Şirzad Şahbaz oğlu Əyyubov (1 yanvar 1953, Gəgəli, Ağsu rayonu) — azərbaycanlı dövlət xadimi; Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırış deputatı; Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı (1992–1993).
Şirzad Əyyubov | |
---|---|
Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırış deputatı | |
4 fevral 1996 – 30 noyabr 2005 | |
Seçki dairəsi | 1995 — 98 nömrəli Şamaxı 2000 — 98 nömrəli Şamaxı-Ağsu |
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı | |
18 noyabr 1992 – 10 noyabr 1993 | |
Əvvəlki | Əli Məmmədov |
Sonrakı | Xudaverdi Lazımov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 yanvar 1953 (71 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili |
Şirzad Əyyubov 1953-cü il yanvar 1-də Ağsu rayonunun Gəgəli qəsəbəsində anadan olub.[1] M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda ali təhsil alıb.[1] Rus dilini bilir.[1] 1995–2000-ci illərdə Müsavat Partiyasının üzvü və Müsavat Partiyası Şamaxı Rayon Şöbəsinin sədri olub.[1] Ailəlidir, 2 övladı var.[1]
Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 18 noyabr 1992-ci il tarixli 320 nömrəli Fərmanı ilə Şirzad Əyyubov Şamaxı rayonunun icra başçısı vəzifəsinə təyin edilib.[2] Azərbaycan Prezidenti Heydər Əliyevin 10 noyabr 1993-cü il tarixli 20 nömrəli Fərmanı ilə isə Şirzad Əyyubov Şamaxı rayonunun icra başçısı vəzifəsindən azad edilib.[3]
1996-cı il fevralın 4-də baş tutan parlament seçkilərində 98 nömrəli Şamaxı dairəsindən Müsavat Partiyasının namizədi olan Şirzad Əyyubov 1-ci çağırış Milli Məclisin deputatı seçilib. 1996-cı il fevralın 4-dən səlahiyyətlərinin icrasına başlayan Şirzad Əyyubov Milli Məclisin Elm və təhsil məsələləri Daimi Komissiyasının və Azərbaycan—Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.[4][5]
Daha sonra 2000-ci il noyabrın 5-də baş tutan parlament seçkilərində 98 saylı Şamaxı-Ağsu dairəsindən Müsavat Partiyasının namizədi olan Şirzad Əyyubov 2-ci çağırış Milli Məclisin deputatı seçilib. 2000-ci il noyabrın 12-dən səlahiyyətlərinin icrasına başlayan Şirzad Əyyubov Milli Məclisin Elm və təhsil məsələləri Daimi Komissiyasının və Azərbaycan—Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.[6][7]
2000-ci ildə Müsavat Partiyası İdarə Heyətinin qərarına əsasən Şirzad Əyyubov, Müsavat Partiyasının mövqeyinə zidd olaraq deputat mandatını qəbul elədiyinə görə Müsavat Partiyasının sıralarından xaric edildi.