Norveçin dənizaşırı əraziləri — ölkənin beş ərazi mülkiyyəti mövcuddur ki, onunda üçü asılı ərazi (norv. Biland), ikisi isə inteqrasiya olunmuş ərazidir (norv. Andre deler av landet)[1].
Norveçin asılı əraziləri hüquqi mənada bu ölkənin Cənub yarımkürəsində yerləşən mülklər nəzərdə tutulur. Bu asılı ərazilər Atlantik okeanın cənubunda yerləşən vulkanik məşhəlli olan Buve adası (49 km²) və Cənub okeanının suları ilə yuyulan Kraliça Mod Torpağıında yerləşən 20° q. u. və 44°38’ q. u arasında yerləşən materik ərazisi, Bellinshauzen dənizi suları ilə yuyulan vulkan məşhəlli I Pyotr adasından ibarətdir[2].
Norveçin dənizaşırı ərazilərinə[3] daxil olan inteqrasiya olunmuş mülklər Şimal yarımkürəsində olanlardır. Bu Norveç dənizində yerləşən vulkanik məşhəlli Yan Mayen adasından (377 km²) və Şimal Buzlu okeanda yerləşən Şpisbergen arxipelaqından (Ayı adasıda daxildir) ibarətdir.
Norveçin sahib olduğu heç bir dənizaşırı ərazilər ölkənin inzibati bölgüsünə daxil deyildir. Belə ki, onlar nə vilayət nədə kammuna statusu almamışdır. Asılı ərazilər Norveç krallığının tərkib hissəsi olmasada, onun ərazi bütövlüyünü təşkil edir[2]. Bu o anlam daşıyır ki, həmin ərazilər Norveç Konstitutsiyasının birinci maddəsini pozmadan güzəştə gedilə bilər. İnzibati cəhətdən Osloda yerləşən Norveçin Daxili İşlər Nazirliyinin qütb işləri üzrə departamenti tərəfindən idarə edilir[4]. Onlara mülki və məhkəmə qanuvericiliyi, ekoloji normalar tətbiq edilir. Burada atom yanacağının saxlanması və digər istifadəsi qadağandır[2] .
I Pyotr adası və Kraliça Mod Torpağı 60 °C. e. aşağıda yerləşdiyindən ona olan iddialar dondurulmuşdur[5]. Bu konvensiyaya həmcinində Norveç imza atmışdır. Ancaq subantarktika qurşaqda yerləşən Buve adası isə Antarktika haqqında konvensiyanın həzərdə tutduğu ərazidən kənarda yerləşir.
Beynəlxalq standlaşdırmsya görə inteqrasiya olunmuş ərazilər[6] "Şpisbergen və Yan-Mayen"[3] adı altında birləşdirilmişdir. Beynəlxalq standartlaşdırma və BMT Statistika bölməsi ərazinin milli internet domeni olaraq .sj qəbul etmişdir. Ancaq inzibati cəhətdən bu ərazilər bir-biri ilə əlaqəli deyildir. Yan-Mayen Nurlann[7] quberniyasına tabedir. Şpisbergenin statusu isə (norv. Sysselmannen på Svalbard)[8] xüsusi siyasi statusa malikdir. Şpisbergenin statusu ölkə daxilində 1925-ci ildə təsdiqlənmiş "Şpisbergenin sratusu haqqında qanunla", beynəlxalq səviyyədə isə Şpisbergen traktatı (1920) ilə müəyyənləşdirilmişdir.
Bu beynəlxalq müqaviləyə görə arxipelaq Norveçin ərazi bütövlüyünü təşkil etsədə silahsızlaşdırılmış zonadır. Üstəlik bu ərazilərin təbii ehtiyyalarından tərəflər bərabər ssəviyyədə istifadə edə bilərlər. Mövcud maddə həmcinim məhəlli sularınada şamil edilir[9]. Hazırda bu hüquqlardan Norveç və Rusiya yararlanır[8] (1995-ci il məlumatına görə rusların sayı norveçlilərin sayını keçmişdir). Yan-Mayendən fərqli olaraq Şengen zonasına, Avropa İqtisadi zonasına daxil deyildir[10].
