Oleq Sentsov

Oleq Sentsov (ukr. Олег Геннадiйович Сенцов, 13 iyul 1976[1], Simferopol, Krım vilayəti[d], Ukrayna SSR, SSRİ) — Ukrayna rejissoru, ssenarist və yazıçı[2]. 2014-ci ilin yazında Krımın Rusiya Federasiyasına birləşdirilməsindən sonra rusiya hüquq-mühafizə orqanları tərəfindən Krımda terrorizmdə şübhəli bilinərək saxlanılıb. 2015-ci ilin avqustunda 20 il müddətinə ciddi rejimli koloniyada keçirməklə həbsə məhkum edildi[3]. Sentsov ittiham edildiyi cinayətlərdə özünü təqsirli tanımadı, ona qarşı tətbiq edilmiş işgəncələr barədə bəyanət verdi və cinayət işini siyasi və uydurma adlandırdı. Bir sıra beynəlxalq insan hüquqları və kinematoqrafiya təşkilatları Sentsovu dəstəklədilər.

Oleq Sentsov
ukr. Олег Геннадiйович Сенцов
Fayl:Oleq Sentsov.jpg
Doğum tarixi 13 iyul 1976(1976-07-13)[1] (48 yaş)
Doğum yeri
Fəaliyyəti Rejissor,
Ssenarist
Fəaliyyət illəri 2011—2014
Təhsili
Mükafatları "Fəxri legion" ordeni kavaleri Order for Bravery 1st Class of Ukraine "Cəsarət" ordeni "Cəsarət" ordeni Order for Bravery 3rd Class of Ukraine
Taras Şevçenko adına Ukrayna Milli Mükafatı list of honorary citizens of Paris, France
IMDb ID4883553
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1976-ci il iyulun 13-də Ukrayna SSR-in Krım vilayətində Simferopolda anadan olub. 1993-cü ildən 1998-ci ilədək Kiyev dövlət iqtisad universitetində təhsil alır[4]. Simferopolun mərkəzində kompüter klubu olub. 2011-ci ildə əldə etdiyi pula dünya çempionatında ikinci yeri tutan gamerdən bəhs edən "Qamer" adlı ilk filmini çəkir[5]. Filmin büdcəsi 20 min ABŞ dolları təşkil edir[6]. Aktyorlar bütün rolları pulsuz ifa edir. Premyera simferopolun "Kosmos" kinoteatrında keçirilir və demək olar ki, bütün zalı tamaşaçı ilə doldura bilir. Film çıxdıqdan sonra Oleq kompüter klubunu bağlayır[7]. "Qamer" Rotterdam Film Festivalında təqdim edildi, həmçinin Xantı-Mansidə tənqidçi və kinoşünaslar gildiyasının "Alovun ruhu" mükafatı ilə təltif olunub[8]. 3-cü Odessa Beynəlxalq Film Festivalında Sentsovun filmi münsiflər heyətinin xüsusi diplomuna layiq görüldü[9]. 2012-ci ilin may ayında "Qamer" Truskavetsdə keçirilən 3-cü Beynəlxalq Film Festivalı çərçivəsində 1000 ABŞ dolları mükafat qazandı[10].

2013-cü ilin iyul ayında Sentsov XX əsrin 90-cı illərinin uşaqları haqqında "Gərgədan" filminin çəkilişinə başladı. Filmin büdcəsi 1 milyon ABŞ dolları təşkil etdi, onun 43%-i Ukrayna hökuməti tərəfindən ayrılmışdı[6].

Oleq Sentsov Avtomaydan fəallarından olub[11]. Krım böhranı zamanı "vahid Ukrayna uğrunda" hərəkatını dəstəkləyirdi, Krımda mühasirədə olan ukrayna hərbi hissələri üçün əsas təlabat məhsulları və əşyaları alır və paylayırdı[7].

2014-cü ilin may ayının əvvəlində Sentsov Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti tərəfindən terrorizmdə şübhəli bilinərək həbs olunub.

Sentsovun vəkili "Agora" hüquq müdafiə təşkilatından Dmitri Dinze idi. Bir müddət sonra Sentsov Moskvaya Lefortovo istintaq təcridxanasına köçürüldü[12].

