SoloTürk

SoloTürk və ya Solo Türk, adətən SOLOTÜRK deyə üslublaşdırılıb — Türkiyə Hərbi Hava Qüvvələrinin təktəyyarəli aerobatika komandası. Bu komandanın yaradılması barədə planlar 2009-cu ilin noyabrında cızılmışdır və pilot təlim prosesi 2010-cu ilin avqustunda tamamlanmış, ilkin olaraq üç pilot bu komandanın bir hissəsi olmuşdur. İlk çıxış xarakterli uçuş 2010-cu ilin sentyabrında hərbi hissə çərçivəsində həyata keçirilmiş və qrupun ictimai şəkildə ilk uçuşu 15 aprel 2011-ci ildə baş tutmuşdur. O vaxtdan bəri "SoloTürk" bir neçə milli və beynəlxalq səviyyəli hava şousunda iştirak etmişdir. Çıxış xarakterli uçuşlarda istifadə olunan manevrlərinin əksəriyyəti xüsusi olaraq komandanın özünə xasdır.

SoloTürk
Növü Aerobatika komandası
Yaranma tarixi 25 noyabr 2009 (2009-11-25) (qurulma)
15 aprel 2011 (2011-04-15) (çıxışlar)
Ölkə
Tabedir Türkiyə Hərbi Hava Qüvvələri
Tərkibi 2 pilot
2 köməkçi heyət üzvü
9 texniki işçi
Qərargah Konya aviabazası
Rəngləri Qara, qızıl, ağ, gümüş
                
Təchizatı General Dynamics F-16C Block 40
CASA CN-235M-100
soloturk.tsk.tr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Komanda döyüşə hazır, xüsusi olaraq rənglənmiş "General Dynamics F-16C Block 40" təyyarəsindən istifadə edir. "SoloTürk" əvvəllər Akıncı aviabazasından fəaliyyət göstərmiş, lakin 2016-cı ildə baş tutmuş dövlət çevrilişi cəhdindən sonra Konya aviabazasına köçmüşdür. İki pilot da daxil olmaqla ümumilikdə 13 heyət üzvü var və daşınma işləri üçün "CASA CN-235M-100" təyyarəsindən istifadə olunur. Komanda daxilində uçuşlarda iştirak etmək istəyən pilotlar təlimdən keçməzdən əvvəl müəyyən meyarlara cavab verməlidirlər. "SoloTürk" çıxış xarakterli uçuşlarına görə bir çox mükafata layiq görülmüşdür.

Tarixi[redaktə | mənbəni redaktə et]

2014-cü ildə "SoloTürk".

Təktəyyarəli aerobatika komandasının yaradılması üzərində işlər 25 noyabr 2009-cu il tarixində başlamışdır. 2010-cu ilin yanvarında pilotlar seçilmiş və həmin ilin mayında üç aylıq təlimlərə start verilmişdir. Çıxış xarakterli ilk uçuş 2010-cu ilin sentyabrında Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı Həsən Aksay tərəfindən 4-cü Əsas Baza Reaktiv Komandanlığında həyata keçirilmişdir.[1]

Komanda ilk dəfə 15 aprel 2011-ci ildə Ankara şəhərindəki Akıncı aviabazasında Türkiyə Hərbi Hava Qüvvələrinin yaradılmasının 100 illiyi ilə bağlı keçirilən tədbirdə ictimaiyyət qarşısında çıxış etmişdir.[2][3] 2014-cü ildə keçirilən son Vaddington Beynəlxalq Aviasiya Sərgisində "SoloTürk" son manevr kimi qlissadanın altına dalmış və tamaşaçıların üzərində çox alçaq uçuşla keçərək eniş etmişdir.[4]

Akıncı aviabazası "SoloTürk"ün yarandığı gündən onun bazası idi, lakin bu aviabaza 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhddən sonra bağlanmışdı, çünki buradan çevriliş tərəfdarlarının komandanlığı kimi istifadə edildiyi iddia olunmuşdu.[5] Aparılan axili istintaq nəticəsində "SoloTürk" üzvlərinin heç birinin Fətullah Gülənin FETÖ hərəkatının üzvü olmadığı qənaətinə gəlinmişdir.[6] Qrupun bazası 2016-cı ilin oktyabrında "Türk Ulduzları" aerobatika komandası da yerləşdirildiyi Konya aviabazasına köçürülmüşdür.[7][8]