Bayraq | Ərazinin adı | Region | İl əldə edilmə |
e-domen | Paytaxt | Əhali, nəf. |
Sahə,[11] km² |
---|---|---|---|---|---|---|---|
Asılı ərazilər | |||||||
Kraliça Mod Torpağı¹ | Atlantika | 1939¹ | .aq, .no | (Troll) | 40 | 2700000 | |
Buve adası | Atlantik okean | 1928 | .bv | 0 | 49 | ||
I Pyotr adası¹ | Sakit okean | 1931¹ | .aq | 0 | 156 | ||
Şpisbergen və Yan-Mayen | |||||||
Şpisbergen² | Arktika | 1920² | .sj, .no | Lonqyirbyuen | 2698 | 61022 | |
Yan Mayen | Atlantika | 1929 | .sj | 18 | 377 | ||
¹ Antarktida haqqında konvensiyaya əsasən beynəlxalq təşkilatlar tərəfindən tanınmır. ² Şpisbergen traktatına əsasən müəyyənləşir. |
XX əsrin əvvələrində Norveçdə milli özünü dərkin ən üst səviyyəsi müşahidə edilirdi. 1905-ci ildə Norveç tarixində ilk dəfə olaraq 1905-ci ildə referendum həyata keçirilir. Bununlada Norveç İsveçdən ayrılaraq müstəqil krallığa çerilir. Danimarka şahzadəsi Karl, VII Haakon adını qəbul edərək Norveç taxtına oturur. Gənc xalq dövlət rəmzləri və siyasət ilə əlaqədar adımlara ehtiyac duyurdu.[12]. Bu adımmlardan biri norveç ekspasionizmi olmuşdur. Ancaq dövlət müstəqilliyinin əldə edilməsinə qədər bütün düyna demək olar ki bölünmüşdür[13].
Buve adası dünyanın quru sahələrindən ən uzaqda yerləşən quru parçasından biridir (Pasxa adası və Tristan-da-Kunya adaları). Yan almaq üçün lverişli sahəyə malik olmaması səbəbindən indiyənə kimi heç kəs onun ərazisində qışlamamışdır. İlk uzun müddətli dayanacaq kimi istifadə edilməsi isə kəşf edilməyindən 100 il sonraya 1927-ci ilə təsadüf edir. Bu zaman "Norveç" gəmisinin kapitanı Lars Kristensen adaya yan alaraq orada bir ay qalır və adanı Norveçin mülkiyyəti elan edir.
VII Hakonun qərarı ilə 1928-ci idə Buve Norveçin ərazisi elan edilir. 1929–1930-cu illərdə Böyük Britaniya Buve adasına olan iddiasından imtina edir. 1930-cu ildə I Pyotr, Buve adaları və Antarktida sahillərində yerləşən ərazilərin Norveçin asılı əraziləri elan edilir[14].
1938-ci ildə Norveç Kraliça Mod Torpağı üzərində mülkiyyət hüququnu irəli sürür. Bu 14 yanvar 1939-cu ildə fərmanla təstiqlənir. Yaradılan "Buve adası sektoru" 20° q. u. və 44°38’ ş. u. arasında yerləşirdi. Bu fərmanda deyilirdi[15]: Materikin sahil bölgəsi, Folklend adaları ərazisindən başlayaraq Avstraliyanın Antarktika ərazisinə qədər uzanır. Üstəlik sahil zonazinda yerləşən dəniz suları Norveçin ərazisinə daxil edilir. Maraqlı cəhət ondadır ki, norveçin antarktika ərazilərinin cənub və şimal sərhədi müəyyənləşdirilməmiş olaraq qalır[16]. Bu səbəbədən coğrafi xəritələrdə bu hissələr dalğavarı olaraq göstərilir.