2014-ci il mayın 30-da FTX Sentsovun və digər üç şübhəlinin həbs olunmasını elan etdi; FTX-nin iddialarına görə, onların hamısı "Sağ Sektorun" üzvləridir. "Sağ Sektorda" Sentsovun onların təşkilatının üzvü olduğu məlumatını təkzib etdilər[13].Prosesin sonrakı gedişatı zamanı müdafiə məhkəməyə fiqurantların heç vaxt onun təşkilatının üzvi olmaması barədə "Sağ Sektor" lideri Dmitri Yaroşun imzası ilə təsdiq edilmiş şəhadətnaməni təqdim etdi[14]. İstintaq, ehtimala görə, Ukraynanın "Sağ Sektor" təşkilatının göstərişi ilə hərəkət edən Aleksey Chirniyanı, Gennadi Afanasyevi, Aleksandr Kolçenko, Nikita Borkin, İlya Zuykov, Enver Asanov və Stepan Çirili bu qrupun üzvləri adlandırır. Chirniya və Afanasyev artıq 2015-ci ilin iyul ayından məhkum edilmişdilər, Borkin, Zuykov, Asanov və Çiril isə axtarışda olanlar siyahısına salınıb[15].

FTX-nin versiyası üzrə şübhəlilərin əsas məqsədi Simferopol, SevastopolYalta şəhərlərində diversion-terror aktlarının törədilməsi idi; xüsusilə, onları 2014-cü il 8-i may 9-na keçən gecə "Əbədi məşəl memorialının" yaxınlığında və Leninin Simferopoldakı abidəsində əldəqayırma partlayıcı qurğularla partlayışlar həyata keçirməkdə, eləcə də, 14 və 18 aprel 2014-ci il Simferopolda "Krımın Rus icması" ictimai təşkilatının ofislərinin və "Vahid Rusiya" partiyasının nümayəndəliyinin yandırılmasında ittiham etdilər[16].

6 iyun 2014-cü ildə ukrayna konsulu həbs edilmiş Oleq Sentsovun yanına buraxılmır, çünki "RF vətəndaşlığı haqqında" qanuna uyğun olaraq başqa vətəndaşlığı olan RF vətəndaşları, Rusiya tərəfindən Rusiya Federasiyasının vətəndaşı kimi qəbul edilirlər (Rusiya Federasiyasının beynəlxalq müqavilələrində və ya federal qanunda nəzərdə tutulan hallar istisna olmaqla). Əvvəl Rusiya vətəndaşlığı imtina barədə ərizə yazmamış bütün krımlılara verilmişdi[17]. Bu hal artıq prosesin gedişi zamanı da təkrarlanırdı[15].

Sentsovun ikinci vəkili Grozev, onun iddiasına görə, Sentsovun qanunsuz həbsi və işgəncələrə məruz qalması ilə əlaqəli Rusiya Federasiyasına qarşı Avropa İnsan Haqları Məhkəməsində iddia açdı[18].

21 iyul 2015-ci ildə Rostov-dondakı Şimali Qafqaz Bölgə Hərbi Məhkəməsi ukraynalı rejissor Oleq Sentsov və aktivist Aleksandr Kolçenkonun işi üzrə məhkəmə istintaqına başladı[19]. Rusiya Federal Təhlükəsizliyi Xidməti onların Rusiyada qadağan olunmuş "Sağ Sektor" ukrayna təşkilatının üzvü olduqlarını elan etdi. İstintaqın versiyasına görə, onlar Krım yarımadasında terror aktları törətməyi planlaşdırırdılar. Bu iş üzrə əvvəllər də krımlı Gennadi Afanasyev və Aleksey Çirniy saxlanılmışdı. Sentsov və Kolchenko işi üzrə istintaq başlanan vaxtadək Afanasyev və Çirniy istintaqla əməkdaşlıq etməyə razılaşmış və artıq yeddi il həbs cəzası almışdılar. Çirniyin keçmiş vəkili İlya Novikov müvəkkilinin istintaqla razılıq əldə etmək üçün yalan ifadə verdiyindən əmindir[20][21].

İttihamların mətninə görə, Sentsov və terrorist təşkilatın digər üzvləri, 2014-cü il 9 may gecəsi "Əbədi məşəl memorialının" yaxınlığında və Leninin Simferopoldakı abidəsində əldəqayırma partlayıcı qurğularla partlayışlar həyata keçirməyə, eləcə də, 14 və 18 aprel 2014-ci il Simferopolda "Krımın Rus icması" ictimai təşkilatının ofislərinin və "Vahid Rusiya" partiyasının nümayəndəliyində əhalinin qorxudulması məqsədilə yanğınlar törətməyə hazırlaşırdılar[15].

