Tüstü Eskadronu

Aerial Demonstration Squadron (port. Esquadrão de Demonstração Aérea)(azərb. Hava Nümayişi Eskadronu‎) başqa adıyla Smoke Squadron (port. Esquadrilha da Fumaça)(azərb. Tüstü Eskadronu‎) kimi tanınan, Braziliya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Hal-hazırda aviaşoular zamanı Embraer EMB 312 Tucano təyyarələrindən istifadə olunur.

Tüstü Eskadronu
Loqonun şəkli
Növü Aerobatika komandası
Yaranma tarixi 14 may 1952 (1952-05-14) - Günümüz
Ölkə
Tabedir Braziliya Hərbi Hava Qüvvələri
Rəngləri Yaşıl, sarı, göy
            
Təchizatı Embraer EMB 312 Tucano
esquadrilhadafumaca.com.br
fumaca.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi[redaktə | mənbəni redaktə et]

Komanda ilk ictimai uçuşunu 1952-ci il 14 may tarixində T-6 Texan təyyarələri ilə həyata keçirmişdir.[1] Həmin təyyarələr 1968-ci ildə komanda yenidən qurulana qədər istifadə olunmuşdur. Komanda 1977-ci ildə ləğv olunmuş, 1983-cü ilin 8 dekabr tarixində isə yenidən qurulmuşdur. Həmin dövrdə T-25 Universal təyyarələrindən istifadə olunmağa başladı. Daha sonra isə bu təyyarələr Embraer EMB 312 Tucano ilə əvəz olundu. O vaxtdan təyyarələrin qırmızı rəngi, göy rənglə əvəz olundu.


İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Esquadrão de Demonstração Aérea Histórico". 2022-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-20.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]