Natiq Məmmədov (dövlət xadimi)

Natiq Nəsir oğlu Məmmədov (23 oktyabr 1956, Bakı) — 2006-cı ildən 2018-ci ilə qədər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazir müavini vəzifəsində çalışmışdır.

Natiq Məmmədov
6 iyul 2006 – 30 oktyabr 2018
Şəxsi məlumatlar
Doğum tarixi 23 oktyabr 1956(1956-10-23) (67 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Atası Nəsir Məmmədov

Təltifləri "Tərəqqi" medalı — 2013

Natiq Nəsir oğlu Məmmədov 23 oktyabr 1956-cı ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1973-cü ildə Nəriman Nərimanov adına Azərbaycan Respublikasının Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub və 1979-cu ildə həmin İnstitutu bitirmişdir. 1990–1996-ci illərdə Sabunçu rayon Səhiyyə Şöbəsinin rəisi vəzifəsində çalışıb. 1996–2001-ci illər ərzində 12 saylı şəhər poliklinikasında baş həkim vəzifəsində işləmişdir.

2001-ci ildən 2004-cü ilə qədər Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyində çalışıb. Təşkilatı və İşlər İdarəsinin rəisi, 2002-ci ildən etibarən isə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyində Turizm Baş İdarəsinin rəisi vəzifəsində işləyib.

2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Natiq Nəsir oğlu Məmmədov Şamaxı rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin olunmuşdur.

2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Natiq Nəsir oğlu Məmmədov Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini vəzifəsinə təyin olunmuşdur.

Maarifçilik sahəsində görkəmli xidmətlərinə görə Azərbaycan Respublikası "Bilik" Maarifçilik, Mədəniyyət və İnformasiya Mərkəzinin 14 aprel 2004-cü il tarixli qərarına əsasən Natiq Nəsir oğlu Məmmədova Yusif Məmmədəliyev adına medalla təltif olunmuşdur.

11 avqust 2005-ci il tarixindən etibarən Natiq Məmmədov Azərbaycan Respublikası Əslizadələr Məclisinin üzvüdür.

2006-cı ildə Azərbaycan Respublikasının Məcburi köçkünlərin sosial-inkişaf Fondunun müşahidə şurasının üzvü.

2011-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin müvafiq əmri ilə Natiq Məmmədova əməkdar turizm işçisi adı verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 21 iyun 2017-ci il tarixində Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Natiq Nəsir oğlu Məmmədov "Tərəqqi" medalı ilə təltif olunmuşdur.

Natiq Məmmədov 1995-ci ildən etirbarən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Natiq Məmmədov evlidir.

Oğlu Məmmədov Nəsir Natiq oğlu

Qızı Məmmədova Kamalə Natiq qızl

Qızı Məmmədova Vəfa Natiq qızı

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Natiq Məmmədov müxtəlif ixtisasartırma kurslarında iştirak etmişdir:

— 1981-ci ildə Azərbaycan Respublikası Həkimlərin Təkmilləşdirməsi İnstitutunun ixtisaslaşma dermatovenerologiya

— 1988-ci ildə Azərbaycan Respublikası Həkimlərin Təkmilləşdirməsi İnstitutunun sosial gigiyena, müalicə profilaktika işinin təşkili və idarəetməsi

— Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirməsi İnstitutunun sosial gigiyena və səhiyyənin təşkili

— 1991-ci ildə Moskva şəhərində SSRİ Səhiyyə Nazirliyinin rəhbər kadrların ehtiyat kursu, səhiyyədə idarəetmə texnologiyasının elmi əsasları

— 1996-cı ildə Azərbaycan Respublikasının Həkimlərin Təkmilləşdirmə İnstitutunun ictimai sağlamlıq və səhiyyə

— 1991 və 1997-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X. Xasməmmədov adına hüquq kadrların Təkmilləşdirmə İnstitutunun Azərbaycan Respublikası Konstitusiyasının əsasları, Əmək qanunvericiliyi və onun icra mexanizmi, mülki, təsərrüfat və cinayət qanunvericiliyi.