Oleq Sentsovu terrorçu qruplaşma hazırlama (Cinayət Məcəlləsinin 205.4 maddəsinin 1-ci hissəsi), iki terror aktını törətməkdə (CM-nin 205-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi), iki terror aktının icrasına hazırlıq (30-cu maddənin 1-ci hissəsi və CM-nin 205-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi), habelə silah və partlayıcı maddələrin qanunsuz dövriyyəsinə aid iki epizodda (CM-nin 222-ci maddəsinin 3-cü hissəsi) ittiham etdilər. "Terror birliyinin yaradılması" maddəsi ilə minimal cəza 15 il, maksimum isə ömürlük həbsdir[15]. Müzakirələr zamanı dövlət ittihamçısı Tkaçenko Sentsovun cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 23 il müddətinə azadlıqdan məhrum edilməsini, Aleksandr Kolçenkonun isə 12 ilədək həbs cəzasına məhkum edilməsini tələb etdi[14].

Sentsov və Kolçenkoya qarşı ittihamlar, əsasən, həbs edildikdən dərhal sonra istintaqla əməkdaşlıq etməyə başlayan Gennadi Afanasyev və Aleksey Çirniyin ifadələrinə əsaslanırdı. FTX tərəfindən aparılan istintaqın materialları kənar adamlar üçün əlçatmaz idi vəkillərdən məlumatları yaymamaq barədə iltizam alınır. Dmitri Dinzenin sözlərinə görə, cinayət işində rejissorun "terrorçuluğa" cəlb olunmasına dair başqa sübut yoxdur: nə dinləmə, nə əməliyyat-axtarış tədbirlərinin materialları[15].

Sentsov ona qarşı irəli sürülən cinayətlərdə təqsirsiz olduğunu elan etdi və işi siyasi və uydurulmuş adlandırdı[22].Məhkəmə prosesində o, dindirmə zamanı istintaqı maraqlandıran ifadə ondan almaq cəhdləri barədə məlumat verdi; bunun üçün onu əllə, ayaqla, dəyənəklə döyürdülər, paketlə boğurdular və hətta zorlamaqla hədələyirdilər[15][23]. İstintaq zamanı tətbiq edilən işgəncələr barədə ikinci təqsirləndirilən şəxs, sol qanad fəalı Aleksandr Kolçenko da məlumat verdi [23].

İttihamın şahidi kimi çıxış edən Gennadi Afanasyev dindirmə zamanı bildirib ki, istintaq mərhələsində verdiyi ifadəni məcburiyyət altında vermişdir[24].

Çirniy və Afanasyevin ifadələrindən əlavə iş əməliyyat tədbirlərinin digər şahidlərinin ifadələri əsasında qurulmuşdu. Xüsusən, istintaq iddia edir ki, Sentsov Afanasiyevin telefonundan Çirniya zəng edib və ona partlayıcı qurğunun hazırlanmasını tezləşdirməyi deyib. Məhbusların birindən götürülmüş tapançanın üzərində Sentsovun bioloji materialları aşkar edilmişdir[25] (по словам Сенцова, биологический материал появился после того, как его били этим пистолетом[26]).

2015-ci il avqustun 25-də Şimali Qafqaz Bölgəsi Hərbi Məhkəməsi Sentsovu cəzasını ciddi rejimli təhlükəsizlik koloniyasında çəkməklə 20 il həbs cəzasına məhkum etdi[27],Aleksandr Kolçenkoya ciddi rejimli koloniyada olmaqla 10 il təyin edildi[14].

2015-ci il noyabrın 24-də Rusiya Ali Məhkəməsi Sentsov və Kolçenko barədə hökmləri qüvvədə saxlayıb[28]. RF Ali Məhkəməsinin hökmü elan edildikdən sonra növbəti hərəkətlərini şərh edən məhkumların vəkilləri müştərilərinin Ukraynaya qaytarılmasını istəyəcəklərini bildirdilər. Onların fikrincə, bu, "Estoniyalı casus Kohver ilə olduğu kimi" mübadilə müqaviləsinin bağlanması və ya məhkumların çəzalarını çəkmələri üçün "vətəndaşı olduqları" ölkəyə getməsini nəzərdə tutan Rusiya və Ukrayna arasında ikitərəfli razılaşma tətbiq edilməsi ilə baş verə bilər[29].

Oleq Sentsov televiziya kanallarının məhkəmənin qərarından əvvəl yalnız xüsusi xidmət orqanlarının məlumatına əsaslanaraq onu terrorçu adlandırmalarını əsas gətirərək RF FTX və bir sıra rusiya KİV-lərinə qarşı şərəf və ləyaqətinin müdafiəsi haqqında iddia qaldırdı. İddia üzrə təqsirləndirilənlər FTX, "News Media", "Pervıy kanal", "NTV (Rusiya)", "Ulduz" teleşirkəti, BFM.ru, VGTRK elan edilib[30].

