Tahir Nadir oğlu Məmmədov (1977, Mollalar (Boyəhmədli, Ağdam), Ağdam rayonu) — Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı. Tahir Məmmədov bu təyinata qədər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində nazirin müşaviri və şöbə müdiri vəzifələrində çalışıb.
Tahir Məmmədov | |
---|---|
Vəzifədədir | |
30 oktyabr 2018-ci ildən | |
Əvvəlki | Asif Ağayev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1977 |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Heydər Əliyev Fondunda şöbə müdiri vəzifəsində işləyib və Fondun bir sıra yerli və beynəlxalq layihələrində məsul şəxs olub.
Bakı Dövlət Universitetinin doktorantıdır.
1977-ci ildə Ağdam rayonunun Mollalar kəndində anadan olmuşdur. 1998-ci ildə Mingəçevir Politexnik İnstitutunu İqtisadçı ixtisası üzrə, 2011-ci ildə isə Bakı Dövlət Universitetini Hüquqşünas ixtisası üzrə bitirmişdir.
Əmək fəaliyyətinə 1999-cu ildə "Mingəçevir" Televiziya və Radio Şirkətində redaktor kimi başlamışdır. Sonralar "Uşaqların Xilası" (Save the children) Humanitar təşkilatında layihə işçisi, "Beynəlxalq Xilasetmə Komitəsi" (İRC) Humanitar təşkilatında media üzrə məsul şəxs, "Azbentonit" MMC-də texniki istehsalat şöbəsinin rəisi, "İctimai" Televiziya və Radio Yayımları Şirkətində baş direktorun köməkçisi və şirkətin İctimaiyyətlə əlaqələr və monitorinq departamentinin direktoru.
Tahir Məmmədov Heydər Əliyev Fondunda şöbə müdiri, "Eurovision" Mahnı Müsabiqəsində Azərbaycan nümayəndə heyətinin üzvü və rəhbəri, İctimai Televiziyada departament direktoru vəzifələrində çalışıb.[1] Şamaxı şəhər icra hakimiyyəti başçısı təyin olunanadək, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyində nazir müşaviri, daxili nəzarət və audit şöbəsinin müdiri vəzifəsində çalışıb.[2]
Avropa Şurasının Alt Komissiyasında "İnformasiya cəmiyyətinin inkişafı" daimi işçi qrupunun üzvü və Avropa Yayım Birliyində Azərbaycan təmsilçisi olub, YUNESKO-nun "İnformasiya hamı üçün" Proqramının (IFAP) Azərbaycan Komitəsinin sədridir.[3]
Tahir Nadir oğlu Məmmədov Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib[4]
Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür.
Evlidir, 2 övladı var.