Norveç yazılarında Şpisbergenin adı 1194-ci ildə çəkilir. Ancaq norveçlərin orada görünməsi XVIII əsrə[8] təsadüf edir. Balina ovu və dəri istehsalının zəyifləməsi ilə əlaqədar tamamən tərk edilir[8]. Dünya güçlərinin adalara marağı XIX əsrdən başlayır. Bu isə qütb turizmi, qütb aviasiyası və kömür sənayesindən irəli gəlirdi. Kömür hasilatı ilə əlaqədar burada yeni yaşayış məntəqələri qurulur. 1920-ci ildə ərazi Norveçin ərazi bütövlüyü elan edilir. 1925-ci ildə Şpisbergen rəsmən Norveç krallığının ərazisi hesab edilir[8].
Norveçdən 1000 km qərbdə yerləşən tənha ada XX əsrdən norveçlilərin ov məskəni rolunu oynayır. Ərazinin Norveçin hüquqi nəzarətinə verilməsi isə Millətlər Liqasının qərarı ilə həyata keçirilir. 1921-ci ildə adada ilk meteoloji stansiya açılır. 1922-cibildə isə adanı tam nəzarətinə alır. 1930-cu ildı rəsmi olaraq ada Norveç Krallığının ərazisi elan edilir[17].
Norveç arktika ekspedisiyası (1898—1902) başda Otto Sverdrup Kanada Arktik arxipelaqına daxil olan ərazidə bir çox adaları kəşf etmişdir. Xüsusi ilə Sverdrup adaları onlar arasında ən böyüyü olmuşdur. Adalar kəşf edilərkən Norveç adaların onun ərazisi olmasını elan edir. Ancaq bölgə Böyük Britaniyanın dominyonu olan Kananın Arktika sektoru elan edilmişdi.
İlk əvvəllər Norveç bu ərazilərə maraq göstərməsədə sonradan arktikadakı adaların Yan-Mayen və Buve adaları ilə dəyişdirilməsini nəzərdə tutan hüquqi çərçivədə danışıqlar aparılır. Bu iş 2 il davam edir[18][19].
Nəticədə 1930-ci ilin noyabrında Norveç arktikadakı adalar üzərində Kanadanın hüquqlarını tanıyır[20]. Əvəzində isə Britaniya Norveçin digər ərazi iddialarını tanıyırdı[19]. Sonuncu sənən isə Otto Sverdrupun ölümündən iki həftə öncə imzalanmışdır.
Digər ərazi iddiası isə 1920-ci illərdə Danimarkanın sahib olduğu Qrenlandiyanın şərq hissəsinə irəli sürükürdü. Belə bir fakt ortaya qoyulurdu ki, burada ilk yaşayış məntəqəsini Kürən Erik hələ X əsrdə qurmuşdur. 1924-cü ildə Danimarka Norveçin bölgədə ov etməsi və elmi məqsədlərlə iş görməsi hüququnu təstiqləyir[21][22].
Ancaq 1931-ci ildə qrenlandiyanın Miqbukta qəsəbəsində Norveç bayrağı qaldırılır. Bir ay sonra Norveç buranı işğal edərək Şərqi Qrenlandiyada asılı Kürən Erik Torpağını[22] qurur. Sonradan məsələ Millətlər Liqasında qaldırılır. 1933-cü ildə proses Norveçin əlehinə bitir[23]. Ərazi Danimarkaya qaytarılır.
Norveç qütb ekspedisiyası (1893–1896) başda Frityof Nansen "Fram" gəmisində Frans-İosif Torpağına gəlir. O, elə düşünürdü ki, bu topaqların ardının Şimal qütbünü keçərək Qrenlandiya ilə birləşdiyini düşünürdü. Ancaq o bu fikirin yanlış olduğunu təstiqləyie[24].
Bölgə Norveçin ərazisi olması[13] fikiri irəli sürülsədə heç bir dövlət rəsmən ərazi iddiası irəli sürməmişdir[25][26]. 1926-cı ildə SSRİ ərazini tam nızarətinə alır[27].
