Neft kimyası və neft emalı prosesləri (jurnal)


Neft kimyası və neft emalı prosesləriAzərbaycan Milli Elmlər Akademiyası akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun jurnalı. Jurnalda neft kimyası tarixi, neft emalında yaranan müxtəlif problemlərin həlli yolları, elmi-tədqiqatların nəticələri nəşr olunur.[1][2][3]

Neft kimyası və neft emalı prosesləri
Baş redaktor Vaqif Abbasov
Növ İldə 4 say
Format A4
Tiraj 100
Təsis tarixi 09 fevral 2000
Qərargah Azərbaycan, Bakı şəhəri, Xocalı prospekti 30
Dil İngilis
  • Lisenziya seriyası AB № 022696
  • Qeydiyyat nömrəsi 496, 09.02.2000
  • p-ISSN 1726-4685
  • e-İSSN 2519-2876
  • 2011-ci ildən Inspec bazasına daxil edilmişdir
  • 2016-cı ildən "Web of science" bazasına daxil edilmişdir [4]
  • 2017-ci ilin sentyabr ayından “Thomson Reuters” (Web of Science) Clarivate Analytics elmimetrik bazasında yerləşdirilib.

Hər il dörd say olmaqla geniş oxucu kütləsinin ixtiyarına verilən bu jurnal 2000-ci ilin fevral ayından nəşr olunur. Jurnalda əsasən neft kimyası və neft emalı ilə bağlı mühüm məsələlər, eləcə də üzvi kimya, yüksək molekullu birləşmələr, kimyəvi kinetika və kataliz, kimya mühəndisliyi prosesləri və aparatı, neft emalı və neftayırma sənayesi problemlərinin iqtisadiyyatı, neft emalı və neftayırma proseslərinin optimallaşdırılması, neft kimyasının və neft emalının ekoloji problemləri ilə bağlı məsələlər öz əksini tapır.

Jurnalın bu sayında kimyəvi kinetika və kataliz, neft kimyası, neft emalı və bunların ekoloji problemləri ilə bağlı məqalələr öz əksini tapmışdır.[5][6]

Redaksiya heyəti

[redaktə | mənbəni redaktə et]

Kompüter tərtibatı

  • F.Ə.Gərayeva
  • X.Ə.Cavadova

Korrektor

  • L.P. Zyablova

Tərcüməçi

  • D.R.Nurullayeva
  • Neft kimyası
  • Neft emalı
  • Üzvi kimya
  • Yüksəkmolekullu birləşmələr
  • Kimyəvi kinetika və kataliz
  • Kimya texnologiya prosesləri və aparatları
  • Ximmotologiya
  • Neft emalı və neft kimyası sənayeləri iqtisadiyyatı
  • Neft emalı və neft kimyası proseslərinin optimallaşdırılması
  • Neft kimyası və neft emalının ekoloji problemləri
  • Qısa məlumat

Müəlliflər üçün qaydalar

[redaktə | mənbəni redaktə et]

1. Ümumi əsaslar

1.1. Jurnal müəlliflərin vətəndaşlığı və yaşadığı yerdən asılı olmayaraq neft kimya və neft emalı üzrə aktual problemlərinə aid olan işləri çap etdirir. Jurnalda çap etdirmək üçün orijinal tədqiqatların nəticələri göstərən məqalə formasında, qısa məlumat və redaktora məktub şəklində olan materiallar, o cümlədən analitik icmallar və informasiya təqdim edilə bilər.

1.2. Məqalə qısa və səliqəli yazılmalı, dəqiq redaktə olunmalıdır. Bir məqalənin (ümumi mövzuya aid olan) materialın bir neçə hissəyə bölünməsi və eyni cədvəllərdə, şəkillərdə, sxemlərdə verilən vahidlərin təkrar olunması qəti qadağandır. Məqalələr ingilis və və rus dillərində qəbul olunur.

1.3. Müəlliflərin verdiyi təcrübi göstəricilərin düzgün olub-olmamasına redaksiya məsuliyyət daşımır.

1.4. Jurnalda məqaləni çap etdirmək üçün müəlliflər aşağıdakı materialları və sənədləri təqdim etməlidirlər:

  • təşkilatdan göndəriş (1 nüs.)
  • ekspert rəyi (1 nüs.)
  • bütün müəlliflər tərəfindən imzalanmış məqalənin mətni, azərbaycan dilində xülasə olmaq şərtilə
  • cədvəllər, şəkillər və onlara aid olan yazılar (2 nüs.)
  • qrafik referat (2 nüs.)
  • bütün təqdim olunan materialların elektron variantı.

