Vətənpərvərlər (ing. Patriots Jet Team) Amerika Birləşmiş Ştatlarının qərbində hava şouları ilə çıxış edən mülki aerobatika komandasıdır. Şou zamanı 6 ədəd Aero L-39 Albatros təyyarəsi istifadə olunur. Komandanın bazası Kaliforniyada yerləşir.
Vətənpərvərlər | |
---|---|
Növü | Aerobatika komandası |
Yaranma tarixi | 2003 | - Günümüz
Ölkə | ABŞ |
Tərkibi |
7 pilot 25 texniki işçi |
Rəngləri |
Tünd göy, qırmızı, ağ |
Təchizatı |
Aero L-39 Albatros MiQ-17 Rockwell Sabreliner 60 |
patriotsjetteam.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Komanda 2003-cü ildə iki L-39 təyyarəsi ilə uçuş nümayişlərinə başladı. 2004-cü ilin hava şousu mövsümündə komandaya üçüncü L-39 əlavə edildi. 2006-cı ildə daha bir təyyarə əlavə olundu. 2010-cu ildə təyyarələrin sayı 6-ya çatdırıldı. Komanda 25-dən çox könüllüdən ibarət texniki heyət tərəfindən dəstəklənir.
Pilotlardan bəziləri Mavi Mələklər, Thunderbirds, Snowbirds kimi məşhur aerobatika eskadronlarının köhnə pilotlarıdır.
Təyyarə | Missiyası | Sayı | Qeyd |
---|---|---|---|
Aero L-39 Albatros | Aerobatika | 7[1] | |
MiQ-17 | Aerobatika | 2[2] | |
Rockwell Sabreliner 60 | Aerobatika, Dəstək, Təlim | 1[3] |