2016-cı ilin fevral ayında vəkil Mark Feyqin Oleq Sentsovun Yakutiyaya köçürülməsi barədə məlumat vermişdir[31].

23 mart 2016-ci ildə Rusiya ombudsmanı Ella Pamfilova 2015-ci il məruzəsində Sentsovun şikayətləri ilə bağlı qəbul edilən qərar nəticəsində "Onların ukrayna vətəndaşlığlarının tanındığını" yazır[32].

2016-cı il oktyabrın 7-də Rusiya Ədliyyə Nazirliyi Krımın Rusiyaya qoşulmasına dair qanuna əsasən Sentsovun Rusiya Federasiyasının vətəndaşı olduğunu əsas gətirərək Oleq Sentsovun Ukraynaya ekstradisiya edilməsinə imtina etdi[33]. 6 fevral 2017-ci ildə Rusiya Sentsov və Aleksandr Kolçenkonu ekstradisiya etməkdən təkrar imtina etdi [34].

2016-cı ilin fevralında Oleq Sentsov cəzasını çəkmək üçün Yakutiyə[35] göndərildi.

2017-ci ilin sentyabrında "Rusiya Cəzaların İcrası üzrə Federal Xidmət Şöbəsinin Yamalo-Nenets Muxtar Dairəsi 18 saylı məhkum koloniyasına", Harp qəsəbəsinə köçürülmüşdür.

2017-ci ilin oktyabr ayında Labitnangi şəhərinə (Yamalo-Nenets Muxtar Dairəs) 8 nömrəli "Ağ ayı" cəzaçəkmə müəssisəsinə köçürülmüşdür.

14 May 2018-ci ildə, "Ağ ayı" cəzaçəkmə müəssisəsində olan Oleq Sentsov müddətsiz aclıq aksiyası elan edərək, Rusiyada həbsdə olan 64 Ukraynalı siyasi məhbusun azad edilməsini tələb edir, lakin özünün azad olunmasını tələb etmir. Bu barədə vəkil Dmitri Dinze mayın 16-da KİV-ə məlumat verib. Bundan əvvəl Sentsov təxminən ay yarım ərzaq köçürülmələrindən imtina edərək və minimal miqdarda yemək yeyərək aclıq aksiyasına başlamağa hazırlaşırdı. Elandan sonra o, səhhətinə həkimin nəzarət etdiyi ayrıca kameraya köçürüldü[36].

10 iyun Moskvada, "Repressiya və özbaşınalığın olmadığı azad Rusiya" mitinqində, Sentsovun məhkəməsi haqqında "Proses" filminin rejissoru Askold Kurov çıxış edib. Kurov bildirib ki, yaxınlarda Sentsov ilə görüşüb və o aclıq aksiyasını dayandırmaq niyyətində deyil. Kurovun sözlərinə görə "Sentsov hakimiyyətlə dialoqa girmək niyyətində deyil. O, yalnız onun şərtlərinin yerinə yetirilməsini - bütün siyasi məhbusları azad etməyi ... tələb edir"[37].

Cinayət işi və məhkəməyə ictimai və beynəlxalq reaksiya

[redaktə | mənbəni redaktə et]

Ukrayna Ombudsmanı Valeriya Lutkovskanın sözlərinə görə, Ukraynalı Oleq Sentsov və Aleksandr Kolchenko barəsində Rostov məhkəməsinin qərarı milli mənşəyə görə ayrı-seçkilik təşkil edir[38]. 2014-cü il mayın 15-də Ukraynanın Xarici İşlər Nazirliyi Sentsovun saxlanılmasına hiddətləndiyini bildirib və onun azad olunmasını tələb edib[39].

2014-cü il sentyabrın 3-dən 9-dək Kiyevdə Oleq Sentsova dəstək məqsədilə son illərdə keçirilən beynəlxalq kinofestivallarda iştirak etmiş səkkiz ukrayna filminin: "Qamer", "Getman Mazepa barədə dua", "Bələdçi", "istalgiya", "Güç İvan", "Boruçu", "Paradjanov", "Qaytarma" filmləri, həmçinin "Vavilon 13" adlı sənədli filmlərin qısametrajlı almanaxının göstərildiyi kino həftəsi keçirildi[40].

2014-cü il sentyabrın 10-da Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Valentin Nalivayçenko bildirib ki, Oleq Sentsov pilot Nadejda Savçenko və UMA-UMST-nun sədr müavini Nikolay Karpyuk ilə birlikdə mübadiləsi Minsk sazişi əldə olunduqdan sonra nəzərdə tutulan, qaçırılmış və ya qanunsuz saxlanılmış və ya təqib olunan Ukrayna vətəndaşlarının siyahısındadır[41].