25 yanvar 2017-ci il tarixində pilotlar Ərhan Günar və Sərdar Doğan gələn ilə hazırlıq məqsədilə keçirilmiş təlim uçuşları zamanı "SoloTürk"ün 300 kilometr/saat uçuş sürətinə malik "F-16" təyyarəsini 180 km/saat sürətində uçuraraq "ən yavaş uçuş" rekordunu qırmışdır.[9][10]

20 sentyabr 2018-ci il tarixində keçirilən birinci "Teknofest"də "SoloTürk", "Red Bull RB8", "Kawasaki Ninja H2", "Tesla Model S P100D", "Aston Martin Vantage", "Lotus Evora GT410" və "Bombardier Challenger 600" arasında draq-reys yarışı keçirilmişdir.[11] 9 saniyəlik yarışda "Kawasaki Ninja H2" sürücüsü Kənan Sofuoğlu qalib gəlmişdir.[12] Burada Ceyk Dennisin idarə etdiyi "Red Bull RB8" ikinci, "SoloTürk" pilotu isə üçüncü olmuşdur.[13] 2020-ci il Türkiyə Qran-prisinin İstanbul Park halqasında yarış başlamazdan əvvəl "SoloTürk" əsas yolun üzərindən uçuş keçirmişdir.[14][15][16] Operatorlar tərəfindən çəkilmiş kadrlardan görünür ki, təyyarənin gözlənilməz və qəfil səsi qulaqcıqsız bir neçə sürücüdə çaşqınlıq yaratmışdı.[17][18]

26 iyun 2018-ci il tarixində Azərbaycan Ordusunun Qurulmasının 100 illiyi şərəfinə keçirilən paradda ilk dəfə Bakı səmasında uçuş həyata keçirib. [19]

26-29 may 2022 tarixlərində Texnofest festivalı çərçivəsində Texnofest Azərbaycan tədbirində Türk Ulduzları ilə birlikdə uçuşlar həyata keçirib. [20]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "SoloTurk - Tarihçe". Soloturk. 2020-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-04.
  2. "100th Anniversary Activities of Turkish Air Force F-16 Solo Display Team". Turkish Air Force. 9 March 2011 tarixində orijinalından arxivləşdirilib.
  3. "F-16 solo Türk göz doldurdu". Haber 1. 31 May 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 April 2011.
  4. "Turkish F-16's ultra low landing at Waddington Airshow". Theaviationist. July 6, 2014. August 27, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 4, 2021.
  5. "194 killed in quashed Gülenist coup attempt: Military". Hürriyet Daily News. July 15, 2016. August 7, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 16, 2016.
  6. "Bu bayram onları gökyüzünde görmeyeceksiniz çünkü..." Odatv4. 29 October 2016. 11 December 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 December 2021.
  7. "SOLOTÜRK'ün yeni yuvası belli oldu". Milliyet. 18 October 2016. 11 December 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 December 2021.
  8. "SOLOTÜRK'e yeni yuva". A Haber. 2021-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-10.
  9. "SOLOTÜRK'ten "yavaş uçuş" rekoru". NTV. 2017-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-10.
  10. "SOLOTÜRK'ten yavaş uçuş rekoru". CNN Türk. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-10.
  11. "İnanılmaz görüntüler". Habertürk. September 20, 2018. September 21, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 4, 2021.
  12. Enver ALAS-İbrahim MAŞE. "İşte F-16 ile Kenan Sofuoğlu yarışının galibi..." Hürriyet. 2019-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-04.
  13. "Kenan Sofuoğlu F-16 uçağıyla yarıştı". TRT Haber. 2020-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-04.
  14. "SOLOTÜRK, Formula 1 DHL Türkiye Grand Prix'i selamlıyor!". Posta. 2021-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-04.
  15. "Formula 1 'de SOLOTÜRK sürprizi". Sabah. 2021-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-04.
  16. "SOLOTÜRK'ten Formula 1 pilotlarına selam". TRT Haber. 2020-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-04.
  17. "Formula 1 pilotları kaçacak yer aradı". Yeni Çağ Gazetesi. November 15, 2020. November 15, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 4, 2021.
  18. "SoloTürk F-1 pilotlarının aklını aldı!". HavaHaber. November 15, 2020. December 4, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 4, 2021.
  19. "Bakı paradında türk əsgəri rüzgarı". 2022-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-20.
  20. ""TEKNOFEST Azərbaycan" festivalında aviaşou keçirildi". 2022-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-20.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]