PDA (cib kompüteri)

Palm TX

PDA — (ing. Personal Digital Assistant, PDA — "fərdi cib kompüteri") —geniş funksional imkanlara malik olan portativ hesablama qurğusudur. Əvvəlcə PDA orqanayzer kimi istifadə üçün nəzərdə tutulmuşdur. Klassik PDA-da zəng etmək xidməti yoxdur. Buna görə də hal-hazırda klassik PDA-lar mobil rabitə funksiyası olan smartfonarla əvəz olunmuşdur. İngilis dilində "cib kompüteri" söz birləşməsi (Pocket PC) Microsoft firmasının ticarət markasıdır, yəni yalnız PDA növlərindən birinə aiddir, amma qurğuların bütün sinfini ifadə etmir. İngilis dilində bu tip qurğuların bütün sinfi üçün PDA abreviaturu istifadə olunur.

PDA ixitirasının dəqiq tarixi məlum deyil. Ancaq onu demək olar ki, cib kompüterləri ideyası 1970–1990-cı illərdə meydana gəlmişdir. ilk illərdə yalnız proqramlaşdırılan kalkulyatorlardan ibarət olan PDA daha sonralar videoya baxmağa və internetə girməyə imkan verən rəngli PDA qurğuları ilə əvəz olunmuşdur. Bu dövrdə təxminən 10 yeni əməliyyat sistemi və 100-ə yaxın PDA qurğusu istehsal edilmişdir. Orijinal termin ilk dəfə 7 yanvar 1992-ci il John Sculley tərəfindən Las-Veqasda Consumer Electronics Show sərgisində Apple Newton üçün istifadə edilmişdir. Lakin Apple Newton-dan əvvəl də PDA xüsusiyyətlərinə malik ola biləcək cihazlar var idi (Psion ve Sharp Wizard kimi). PDA-ların geniş yayılması Palm şirkəti tərəfindən 1996-cı ildə istehsal olunmuş PalmPilotla başlamışdır. Palmın ilk modeli qısa müddətdə PDA bazarının ən məşhur məhsulu oldu.90-cı illərin sonlarında Microsoft tərəfindın istehsal olunan Pocket PC adı ilə təqdim olundu. Microsoft şirkəti üçün ilk pocket pc HTC tərəfindən hazırlanmışdır.

Əməliyyat sistemləri

[redaktə | mənbəni redaktə et]

Stolüstü kompüterlərdən fərqli olaraq əksər PDA-ların öz xüsusi əməliyyat sistemi olur.

Hazırda PDA-lar üçün olan əsas ƏS-ləri bunlardir;

Həmçinin digər ƏS-ləri də tətbiq olunur:

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]