9 oktyabr 2014-cü il tarixində Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının Ukraynadakı missiyası hesabat yayaraq, "Sentsovun, öz sözlərinə görə, işgəncələrə məruz qaldığını" açıqladı[42].

Mayın 9-da Rusiya KinoSoyuzu FTX-ə müraciət edərək, Oleq Sentsovu azad etməyi tələb edib[43] Rusiya kinematoqrafçıları Sentsovun dəstəklənməsi üçün müraciətlə çıxış ediblər. Sentsov aralarında Aleksandr Sokurov, Vladimir Kott, Vladimir Mirzoev, Aleksey German kiçik, Pavel Bardin, Aleksey Fedorcenko, Askold Kurov, Andrey Zvyaginsev olan Rusiyalı rejissorlar tərəfindən dəstəkləndi[44][45]. Xüsusilə, Aleksandr Sokurov, "ictimai həssaslığı yüksək rejissor olan" Sentsovun ölkəsində baş verən dramatik hadisələrə biganə qala bilməyəcəyini, "Bütün dünyada kinematoqrafiyanın, ziddiyyətli müasir həyatda fəal iştirak edən, rejissorlar və sənətçilərin mövqeyinin və davranışının, düzgün olduğunu nümayiş etdirdiyini" qeyd edib[46].

28 iyun 2014-cü ildə Moskva Beynəlxalq Film Festivalı bağlanış mərasimində Ukrayna Milli Kinematoqrafçılar İttifaqının rəhbəri Sergey Trimbach Vladimir Putindən Oleq Sentsovun azadlığa buraxılmasına kömək etmək xahişi ilə müraciət edib; Müraciətə festivalın prezidenti Nikita Mixalkov da qoşulub[47].

2015-ci ilin dekabrında Amnesty International kampaniyası çərçivəsində Rus musiqiçi Boris Qrebenşnikov Rusiya Federasiyası Baş prokuroruna Oleq Sentsov, Aleksandr Kolçenko və Gennadi Afanasyev barəsində hökmü ləğv etmək çağırışı ilə məktub imzalayıb[48].

Beynəlxalq ictimaiyyət

[redaktə | mənbəni redaktə et]

"Amnesty International" Sentsovun qanunsuz həbs edildiyini açıqlayıb[49].

2015-ci il avqustun 26-da Avropa İttifaqının xarici işlər naziri Federika Magerini Sentsovun cəzasının beynəlxalq hüquqa və "ədalət mühakiməsinin baza standartlarına" zidd olduğunu açıqladı, beləki "Rusiya məhkəmələrinin Rusiyanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin hüdudlarından kənarda törətdilən hərəkətlərə görə mühakimə hüququ yoxdur"[50][51]. Qərb mediasına görə, indiki halda, söhbət Sentsovun Ukraynadan zorla çıxarıldığı və beynəlxalq hüquq sahəsindən kənara çıxdığına görə ortaya çıxan vətəndaş hüquqlarının tapdalanmasından və açıq-aşkar saxta ittihamlardan gedir, çünki rusiya tərəfi sivil dünyanın normalarına sadəcə məhəl qoymur[52].

2018-ci il iyunun 1-dən 3-dək aclıq elan etmiş Sentsova dəstək olaraq dünyanın 78 şəhərində aksiyalar keçirilmişdir[53].

4 iyun 2018-ci ildə ATƏT XİN başçısı Lavrova Sentsovu azad etmək çağırışı ilə məktub göndərib[54][55].

Hökmə qarşı kəskin tənqidlə tək avropalı siyasətçilər və hüquq müdafiəçiləri deyil, həm də mədəniyyət xadimləri, o cümlədən Avropa Kino Akademiyasının direktoru Marion Dörinq, Alman Film Akademiyası və başqaları çıxış etmişlər[56], oxşar tələblər ilə Ukrayna Milli Kinematoqrafçılar İttifaqı, MDB və Baltikyanı ölkələrin Kinematoqrafçılar İittifaqlarının Konfederasiyası, Avropa Kino Akademiyası çıxış edib[57]. 67-ci Kann Beynəlxalq Film Festivalı zamanı film bazarının stendlərində Sentsovun portretləri asılmışdı[8].

