Parlaq İmzalar

Parlaq İmzalar — Azərbaycanda fəaliyyət göstərən nəşriyyat.

Parlaq İmzalar
Parlaq İmzalar MMC
Loqonun şəkli
Parlaq İmzalar nəşriyyatının rəsmi loqosu
Ölkə Azərbaycan Azərbaycan
Status Fəaliyyətdədir
Yaranma tarixi 8 mart 2013 (10 il əvvəl) (2013-03-08)
Qurucu Nurman Tariq[1]
Qərargah Bakı
Janr Elmi, bədii, dini, fəlsəfi, əxlaqi və s.
Sayt www.parlaqimzalar.az

Haqqında[redaktə | mənbəni redaktə et]

"Parlaq İmzalar" Nəşriyyatı 3 mart 2013-cü ildə yaranmışdır.

2015-ci ildən ATV kanalı ilə ATV Kitab layihəsinə start verilib.[2]

“ATV Kitab” seriyasının “Parlaq imzalar”la birgə layihəsi çərçivəsində 2016-cı ildə silsilənin növbəti 4-cü nəşri - “Səsindən tanıdılar payızı” klassik yapon şeiri antologiyası ilə bir çox məşhur yapon orta əsr şairlərinin özlərinə ustad saydıqları tanınmış yapon şairi Saygyonun (1118-1190) müəllifi olduğu tankalar - beşliklər də Azərbaycanda ilk dəfə olaraq oxuculara məhz bu topluda təqdim edilir.[3] 2016-cı ilin fevralında Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan” klubunda antologiya təqdim olunub. Kitabın təqdimatında Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin və "ATV Kitab” layihəsinin rəhbəri Səlim Babullaoğlu, AYB-nin sədri, Xalq yazıçısı Anar, "Dünya Ədəbiyyatı” jurnalının baş redaktoru Seyfəddin Hüseynli, Yaponiyanın Azərbaycandakı səfirinin I katibi Kinqa Kobayaşi, antologiyanın tərcüməçisi Cəmşid Bəxtiyar və b. çıxışlar ediblər.[4]

2020-ci ildə “Hər uşağın kitab dostu ol” layihəsini həyata keçirib.[5]

Nəşriyyat 2021-ci ildə yaradılan “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin (ANAİB) həmtəsisçisidir. Təsis iclasında həmçinin İdarə Heyətinin yekdil qərarı ilə “Parlaq İmzalar” Nəşriyyatının direktoru Nurman Tariq sədrin müavini seçilib.[6]

2023-cü ildə azərbaycanlı manasşünas alim, tanınmış şair Adil CəmilinManas eposu və türk dastançılıq ənənəsi” kitabı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Azərbaycan və qırğız dillərində çap edilib. “Parlaq imzalar” nəşriyyatında işıq üzü görən kitab Azərbaycanda “Manas” eposunun tədqiqinə həsr edilmiş ilk monoqrafiyadır.[7]

ATV Kitab[redaktə | mənbəni redaktə et]

Əsas məqalə: ATV Kitab

17 oktyabr, 2015-ci ildə Azad Azərbaycan Müstəqil Teleradio şirkəti ilə Parlaq İmzalar nəşriyyatı arasında əməkdaşlıq memoarandumu imzalanaraq "ATV Kitab" layihəsinə start verilib.[8][9]

9 mart, 2015-ci il tarixində Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi ilə əməkdaşlıq memorandumu imzalanmışdır. Memorandumun şərtlərinə görə Bakı şəhərində və paytaxtın rayonlarında uşaq, yeniyetmə və gənclərlə görüşlərin keçirilməsi, onların bədii ədəbiyyata və mütaliəyə marağının artırılması məqsədi ilə müxtəlif mədəni tədbirlərin təşkili çərçivəsində “ATV Kitab” layihəsinə daxil olan nəşr nümunələrinin alınıb gənc oxuculara çatdırılması nəzərdə tutulub. Layihə çərçivəsində 27 may 2016-cı il tarixinə kimi 7 kitab nəşr olunub.[10]

5 iyul, 2016-cı il tarixində də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi ilə Azad Azərbaycan MTŞ arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən Parlaq İmzalar nəşriyyatında çap olunmuş “Bartlbi və çevrəsi”, “Səsindən tanıdılar payızı”, “Dədə Qorqud”, “Tənha”, “Alman malı”, “Azəristan ölkəsi” adlı ilk kitabların təqdimat mərasimi keçirilib.[11][12]

Nəşrlər[redaktə | mənbəni redaktə et]

