Pərvin Etisaminin evi

Pərvin Etisaminin evi - İranda fəaliyyət göstərmiş azərbaycanlı şairə Pərvin Etisaminin yaşadığı ev.

Pərvin Etisaminin evi
Binanın girişi
Xəritə
38°04′43″ şm. e. 46°18′39″ ş. u.
Ölkə
Şəhər Təbriz
Yerləşir Təbriz
Aidiyyatı Qacarlar dövləti
Tikilmə tarixi XIX əsr
Pərvin Etisaminin evi (İran)
Pərvin Etisaminin evi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Təbrizdə yerləşən bu qədim ev Pərvin Etisaminin şəxsi evi olub. Ev XIX əsrdə Qacarlar dövründə tikilib. Digər hissəsinin tikilməsi isə Pəhləvilər dövrünə təsadüf edir. Hazırda evin yalnız pəhləvilər dövründə tikilən hissəsi salamat qalıb. Ev Çaykənarı xiyabanında yerləşir[2][3]. Həyətindəki divarlarda Təbrizin görkəmli şəxslərinin şəkilləri əks olunub. Evin girişində isə pilləkanları qalxan halda təsvir olunmuş Pərvin Etisaminin heykəli qoyulub. 28 mart 2006-cı ildən etibarən ev İranın milli mədəni irsi siyahısına salınıb.