10 iyun 2014-ci ildə kinorejissorlar Pedro Almodovar, Vim Venders, Agnieszka Holland, Mayk Li, Krzysztof Zanussi, Anje Vayda, Ken Loach, Bela Tarr, Aki Kaurismaki və başqaları, Rusiya Dövlət Başçısı Vladimir Putin və bir sıra yüksək vəzifəli şəxsləri Sentsovun təhlükəsizliyini təmin etməyə, yerini açıqlamağa, ona qarşı dəqiq ittihamlar irəli sürməyə və ya azad etməyə, habelə həbsinin şəffaf araşdırmağa çağırdılar[58].

15 sentyabr 2014-cü ildə həbsxanada olan Oleq Sentsov San Sebastian 62-ci Beynəlxalq Film Festivalı münsiflər heyətinin fəxri üzvü olmaq üçün dəvət olunub[59]. 2014-cü il Venesiya Film Festivalınında da boş kreslo münsiflər heyətində Sentsovun yerini sbildirirdi[60].

2015-ci il Kann kinofestivalında Fransız Kinematoqrafçılar Gildiyası və Avropa Kino Akademiyasının təşkil etdiyi "Rejissorların ikihəftəliyi" proqramı çərçivəsində Ukrayna rejissoru Oleq Sentsova həmrəylik göstərmək üçün ongün davam edən aksiya keçirilib. Əllidən çox seansın hər birindən əvvəl ukraynalı rejissorun "Oleq Sentsovaya Azadlıq" yazılmış şəkli nümayiş etdirilmişdir[61].

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]
İl Film
Rejissor Ssenarist Prodüser Aktyor Rol Qeydlər
kinoda 2011-ci il Qamer
✅Y
✅Y
✅Y
Sənədli film
2013-cü il Gərgədan
✅Y
✅Y
Yarımçıq qalıb[62]
2017 Proses (sənədli film)
✅Y
kameo Sənədli film[63]
  • "Kitabı alın - o gülməlidir" (2014) [64]
  • Hekayələr (К.: Laurus, 2015).