Bu fakt 1920-cinillər ərzində mübahisə predmeti olaraq qalırdı. Norveçin ərazini nəzarətinə almaq və arxipelaqın "Fritof Nansen Torpağı" adlandırması cəhdi bir nəticə vermir. Rusiya imperiyasından fərqli olaraq SSRİ 1929-cu ildı Otto Şmidtin rəhbərliyi ilə təşkil etdiyi ekspedisiya zamanı Quker adasına SSRİ bayrağını sancaraq adaları SSRİ ərazisi elan edir[28].
Norveçin Kraliça Mod Torpağı, I Pyotr və Buve adalarını öz ərazisi elan etməsi SSRİ və ABŞ[14] kimi dövlətlərin etirazına səbəb olurdu. 1939-cu ilin yanvarında Norveçə verilən notada Buve və I Pyotr adalarının Norveçin ərazisi elan edilməsi ilə əlaqədar olmuşdur[29].
Bu zaman SSRİ Norveçin Buve Sektoruna[30] iddiasını qanunsuz elan edir. Üstəlik SSRİ Antarktidanın ruslar tərəfindən kəşf edilməsini əsas gətirərək öz iddiasını irəli sürmüşdür[30][31]. Ancaq asılı ərazi statusu 1957-ci qanunvericiliyi ilə möhkəmlənir[32].
SSRİ özüdə bu iddiasından əlçəməməsinə baxmayaraq Antarktida haqqında konvensiyaya görə bütün iddialar dondurulduğundan, yalnız Buve Norveçin ərazisi olaraq təstiqlənir.
1939 ilin yanvarında Almaniya Antarktidaya Alferd Riçerin başçılığı ilə ekspedisiya göndərir. "Şvabiya" gəmisində gələn ekspedisiya 4°50' və 16°30' q. u.[33] arasında yerləşən bölgəni Yeni Şvabiya adlandıraraq, bölgəyə ərazi iddiası irəli sürür.
Kral VII Hakonun fərmanından sonra, Almaniyada eyni bölgəyə ərazi iddiası irəli sürür[34]. Bu zaman "Şvabiya" gəmisində olan amfibiya təyyarələri bölgənin şəklini çəkir. Onlar hər 25–30 kilometrdən bir xüsusi işarələr qoyurlar. 15 aydan sonra Üçüncü Reyx Norveçi işğal edir. Almaniyanın kapitulyasiyasına qədər bölgə onun nəzarətində olmuşdur.
1924-ci ildə SSRİ Norveçin Şpisbergen üzərində hüquqlarını tanıyır[35]. 1935-ci ildə SSRİ Şpusbergen traktatına qoşulur. Ancaq 12 noyabr 1944-ci ildə Norveçin Alman qoşunlarından təmizlənməsindən sonra SSRİ arxipelaqa olan iddiasını irəli sürür.
SSRİ[36] ikili kondominium yaratmağı təklif edir. SSRİ Ayı adasının ona verilməsini istəyir. 9 aprel 1945-ci ildə güzəştə getməli olur. Onlar hər ikisi adaların müdafiəsini birgə həyata keçirməyi razılaşdırır[36].
Sonradan bu məsələ öz ardıcılığını tapmır[36] ancaq Norveç SSRİ-nin iqtisadi marağını tanıdığını[37] bildirmişdir.
IX əsrdən XV əsrin ortalarına qədər vikinqlər Şimali Avropada yerləşən bir çox adaları öz nəzarətində saxlayırdılar. O zamanlar Norveç Hebrid adaları və Men adası, Şetland adaları, Orkney adaları, Farer adalarına sahib olmuşdur. Onların hətta Qrenlandiya, Şotlandiya və İrlandiya sahillərində yaşayış məntəqələri olmuşdur. Üstəlik bu tip yaşayış məntəqələrinin qalıqlarına Nyufaundlend və Labrador yarımadası sahillərində belə rast gəlinir[38].
Ancaq 1319-ci ildə Norveç krallığı müstəqilliyini itirir. Britaniya adalarındakı mülklər XV əsrdən itirilmişdir. İslandiya, Qrenlandiya və Farer adaları Kil anlaşmasına görə Danimarkaya verilmişdir[39].