Ermənistan coğrafiyası

ErmənistanCənubi Qafqazda yerləşən dənizə çıxışı olmayan ölkə. Ermənistan Azərbaycan, Gürcüstan, Türkiyəİranla sərhədə malikdir. Üstəlik Ermənistan xarici qüvvələrin dəstəyi ilə Azərbaycanın 20 % ərazisini işğal edir. İşğal faktoru ilə əlaqədar 1993-cü ildə BMT təhlükəsizlik şurası bu işğal faktoru ilə bağlı dörd qətnamə qəbul etmişdir[1][2][3][4]. Vəziyyət İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq dəyişir.

Ermənistan coğrafiyası
Qitə Asiya (Yaxın Şərq)
Region Qafqaz
Koordinatlar 40° 00' ş.e., 45° 00' ş.u.
Sahə
Sahil xəttinin uzunluğu 0 km
Sərhədlər 1 254 km: Azərbaycan 787 km (Naxçıvan 221 km),
Gürcüstan 164 km, İran 35 km,
Türkiyə 268 km
Ən yüksək nöqtə Alagöz dağı (4 090 m)
Ən alçaq nöqtə Tona çayı (400 m)
Ən böyük çay Araz çayı
Ən böyük göl Göyçə gölü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafi yerləşməsi

[redaktə | mənbəni redaktə et]

Ermənistan Cənubi Qafqazda, Kür çayı ilə Araz çayı arasında yerləşən ərazidə qərarlaşmışdır. Ölkə şimal-qərbdən cənub-şərqə 360 km, şərqdən qərbə isə 200 km məsafədə uzanır. Qara dənizdən 160 km, Fars körfəzi ilə 960 km məsadə qərarlaşır.

Ermənistan şimaldan Gürcüstan, şərqdən və cənub-qərbdən Azərbaycan (Naxçıvan), cənubdan isə İranla sərhədə malikdir[5].

Ermənistan ərazisi Alp qırışıqlığı zonasında yerləşmişdir. Ermənistan Seysmoloji Araşdırmalar Asosasiyanın məlumatına görə ölkə ərazisində olan bədbəxt hadisələrin 94 % zəlzələdən olmuşdur[6]. Son 2000 il ərzində ən güçü zəlzələnin güçü 12 ballıq şkala üzrə 10 bal olmuşdur.

Ermənistan ərazisində yerləşən iri qırılma xətti:

  • Qarni qırılma xətti.
  • Pəmbək-Göyçə qırılma xətti.
  • Axuryan qırılma xətti.
  • Sarıçay-Sariqamış qırılma xətti.

Ölkədə ərazisinin 70 % səkkiz ballıq zəlzələ zonasında yerləşdiyi halda 30 % ərazisi yeddi ballıq zonada yerləşir. 1988-ci ilin dekabrında Spitak zəlzələsi zamanı ölkənin şimalında böyük dağıntılar baş vermişdir. Ölkənin ikinci ən böyük şəhəri olan Gümrü demək olar ki dağılmışdır. Ümumilikdə ölkədə 25 000 çox insan həlak olmuşdur.

Alagöz dağı

Ölkə ərazisinin 90 % 1000 metrdən yuxarıda yerləşir. Ərazisinin tən yarısı 2000 metrdən yuxarı əraziləri əhatə edir. Cəmi 3 % ərazisi 650 metr yüksəklikdən aşağıda yerləşir. Ən aşağı nöqtəsi Tonanın yatağı boyunca yerləşən ərazilərdir. Ən hündür nöqtəsi Alagöz dağı 4095 metrdir.

Ölkənin cənub-qərb hissəsində Kiçik Qafqazın tərkib hissəsini təşkil edən Zəngəzur silsiləsi sərhədi təşkil edir. Qərbdən Qarabağ Vulkanik yaylası, Şaxdağ silsiləsi Azərbaycanla sərhədi təşkil edir. Əhalinin böyük qismi qərb və şimal-qərbdə yerləşən düzən yaylalarda cəmləşmişdir.

Ölkənin cənubunda Orta Araz dağarası düzənliyinin şimal hissəsi yerləşir. Qərb hissəsinsə isə hündürlüyü 800–900 metr arasında dəyişən Ağrı vadisi qərarlaşır.

Faydalı qazıntıları

[redaktə | mənbəni redaktə et]

Ermənistan ərazisində 565 yataq mövcuddur ki, həmin yataqlardan ümumilikdı 60 növ faydalı qazıntı çıxarılır. Bunlar arasında Qara metallar (Fe, Mn, Cr), nafir meltal (Ti, Ni, W, Mo, Re), рассеянные (Bi, Hg), rəngli metallar (Cu, Pb, Al, Zn, Mg), qiymətli metallar (Au, Ag, Pt) və digər faydalı qazıntılar mövcuddur. Xaydalı qazıntılar əsasın bu xətt üzrə yerləşir: Alaverdi-Qafan, Pəmbək-Zəngəzur və Göycə-Amasiya. Qacaran və Taxut əsas yataqlardandır. Ermənistan ehtiyatına görə dünyada ilk yerlərdən birini tutur. Digər eytiyyatlardan tuf, bazalt, pemza, mərmər, oniks və s. çıxarılır.

Ermənistanın iqlimi olduqca fərqlidir. Onun ərazisində 6 iqlim zonasını müşahidə etmək olur. Bu onun yerləşməsi və relyefi ilə əlaqədardır[7].

