Ovan Simonyan

Ovan Simonyan (erm. Յովան Սիմոնեան; 1967[1], Beyrut) — Ermənistanın tarixi, tarixi coğrafiyasımədəniyyəti üzrə ixtisaslaşmış erməni əsilli İsveçrə alimi. O, Livanın Beyrut şəhərində, bir erməni ailəsində anadan olmuşdur. Simonyan 1975-ci ildə Livanda vətəndaş müharibəsi başlayanda ailəsi ilə birlikdə İsveçrəyə köçmüşdür.[2] O, "The Hemshin: History, Society and Identity in the Highlands of Northeast Turkey" kitabının redaktoru və Riçard Dəkməçiyan ilə "Troubled Waters: the Geopolitics of the Caspian Region" kitabının həmmüəllifi, həmçinin Piter Qreçdakyan və Mark Arslan ilə birlikdə "Armenian DNA Project"in idarəçisidir.[3]

Ovan Simonyan
Doğum tarixi 1967[1]
Doğum yeri
Vətəndaşlığı
Fəaliyyəti tarixçi

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Hovann Simonian.
  2. "Armenian DNA Project- Background". 25 avqust 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 aprel 2022.
  3. "DNA and Armenian Origin Subject of 18th Annual Vardanants Day Lecture". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-04.