Nil Ferquson (ing. Niall Ferguson; 18 aprel 1964[2][3][…], Qlazqo) — ingilis (Şotlandiya) tarixçisi, yazıçısı və jurnalisti, Harvard Universitetinin professoru. Oksford Universiteti, Huver İnstitutu və Stenford Universitetində baş elmi işçisi. Onun tədqiqatları dünya tarixi, iqtisadi tarix, Britaniya və Amerika imperializminə yönəlmişdir.[6] O, xüsusilə iqtisadi tarix, maliyyə sistemləri, imperiyaların yüksəlişi və süqutu, eləcə də müasir geosiyasi məsələlər üzrə mütəxəssis kimi tanınır. Ferqusonun araşdırmaları tarixi iqtisadi hadisələrin müasir dünyaya təsirlərini izah etməyə yönəlib.[7][8]
Nil Ferquson | |
---|---|
ing. Niall Ferguson | |
Doğum tarixi | 18 aprel 1964[2][3][…] (60 yaş) |
Doğum yeri | |
Elm sahələri | tarix[1], iqtisadiyyat[1], jurnalistika[1] |
Elmi dərəcəsi | |
İş yerləri |
|
Təhsili |
|
Mükafatları | |
niallferguson.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Ferquson bir çox məşhur kitab və məqalənin müəllifidir.[9][10] Əsərləri tarixi hadisələrin iqtisadi, siyasi və sosial aspektlərini əhatə edir.