi maneə deyildi.[209]
İlin əsas turniri 26 iyul–11 avqust tarixlərində FransanınParis şəhərində baş tutan XXXIII Yay Olimpiya Oyunları oldu.[210][211] Cəfərov olimpiadadan əvvəl Dünya Güləş Birliyinin reytinq cədvəlində birinci pillədə qərarlaşmışdı[212] və bir sıra idman mütəxəssislərinə görə Azərbaycan Milli Olimpiya Komandasının əsas qızıl medal ümidi olaraq qiymətləndirilirdi.[213] Avqustun 7-də mübarizə aparan Həsrət Cəfərov[214] olimpiadanın 1/8 final mərhələsində Misir nümayəndəsi Məhəmməd İbrahim El-Sayed ilə üz-üzə gəldi.[215] Rəqib son Olimpiya Oyunlarının bürünc medalçısı idi.[216] Həmin görüşdə Həsrət Cəfərov rəqibi üzərində 9:0 hesabı ilə inamlı qələbə qazandı və olimpiadanın 1/4 final mərhələsinə adladı.[215][217] Bu mərhələdə isə onun rəqibi Moldova nümayəndəsi Valentin Petiç oldu.[218] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Həsrət Cəfərov rəqibinə 3:1 hesabı ilə qalib gəldi və olimpiadanın yarım-final mərhələsinə adladı.[218][219] Finala gedən yolda onun rəqibi Ukrayna nümayəndəsi Pərviz Nəsibov oldu.[220][221] Rəqib son olimpiadanın finalçısı olan 25 yaşlı təcrübəli güləşçi idi.[222] Cəfərov həmin rəqibinə yanvarda Zagreb Open'in yarım-final mərhələsində məğlub olmuşdu.[180] Gərgin və bərabər idman mübarizəsi şəraitində baş tutan görüş 3:3 hesabı ilə başa çatdı və qaydalara əsasən son xalı Pərviz Nəsibov qazandığına görə görüşün qalibi olaraq olimpiadanın final görüşünə adladı.[220] Həsrət Cəfərov isə mübarizəsini bürünc medal uğrunda görüşdə davam etdi.[223][224] Bu görüşdə onun rəqibi Qırğızıstan nümayəndəsi Amantur İsmayılov oldu.[223] Rəqib Dünya və Asiya Çempionatlarında medallara sahib olmuş 26 yaşlı təcrübəli güləşçi idi.[225] Həmin görüşdə Həsrət Cəfərov rəqibi üzərində 8:0 hesabı ilə inamlı qələbə qazandı[226] və olimpiadanın bürünc medalına sahib oldu.[223][227] Olimpiya medalı münasibətilə Azərbaycanın Birinci vitse-prezidentiMehriban Əliyeva Həsrət Cəfərovu təbrik etdi.[228] Bu medal yunan-roma güləşi üzrə Azərbaycan yığmasının olimpiada da əldə etdiyi yeganə medal oldu. Həsrət Cəfərov müsahibəsində əsas məqsədinin qızıl medal olduğunu, bundan sonra daha da yaxşı hazırlanıb, daha yaxşı nəticələr qazanacağını və əsas hədəfinin 2028-ci il Los Anceles Olimpiadasında çempionluq olduğunu bildirdi.[229][230][231] Yunan-roma güləşi üzrə U20 Azərbaycan yığmasının məşqçisi Nurəddin Rəcəbov müsahibəsində Pərviz Nəsibovun Həsrət Cəfərovdan güclü olmadığını, yalnızca təcrübəsi hesabına ona qalib gəldiyini bildirdi.[232] Cəfərovun şəxsi məşqçisi Vaqif Feyzullayevin sözlərinə görə isə olimpiada da Həsrət Cəfərovdan güclü rəqib yox idi və Cəfərov yalnızca bəxtsizliyə gösrə qızıl medaldan məhrum olduğunu bildirdi.[233]
Karyerası ərzində mübarizə apardığı 22 beynəlxalq turniri 11 qızıl, 1 gümüş və 7 bürünc medalla başa vurub.[1] Həsrət Cəfərov 2024-cü il Olimpiya Oyunlarının bürünc medalına sahib olub.[1] Avropa Çempionatlarında 2 dəfə — 2023 və 2024-cü illərdə qalib olub.[1] Dünya Çempionatlarında isə 2023-cü ildə finalçı olub.[1] Cəfərov həmçinin 2017-ci ildə U17 Avropa Çempionatının, 2021-ci ildə U20 Dünya və Avropa Çempionatlarının, həmçinin U23 Dünya Çempionatının qalibi olub.[1]Avropa Gənclər Olimpiya Festivalı, İslam Həmrəyliyi Oyunları da daxil olmaqla bir sıra beynəlxalq turnirlərin də qızıl medallarına sahib olub.[1]
Karyerası ərzində çıxdığı 12 final görüşünün 11-də qalib gəlib, cəmi bir finalda isə məğlub olub (2023 Dünya Çempionatında).[1]
↑Rusiya və Belarus idmançıları MDB Oyunlarında öz bayrağı altında mübarizə apardığına görə Dünya Güləş Birliyi (UWW) tərəfindən MDB Oyunları rəsmi turnir olaraq tanınmadı
↑International Wrestling Database. "Abu Muslim AMAEV". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2024-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.08.2022.