Dramaturgiyası

[redaktə | mənbəni redaktə et]
  • 2016-cı il "Qamer" və "Gərgədan" bədii filmlər üçün Taras Şevçenko adına Ukrayna Milli Mükafatının laureatı.
  • "İgidliyə Görə" I dərəcəli orden (Ukrayna, 24 sentyabr 2015)[65].
  • "İgidliyə Görə" III dərəcəli orden (Ukrayna, 23 avqust 2014)[66].
  • Çexiyanın kinematoqrafiya və FITNESS televiziya birliyinin Münsiflər Heyətinin Xüsusi Mükafatı (Çexiya, 17 yanvar 2016)[67].
  • Barbara Qoldsmit adına "Yazmaq Azadlığı" Amerika PEN-klubunun mükafatı (ABŞ, 26 aprel 2017)[68].
  1. 1 2 Oleg Senzow // Munzinger Personen (alm.).
  2. Антон Нечаев. "Роман Олега Сенцова буде опубліковано в празькому часописі". Національна спілка кінематографістів України. 2014-06-19. 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-13.
  3. "20 лет строгого режима. За что посадили Олега Сенцова". 2015-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-04.
  4. Профиль Олега Сенцова Arxivləşdirilib 2014-07-14 at the Wayback Machine. kinoglaz.fr.
  5. "Фильм «Гамер» — дебют украинского режиссёра Олега Сенцова. Трейлер". РИА Новости. 2012-05-03. 2016-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-13.
  6. 1 2 Крымский режиссёр Олег Сенцов: «В моей ленте будут только люди с улицы» Arxivləşdirilib 2014-05-31 at the Wayback Machine. // Крымская газета.
  7. 1 2 Сергацкова Е. Олег Сенцов, жертва теракта Arxivləşdirilib 2014-05-31 at the Wayback Machine // Colta.ru. — 2014. — 16 мая.
  8. 1 2 Светлана Хохрякова. "Майдан в центре Канн". Московский комсомолец. 2014-05-20. 2015-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-13.
  9. Жюри Одесского кинофестиваля объявило первых победителей Arxivləşdirilib 2012-07-23 at the Wayback Machine. Корреспондент.
  10. В Трускавце завершился III Международный кинофестиваль Arxivləşdirilib 2014-05-31 at the Wayback Machine. viva.ua.
  11. ФСБ обвиняет крымского кинорежиссёра в терроризме Arxivləşdirilib 2014-05-18 at the Wayback Machine. «Русская служба BBC», 14.05.2014 .
  12. ФСБ: Украинский режиссёр Сенцов готовил теракты вместе с активистами «Правого сектора» Arxivləşdirilib 2014-05-30 at the Wayback Machine. // Московский комсомолец.
  13. В «Правом секторе» опровергли причастность к ним режиссёра Сенцова Arxivləşdirilib 2014-06-01 at the Wayback Machine. Газета.ru.
  14. 1 2 3 Процесс Сенцова. Приговор Arxivləşdirilib 2015-10-01 at the Wayback Machine «Медиазона», 25.08.2015
  15. 1 2 3 4 5 6 Процесс Сенцова. День первый Arxivləşdirilib 2015-08-23 at the Wayback Machine «Медиазона», 21.07.2015
  16. На территории Республики Крым сотрудниками ФСБ России задержаны члены диверсионно-террористической группы «Правого сектора» Arxivləşdirilib 2014-06-02 at the Wayback Machine. ФСБ РФ.
  17. К арестованному режиссёру Сенцову не пустили украинского консула Arxivləşdirilib 2018-11-29 at the Wayback Machine, «РБК», 06.06.2014
  18. Рачева Елена. "Попал как крепостной". Новая газета. 16.07.2014. 2016-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-06.
  19. "В Ростове-на-Дону начинается суд по делу Олега Сенцова". 2015-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-07.
  20. "Суд перешёл к судебному следствию по делу режиссёра Сенцова с Украины". 2015-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-07.
  21. "Как режиссёра Сенцова обвиняли в терроризме". 2015-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-07.
  22. "Украинский режиссёр Сенцов не признал себя виновным в подготовке терактов в Крыму". 2015-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-08.
  23. 1 2 "Украинский режиссёр Олег Сенцов, которого в Ростове-на-Дону судят по обвинению в подготовке терактов в Крыму, рассказал суду о том, как его пытали и угрожали российские спецслужбы. Эхо Москвы. 06.08.2015". 2015-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-08.
  24. Процесс Сенцова. Допрос Афанасьева Arxivləşdirilib 2015-09-04 at the Wayback Machine «Медиазона», 31.07.2015
  25. "«Хочу, чтобы москали почувствовали ужас»: за что посадили Сенцова". 2015-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-08.
  26. "Сенцов Олег Геннадьевич". 2016-11-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-08.
  27. "Украинского режиссёра Сенцова приговорили к 20 годам колонии за теракты в Крыму". ТАСС. 2015-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-26.
  28. "Суд подтвердил приговор Сенцову по делу о подготовке терактов в Крыму". Интерфакс. 2015-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-24.
  29. "Верховный суд оставил приговор Сенцову и Кольченко без изменений". Deutsche Welle. 2015-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-24.
  30. "Сенцов подал иск против ФСБ и российских СМИ. Суд сегодня". Украинские новости. ukranews.com. 2015-12-24. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-08.
  31. Украинского режиссёра Олега Сенцова этапировали в Якутию Arxivləşdirilib 2016-02-12 at the Wayback Machine «РБК», .02.2016
  32. "Доклад Уполномоченного по правам человека в Российской Федерации за 2015 год" (PDF). ombudsmanrf.org. 2016-04-05 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-06-08. В результате предпринятых по жалобам Сенцова и Кольченко действий Уполномоченного была устранена правовая неопределённость относительно их гражданской принадлежности и признано их украинское гражданство
  33. "Росія відмовила у передачі Олега Сенцова // Отказ минюста". 2018-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-08.
  34. "РФ повторно отказала Украине в выдаче Сенцова и Кольченко, считая их своими гражданами". 2017-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-08.
  35. "Олега Сенцова этапировали в Якутию". 2016-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-11.
