Ordenli Azərbaycan (film, 1938)

Oktyabr inqilabının 20 illiyinə ithaf edilmiş yubiley filmidir.

Ordenli Azərbaycan
Fayl:Ordenli Azərbaycan (film, 1938).jpg
Janr sənədli film
Rejissor Rza Təhmasib
Ssenari müəllifləri Rəsul Rza
Əbülhəsən
Operatorlar Seyfulla Bədəlov
Muxtar Dadaşov
Camal İsmixanov
Fyodor Novitski
Bəstəkarlar Niyazi
Qara Qarayev
Cövdət Hacıyev
İstehsalçı Azərfilm
İlk baxış tarixi 1938
Filmin digər adı Onbirlərdən biri
Filmin növü tammetrajlı sənədli film
Ölkə SSRİ SSRİ
İl 1938
Texniki məlumatlar 6 hissə
1750 metr
35 mm

Film tematik icmal prinsipi əsasında qurulmuşdur. Ekranda qarlı dağlar, şəlalələr, Göy-gölün mənzərəsi və onun ətrafı, üzüm və meyvə bağları, balıq ovu və s. görünür. Sonra kadrlar bizi keçmişə qaytarır. Müəlliflər inqilabdan əvvəlki xronikanı-neftçilərin ağır əməyini, kəndlilərin toxum səpmələrini və s. tarixi sənədləri nümayiş etdirirlər. Serqo Orconikidze Azərbaycanın sosializm quruculuğu işindəki uğurlarından danışır. Burada xalq təsərrüfatının bərpası, qəhrəman neftçilər, Bakı öz əksini tapmışdır.

Filmdə böyük satirik, şair Mirzə Ələkbər Sabirin şerləri də səslənir. Film Moskvada Azərbaycan incəsənəti ongünlüyünün keçirilməsi ilə əlaqədar çəkilmişdir.

Film Qara Qarayevin kinoda ilk işidir.

Film Əbülhəsənin kinoda ilk işidir.

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Baş rejissor: Rza Təhmasib
Rejissorlar: Qriqori Braginski, A.Konstantinov, Şua Şeyxov
Ssenari müəllifi: Rəsul Rza, Əbülhəsən
Operator: Seyfulla Bədəlov, Muxtar Dadaşov, Camal İsmixanov, Leon Aristakesov, Fyodor Novitski
Bəstəkar: Niyazi, Qara Qarayev, Cövdət Hacıyev
Səs operatoru: İlya Ozerski
İkinci rejissor: Qəmər Salamzadə, Niyazi Bədəlov
Rejissor köməkçisi: Lətif Səfərov