Oktyabr inqilabının 20 illiyinə ithaf edilmiş yubiley filmidir.
Ordenli Azərbaycan | |
---|---|
Fayl:Ordenli Azərbaycan (film, 1938).jpg | |
Janr | sənədli film |
Rejissor | Rza Təhmasib |
Ssenari müəllifləri |
Rəsul Rza Əbülhəsən |
Operatorlar |
Seyfulla Bədəlov Muxtar Dadaşov Camal İsmixanov Fyodor Novitski |
Bəstəkarlar |
Niyazi Qara Qarayev Cövdət Hacıyev |
İstehsalçı | Azərfilm |
İlk baxış tarixi | 1938 |
Filmin digər adı | Onbirlərdən biri |
Filmin növü | tammetrajlı sənədli film |
Ölkələr | SSRİ |
İl | 1938 |
Texniki məlumatlar |
6 hissə 1750 metr 35 mm |
Film tematik icmal prinsipi əsasında qurulmuşdur. Ekranda qarlı dağlar, şəlalələr, Göy-gölün mənzərəsi və onun ətrafı, üzüm və meyvə bağları, balıq ovu və s. görünür. Sonra kadrlar bizi keçmişə qaytarır. Müəlliflər inqilabdan əvvəlki xronikanı-neftçilərin ağır əməyini, kəndlilərin toxum səpmələrini və s. tarixi sənədləri nümayiş etdirirlər. Serqo Orconikidze Azərbaycanın sosializm quruculuğu işindəki uğurlarından danışır. Burada xalq təsərrüfatının bərpası, qəhrəman neftçilər, Bakı öz əksini tapmışdır.
Filmdə böyük satirik, şair Mirzə Ələkbər Sabirin şerləri də səslənir. Film Moskvada Azərbaycan incəsənəti ongünlüyünün keçirilməsi ilə əlaqədar çəkilmişdir.
Film Qara Qarayevin kinoda ilk işidir.
Film Əbülhəsənin kinoda ilk işidir.