  36. "Олег Сенцов объявил бессрочную голодовку". Meduza (rus). 2018-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-16.
  37. "«Живые же люди сидят в тюрьме ни за что»: Как прошел митинг оппозиции против репрессий и произвола. Репортаж «Медузы»". Meduza (rus). 2022-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-11.
  38. Lutkovska sees in the Sentsov's case a discrimination on national origin Arxivləşdirilib 2016-03-10 at the Wayback Machine. Ukrinform. 4 September 2015
  39. Коментар Департаменту інформаційної політики МЗС України щодо затримання російськими спецслужбами в Автономній Республіці Крим українського режиссёра Олега Сенцова Arxivləşdirilib 2017-06-25 at the Wayback Machine. МИД Украины.
  40. "У Києві відбудеться тиждень українського кіно на підтримку Олега Сенцова". 2017-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-20.
  41. Савченко, Сенцов и замглавы УНА-УНСО есть в списках обмена пленными Arxiv surəti 11 sentyabr 2014 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2014-09-11 at the Wayback Machine «Newsru.ua», 10.09.2014
  42. "FIDH — Center for Civil Liberties August 2014 Ukraine: The forgotten victims Serious human rights violations" (PDF). 2017-08-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-20.
  43. Обращение в ФСБ Arxivləşdirilib 2014-05-26 at the Wayback Machine КиноСоюз
  44. "«Я прошу за Сенцова»". Новая газета. 22.08.2015. 2016-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-13.
  45. "Российские режиссёры выступили в защиту Олега Сенцова". Новая газета. 22.08.2015. 2016-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-13.
  46. Константин Шавловский. "Опыт солидарности". Журнал «Сеанс». 2014-05-21. 2015-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-13.
  47. Михалков присоединился к обращению о помощи в освобождении украинского режиссёра Сенцова Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine. // Коммерсант.
  48. Борис Гребенщиков — чемпион Марафона Arxivləşdirilib 2018-07-18 at the Wayback Machine // Amnesty International Россия, 14.12.2015
  49. Украинцы незаконно лишены свободы в России Arxivləşdirilib 2019-02-11 at the Wayback Machine. Международная амнистия.
  50. Statement by High Representative/Vice-President Mogherini on the sentencing by a Russian court of Ukrainian citizens O. Sentsov and O. Kolchenko Arxivləşdirilib 2015-09-10 at the Wayback Machine, 25.08.2015
  51. ЕС назвал приговор Сенцову нарушением международного права Arxivləşdirilib 2015-08-26 at the Wayback Machine // Lenta.ru, 26.08.2015
  52. Сергій Руденко. Комментарий: Процесс над Владимиром Путиным Arxivləşdirilib 2015-08-31 at the Wayback Machine // Deutsche Welle
  53. "В 78 городах мира прошли акции в поддержку объявившего голодовку режиссера Олега Сенцова". Meduza (rus). 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-03.
  54. "ОБСЕ обратилась к Лаврову с требованием освободить Сенцова". Новая газета - Novayagazeta.ru (rus). 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-08.
  55. "Представитель ОБСЕ призывает освободить украинского режиссера Олега Сенцова в письме российскому Министру иностранных дел Сергею Лаврову | ОБСЕ" (rus). www.osce.org. 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-08.
  56. Ирина Чевтаева. Европейские кинематографисты: Приговор Сенцову — это полный абсурд Arxivləşdirilib 2015-08-28 at the Wayback Machine // Deutsche Welle
  57. Кинематографисты призывают добиться освобождения режиссёра Сенцова из плена ФСБ Arxivləşdirilib 2014-05-29 at the Wayback Machine. УНИАН.
  58. "European Film Academy: Honorary Award of the EFA President and Board for Sir Michael Caine". 2021-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-01.
  59. "Олега Сенцова запросили почесним членом журі кінофестивалю у Сан-Себастьяні" (ukrayna). «Телекритика» — www.telekritika.ua. 15.09.2014. 2014-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-15.
  60. "Two empty chairs on the Jury of Venice 71 for Iranian director Mahnaz Mohammadi and for Ukrainian director Oleg Sentsov" (PDF). Press Office la Biennale di Venezia. 27.08.2014. 2016-03-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-21.
  61. Нелепо Борис. "На Каннском фестивале – акция солидарности с Олегом Сенцовым". Радио Свобода. 24.05.2015. 2016-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-21.
  62. Рафаэль Саакаов. Фильм Сенцова в Москве и судьба крымских «несогласных» Arxivləşdirilib 2019-04-20 at the Wayback Machine Русская служба BBC, 30.10.2014
  63. «Процесс» — документальный фильм о суде над Олегом Сенцовым. Смотрите полностью на «Медузе» Arxivləşdirilib 2019-04-20 at the Wayback Machine Meduza, 05.2018
  64. Олег Сенцов. "Купите книгу – она смешная". Литературный журнал «Процесс». 11.06.2014. 2015-04-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-05-24.
  65. "Указ Президента України № 556/2015 «Про нагородження орденом „За мужність"»" (ukrayna). www.president.gov.ua. 2015-09-24. 2015-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-25.
  66. "Указ Президента України № 676/2014 «Про відзначення державними нагородами України з нагоди Дня Незалежності України»" (ukrayna). zakon.rada.gov.ua. 2014-08-23. 2019-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-24.
  67. "Сенцова наградили специальной премией чешского кинематографа (фото)". Украинские новости. ukranews.com. 2016-01-17. 2016-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-18.
  68. "В Нью-Йорке Сенцову заочно вручили премию "Свобода писать"". ukranews.com. Украинские новости. 2017-04-26.

Nadejda Savçenko

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]