Yupiter Aerobatika Komandası (YAK) (ing. Jupiter Aerobatic Team (JAT)) İndoneziya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Uçuşlar üçün 6 ədəd KAI KT-1 Woongbi təyyarəsi istifadə olunur. Təyyarələr ağ və qırmızı rənglərə boyanmışdır. Təyyarələr ağ tüstü generatorları ilə təchiz olunub.[1]
Yupiter | |
---|---|
Növü | Aerobatika komandası |
Yaranma tarixi | 2008 | - Günümüz
Ölkə | İndoneziya |
Tabedir | İndoneziya Hərbi Hava Qüvvələri |
Rəngləri |
Qırmızı, ağ |
Təchizatı | 6 KAI KT-1 Woongbi |
1996-cı ildə BAE Systems Hawk təyyarələri istifadə edən ilk komanda yaradılmışdır. Komandanın ilk uçuşu 1997-ci il 23 sentyabrda baş tutmuşdur. 2001-ci ildə Elang Biru eskadronu ilə birləşdi və Mavi Yupiter adlanmağa başladı. 90-cı illərdə baş verən iqtisadi böhrana görə həmin komanda da ləğv olundu.[2]
2008-ci ildə Yupiter Aerobatika Komandası yenidən quruldu və ilk ictimai uçuş noyabr ayında baş tutdu. 2 illik fasilədən sonra 2010-cu ildə komanda Roulettes eskadronu ilə birgə təlimlərə başladı. 2011-ci ildə YAK heyəti altı təyyarəyə qədər artırıldı və İndoneziya bayrağının rənglərinə uyğun olaraq yeni qırmızı-ağ dizayn aldı. Yeni altı təyyarədən ibarət kompozisiyasının ilk nümayişi 16 mart 2011-ci ildə baş tutmuşdur.