Qızıl Patron

Qızıl Patron (fr. Cartouche Doré) Fransa Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. 1989-cu ildə qurulmuşdur. Fransa Hərbi Hava Qüvvələrinə məxsus yeganə pərli təyyarələr idarə edən aerobatika komandasıdır. Yalnız bir aviaşou nəzərdə tutan komanda insanlarda xoş təəssürat yarandığını görüb, uçuşlara davam etdi. Əvvəlcə komanda qeyri-rəsmi idi və ildə 12 aviaşou həyata keçirirdi.[1]

Qızıl Patron
Növü Aerobatika komandası
Yaranma tarixi 1989 (1989) - Günümüz(Fəaliyyət göstərir)
1995 (1995) (Rəsmi) - Günümüz(Fəaliyyət göstərir)
Ölkə Fransa
Tabedir Fransa Hərbi Hava Qüvvələri
Rəngləri Tünd göy, ağ, qızılı
            
Təchizatı Socata TB 30 Epsilon
cartouche-dore.fr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1994-cü ildə Neptun əməliyyatının ildönümündə komanda 2012-ci ilə qədər istifadə olunan ağ, mavi və sarı rəngli dizaynını təqdim etdi.

1995-ci ildə komanda rəsmiləşdi və Fransa Hərbi Hava Qüvvələrinin bir qolu oldu.

1996-cı il 20 sentyabr tarixində komanda 100-cü ictimai uçuşunu həyata keçirdi.

2012-ci ildə təyyarələr tünd göy, ağ və qızılı rənglərdən ibarət yeni dizayn aldı.[2]

  1. "Arxivlənmiş surət". 2022-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-31.
  2. "Arxivlənmiş surət". 2019-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-31.