Hava Baronları (ing. Air Barons) ABŞ Hərbi Donanmasına məxsus olmuş aerobatika eskadronudur. 1958–1971-ci illərdə fəaliyyət göstərmişdir. Mavi Mələklərdən sonra ABŞ Hərbi Donanmasının ikinci aerobatika komandası olmuşdur.[1]Əvvəllər uçuşlar üçün Grumman F-9 Cougar təyyarələri istifadə olunurdu. Sonra bu təyyarələr Douglas A-4 Skyhawk ilə əvəz olundu.
Hava Baronları | |
---|---|
Növü | Aerobatika komandası |
Yaranma tarixi | İyun 1958 - Dekabr 1971 |
Ölkə | ABŞ |
Tabedir | ABŞ Hərbi Donanması |
Təchizatı | Douglas A-4 Skyhawk |
Mavi Mələklərdən fərqli olaraq Hava Baronları bütün uçuşlar zamanı qanadları altında əlavə yanacağ çəni daşıyırdı. Hava Baronları aerobatika komandasından başqa həm də əməliyyat eskadronu idi. Aerobatika komandası mövcud olduğu müddətdə 66 rəsmi uçuş nümayişi keçirmişdir.