1.5. Üzərində işləmək üçün göndərilmiş məqalə qısa müddətdə düzəldilmiş şəkildə (2 nüs.) onun 1-ci variantı ilə birlikdə qaytarılmalıdır. Yenidən işlənilmiş əlyazmasına müəlliflərdən məktub (içində bütün qeydlərə cavab olmaq şərtilə) əlavə olunmalıdır. Jurnalın tələblərinə uyğun olmayan məqalələr rəy verilmədən geri qaytarıla bilər.

1.6. İcmalların, məqalələrin və qısa məlumatların çapı məqalənin adından, müəlliflərin adı və soyadından, elmi təşkilatların geniş adları ilə başlanır. Sonra isə işin nəticələrini göstərən konkret qısa xülasə (20 sətirdən artıq olmayaraq) verilir.

1.7. Nəzəriyyə və fiziki-kimyəvi xarakterli məqalələrdə problemin qısa girişi, tədqiqatın məsələsi, təcrübi və metodik hissələr, alınan nəticələrin müzakirəsi və yekun verilir. Sintezə aid olan məqalələrdə - ümumi hissə (giriş və tədqiqatın məsələləri), təcrübi hissə, alınan nəticələrin müzakirəsi. Məqalənin sonunda ayrı bir səhifədə istifadə olunan ədəbiyyat siyahısı, şəkillər, onlara aid olan yazılar və cədvəllər verilir.

2. Əlyazmaları tələblər Məqalənin mətni ikiqat intervalla (düzəlişsiz və əlavələrsiz) ağ kağızda standart ölçüdə (format A4, 210x297 mm, sağdan – 3 sm, şriftin ölçüsü – 12) çap olunmalıdır. Qrafik materiallar: Şəkillər TİFF formatda işlənir və saxlanılır. Şaquli şəkillər (diaqram istisna olaraq) mütləq düzəldilmiş proqram formatında taqdim olunmalıdırlar: Corel Draw (9.0 versiyasına kimi), Adobe İllustrator (7.02 versiyasına kimi). Əgər proqram geniş deyilsə, yaxşı olar ki, şəkillərin faylları əlavə Enhanced Metafile (EMF) və ya Windows Metafile (WMF) formatda saxlanılsln. Diaqramlar: Grapher (Windows üçün 1.06 versiyasına kimi və ya DOS üçün hər hansı versiya), Surpher (Windows üçün 5.01 versiyasına kimi və ya DOS üçün hər hansı versiya), Hardward Graphics (Windows üçün 4.0 versiyasına kimi və ya DOS üçün hər hansı versiya), Microsoft Exsel (7.0 versiyasina qədər).

  • Kitablar: Rüstəmov M.İ. Bakı: “Elm”, 1999. 492 s.
  • Jurnallar: Bagiyev V.L. /Azərb. kim. jurn. 1999. № 1. S.36.
  • Patentlər: Pat. 3926845 USA. 1998.
  • A.s. 910183 SSSR. B.İ. 1982. № 9.
  • Konfransların materialları: Насиров Ф.А., Азизов А.Г., Джанибеков Н.Ф. и др. /Тезисы докладов I Азербайджано-Турецкого Симпозиума по полимерам (Полимер-91). Баку. 8-11 июля. 1991. С. 265.

Materiallar ancaq ingilis dilində qəbul olunur.

QEYD: Qeydiyyat vərəqini doldurarkən Arial – 12 şriftindən istifadə etməli və dövri elmi nəşrə dair müvafiq təsdiqləyici sənədləri qeydiyyat vərəqinə əlavə etməli.

  1. "Arxivlənmiş surət". 2021-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-01.
  2. http://http Arxivləşdirilib 2014-06-18 at the Wayback Machine://ppor.az// Arxivləşdirilib 2023-08-04 at the Wayback Machine
  3. "Arxivlənmiş surət". 2019-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-07.
  4. "Arxivlənmiş surət". 2020-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-07.
  5. "Arxivlənmiş surət". 2012-05-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-05.
  6. "Arxivlənmiş surət". 2015-02-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-05.