Ölkə əsasən Aralıq dəniziQara dənizdən gələn hava kütlələrinin təsirinə məruz qalır. Qış syları orta temperatur 0 °C təşkil edir. Yay ayları isə orta temperatur 25 °C-dir. Orta illik yağıntının miqdarı 250 mm-dir. Araz çayı vadisində isə yağıntı 800 mm qədər artır. Subtropik qurşaqda yerləşməsinə baxmayaraq bu iqlim ancaq Mehri şəhəri ətrafı ərazilərdə müşahidə edilir. Burada portağal, əncir, limon, xurmazeytun yetişir. Düzənliklərində qışda teperatur −5 °C, yayda 25 °C; dağlarda müvafiq olaraq −6 °C və +20 °C olaraq arasında dəyişir. Düzənliklərdə yağıntının illik miqdarı 200–250 mm, orta dağlıqda 500 mm, yüksəkdağlıqda isə 700–900 mm-dir.

Su ehtiyatları

[redaktə | mənbəni redaktə et]

Ən böyük gölü Göyçə gölüdür. Göl 78 km uzunluğa və 56 km enə malikdirdir. Göl nəyinki Ermənistanın həm də Cənubi Qafqazın ən iri şirinsulu gölüdür. O 2070 metr hündürlükdə qərarlaşır. Bundan başqa Ermənistan ərasizində 100 yaxın göl vardır ki, onlarında ümumi su tutumu 300 mln m³ təşkil edir. Aygerliç gölü istisna onların hamısı qar suları ilə qidalanır.

Ermənistanın çayları üzərində 75 su anbarı vardır. Təkcə 10 su anbarının su tutumu 986,0 mln m³ təşkil edir. Ən iri su anbarları: Arpiliç su anbarı, Axuryan su anbarı, Aparan su anbarı, Zovaşen su anbarı, Şamb su anbarı, Tolor su anbarı, Spandaryan su anbarı, Mantaş su anbarı, Karnut su anbarı. Axuryan su anbarı Türkiyə ilə sərhədlərin bağlanması səbəbindən fəaliyyət göstərmir.

Yeraltı sular özünü yeraltı çaylar və bulaqlar şəklində göstərir. İlk ərzində 3 mld m³ yeraltı su meydana gəlir. Ağrı vadisində artexian sularının səthə çıxması ilə 1500 km² ərazisi olan bataqlaşmış ərazi formalaşmışdır. Bu bataqlıqlaşmış ərazilər 1953–1955 illərdə boşaldılmışdır.

Vadilərdə yeraltı suların 96 % içəli sulardır. Bəzi suları isə heç təmizləmədən belə içmək mümkündür. Yeraltı suların çirklənmə dərəcəsi 25 %-dir.

İnzibati ərazi bölgüsü

[redaktə | mənbəni redaktə et]

Ermənistan ərazisi 11 vilayətə bölünür (mərz, erm. մարզ).

Vilayətlər şəhər və kənd ərazilərinə bölünür. Vilayətin qubernatoru (mərzpet) dövlət tərəfindən təyin edilir. Özünü idarə etmə orqanları nümayəndələri səsvermə ilə 3 illiyinə seçilir. Paytaxtın icra başçısını baş-nazirin göstərişi ilə rezident təyin edir.

Ölkədə 953 kənd, 48 şəhər vardır. 932 icmanın 871 kənd və 61 şəhər icmalarıdır (1999).

Mərz Orijinal
adı
sahəsi, km² Əhalisi Paytaxt
Araqas Արագածոտնի 2 755 126 278 Aştarak
Ararat Արարատի 2 003 252 665 Artaşay
Armavir Արմավիրի 1 241 255 861 Armavir
Vayosdzor Վայոց Ձորի 2 406 53 230 Exenqnadzor
Qeqarkunik Գեղարքունիքի 3 655 215 371 Qavar
İrəvan Երևան 227 1 088 300
Kotayk Կոտայքի 2 100 241 337 Razdan
Lori Լոռու 3 791 253 351 Vanadzor
Sünik Սյունիքի 4 505 134 061 Qafan
Tavuş Տավուշի 3 120 121 963 İcevan
Şirak Շիրակի 2 679 257 242 Gümrü

1920-ci ildə Ermənistan SSR ərazisi qəzalardan ibarət idi. Onlarda öz növbəsində rayonlara bölünürdü. Ölkədə 26–36 arası rayon vardı. 1952-ci ilin yanvarında ölkə ərazisi İrəvan, Kirovaan və Lelinakan dairələrinə bölünür. Ancaq 1953-cü ildə bunun effektivsizliyi elan edilir. 1995-ci ildə isə ölkə mərzlərə bölünmüşdür.

  1. Резолюция СБ ООН № 822 от 30 апреля 1993 года
  2. Резолюция СБ ООН № 853 от 29 июля 1993 года
  3. Резолюция СБ ООН № 874 14 октября 1993 года
  4. Резолюция СБ ООН № 884 от 12 ноября 1993 года  (rus.)
  5. "CIA — The World factbook". 2006-12-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-23.
  6. "Ermənistan Seysmoloji Asosasiyanın və Fiziki Dünya. Spitak zəlzələsi və Ermənistanın zəlzələdən qorunma problemləri". 2007-09-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-23.
  7. "Ermənistan coğrafiyası". 2012-04-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-23.