Səmayazarlar

Səmayazarlar (ing. Skytypers Air Show Team) Amerika Birləşmiş Ştatlarında mərkəzləşən mülki aerobatika komandasıdır. Tarixi 1932-ci ildən başlayır. Uçuşlar üçün T-6 Texan təyyarələri istifadə olunur. Təyyarələr səmada hərflər çap edə bilən xüsusi tüstü sistemi ilə təmin olunub. Aviaşoularda daha çox reklam yazılışı istifadə olunur.[1]

Səmayazarlar
Növü Aerobatika komandası
Yaranma tarixi 1932 (1932) - Günümüz
Ölkə ABŞ
Tabedir Mülki
Təchizatı T-6 Texan
skywritingads.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Erməni soyqırımı hadisəsi[redaktə | mənbəni redaktə et]

20 aprel 2016 tarixində Nyu-York şəhərində komanda səmada yazma tapşırığı yerinə yetirib. Səmada "101 years of Geno-lie," "Gr8 ally = Turkey," "BFF = Russia + Armenia," və "FactCheckArmenia.com." yazılıb. Daha sonra komanda Erməni soyqırımının təkzibini dəstəkləmədiyini bildirərək öz veb saytlarında üzrxahlıq mesajı yerləşdirib. [2] [3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2022-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-06.
  2. "Arxivlənmiş surət". 2022-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-06.
  3. https://web.archive.org/web/20160907034819/http://www.geicoskytypers.com/an-apology

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]