Otkrıtiye Arena (rus. "Открытие Арена") — Rusiyanın paytaxtı Moskvada yerləşən stadiondur. Spartak Moskva öz ev oyunlarını bu stadionda keçirir. Rusiya millisi də bəzən oyunlarını burada keçirir. Stadion Spartak Stadionu adı ilə də tanınır. Tamaşaçı tutumu 45360 nəfərdir.
Otkrıtie Arena | |
---|---|
Yeri | Moskva, Rusiya |
Təməli qoyulub | 2010-cu il oktyabr |
Açılış tarixi | 5 sentyabr 2014 |
Tikinti xərcləri |
14 milyard RUB 430 milyon USD[1] |
Memar | BiznesTehProekt, PozhEvroStroi |
Sahibi | LUKoyl |
Tamaşaçı tutumu |
45360 (rəsmən) 44190 (2018 FİFA Dünya Kuboku)[2] |
Ev sahibi komanda |
Spartak Moskva FK Rusiya milli futbol komandası |
Meydançanın ölçüləri | 105 × 68 m |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Stadion öz adını Spartakın baş kommersiyaçısı olan Otkrıtie Holdinqdən götürüb.[3]
Stadionun təməlqoyma mərasimi 2 iyul 2007-ci ilə salınmışdı, lakin bu mərasim müxtəlif səbəblərdən dəfələrlə ertələndi. İlk əvvəl stadionun inşasının 2009 ilə 2010-cu illərin arasında tamamlanması planlaşdırılmışdı. Lakin həmin vaxt stadion dizayn mərhələsindəydi. 2010-cu ildə stadion layihəsinə yenidən baxıldı. Çünki memari məclisə təqdim edilən layihə çox sadə idi. AECOM və Dexter Moren Associates şirkətlərinin birlikdə ərsəyə gətirdiyi bu layihəylə inşa edilən stadionu ən çox maliyyələşdirən Spartak Moskvanın sahibi də olan rus iş adamı Leonid Fedunun şirkəti olan Lukoyl idi.
19 fevral 2013-cü ildə Otkrıtie Bank ilə imzalanan müqaviləyə görə yeni stadionun adı 6 illik "Otkrıtie Arena" adlandırılacaqdı. 21 avqust 2014-cü ildə stadionda Spartakın qurucuları olan Starostin qardaşlarının heykəllərinin açılışı oldu. Stadionun adını daşıyan Romalı Qladiator Spartakın 24,5 metrlik heykəli stadionun yaxınlığında dikildi.
Stadionun rəsmi açılışı 5 sentyabr 2014-cü ildə oldu. Stadionda ilk rəsmi oyunda Spartak ilə Srvena Zvezda komandaları oynamışdı. Stadionda ilk rəsmi qolu cərimə zərbəsindən Spartakın futbolçusu Dimitri Kombarov vurmuşdu. Stadion keçmiş Tuşino Hava Limanının ərazisində tikilmişdir.
Stadion həmçinin 2017 FİFA Konfederasiyalar Kubokunun keçirildiyi 4 stadiondan biridir. Stadionda İncubus, Triggerfinger, Guns N’ Roses və Depeche Mode kimi görkəmli musiqiçilər performans göstərmişlər. 2018 FİFA Dünya Kubokunun 5 oyunu da burada oynanmışdır.
Stadionda naviqasiya köməkçisi, saxlama otaqları, itmiş mallar bürosu kimi xidmətlər fəaliyyət göstərir. Bundan əlavə, burada əlillər üçün hərəsində 50 yer olmaqla 2 sektor var. Stadionun bu hissəsi rampa, pilləkən və liftlərlə təchiz olunmuşdur.
Tarix | Saat | Komanda № 1 | Res. | Komanda № 2 | Mərhələ | Tamaşaçı sayı |
---|---|---|---|---|---|---|
18 iyun 2017 | 21:00 | Kamerun | 0–2 | Çili | B qrupu | 33492[4] |
21 iyun 2017 | 18:00 | Rusiya | 0–1 | Portuqaliya | A qrupu | 42759[5] |
25 iyun 2017 | 18:00 | Çili | 1–1 | Avstraliya | B qrupu | 33639[6] |
2 iyul 2017 | 15:00 | Portuqaliya | 2–1 (ə.v.) | Meksika | Üçüncülük oyunu | 42659[7] |
Tarix | Saat | Komanda № 1 | Nəticə | Komanda № 2 | Mərhələ | Tamaşaçı sayı |
---|---|---|---|---|---|---|
16 iyun 2018 | 16:00 | Argentina | 1–1 | İslandiya | D qrupu | 44190[8] |
19 iyun 2018 | 18:00 | Polşa | 1–2 | Seneqal | H qrupu | 44190[9] |
23 iyun 2018 | 15:00 | Belçika | 5–2 | Tunis | G qrupu | 44190[10] |
27 iyun 2018 | 21:00 | Serbiya | 0–2 | Braziliya | E qrupu | 44190[11] |
3 iyul 2018 | 21:00 | Kolumbiya | 1–1 (3–4 pen.) | İngiltərə | 1/8 Final | 44190[12] |