  1. Anam üçünİlqar Kamil[13]
  2. Balaca şahzadəAntuan de Sent-Ekzüperi[14]
  3. Qara qutuElvin Paşa[15]
  4. HüdudsuzNik Vuyiçiç[16]
  5. Haqq-batil savaşıMürtəza Mütəhhəri[17]
  6. Sonuncu PayızVüsal Kamil[18]
  7. LeylaAleksandra Kavelius[19]
  8. Bir şəhidin izi ilə — İlqar Kamil
  9. Modern insan və TanrıBaqir Sədr[20]
  10. BuqələmunÜlviyyə Tahir[21]
  11. DuaƏli Şəriəti / Aleksis Karrel[22]
  12. Ayrılıq — İlqar Kamil[23]
  13. DirilməLev Tolstoy[24]
  14. Teizm seminarlarıMürtəza Mütəhhəri[25]
  15. Malkolm X — Rəcəb Şəntürk[26]
  16. Səmavi mesajlar — İlqar Kamil[27]
  17. Evlilərin kitabıYusif Qulami[28]
  18. Xəstəxanada görüşAminə Sədr (Bintül-hüda)[29]
  19. Uşaqlı ailə üçün hər şeyHüseyn Dehnəvi[30]
  20. Ey ata, ey ana, biz günahkarıq — Əli Şəriəti[31]
  21. Həyatın hədəfi — Mürtəza Mütəhhəri[32][33][34]
  22. Qadın kişi münasibətləri — Yusif Qulami[35][36]
  23. Sağlam və saleh övlad — Məsumə Şahmərdanlı[37][38]
  24. Kamil insan — Mürtəza Mütəhhəri[39][40]
  25. Etiraf — Lev Tolstoy[41]
  26. Sol ayağımKristi Braun
  27. Fitrət anlayışı – Mürtəza Mütəhhəri
  28. İslam və XX əsr mədəniyyətiMusa Sədr
  29. BoğuluramCorc Oruell
  30. Gecə saat üçdür və mən səni sevirəm - Ruzbeh Məmməd
  31. Mən sərçə deyiləmMustafa Məstur
  32. EndorfinRəşad Nağı Mustafa
  33. Məlalə mənəmMəlalə Yusifzey
  34. QalaqurmaAzər Elşadoğlu
  35. TuflinlərAmin Sükut
  36. Materializmə yönəlmənin səbəbləri – Mürtəza Mütəhhəri
  37. Sözünə güvənRəşad Bayramov
  38. Zamanın daha qısa tarixiStiven Hokinq
  39. Conatan Livinqston adlı qağayıRiçard Bax
  40. Abşeron yarımadamıRamil Əhməd

ATV Kitab[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ""Axı insanımızın beyni də qidalanmalıdır, yalnız qarın haqda düşünmək olmaz"". www.yeniavaz.com (az.).
  2. ""Parlaq İmzalar"a start verildi MANERA.AZ". Manera.Az (az.). İstifadə tarixi: 2023-09-18.
  3. "Yapon şeiri antologiyası..."
  4. "Azərbaycan oxucuları "Səsindən tanıdılar payızı"".
  5. ""Parlaq imzalar" nəşriyyatının "Hər uşağın kitab dostu ol." layihəsinin tərəfdaşı olaraq çıxış etdik".
  6. ""Azərbaycan Nəşriyyatları" İctimai Birliyi yaradıldı". sabah.az (az.). İstifadə tarixi: 2023-09-18.
  7. "Kitab rəfi". Xalqqazeti.az (az.). İstifadə tarixi: 2023-09-18.
  8. ""ATV Kitab" layihəsinə "Parlaq İmzalar"la start verildi" (az.)). video.atv.az. 2015-10-19. 2016-08-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-07-17.
  9. ""ATV kitab" layihəsinə "Parlaq imzalar"la start verildi" (az.)). news.milli.az. 2015-10-19. 2016-08-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-07-17.
  10. "Vaqif Səmədoğlunun "Gürzəçöl yazıları"- "ATV Kitab" seriyasında "Parlaq imzalar"la" (az.)). ayb.az. 2016-05-27. 2016-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-17.
  11. "Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi ilə "ATV Kitab" layihəsinin əsasında nəşr olunmuş ilk kitabların təqdimatı keçirilib" (az.)). /mct.gov.az. 2016-07-05. 2016-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-17.
  12. Джани Бабаева. "ATV Kitab: в Баку презентованы книжные издания (ФОТО)" (rus.)). trend.az. 2016-07-05. 2016-08-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-07-17.
  13. "Anam üçün - İlqar Kamil". 2019-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-07.
  14. Balaca Şahzadə - Antuan dö Sənt Eqzüperi
  15. Qara qutu — Elvin Paşa
  16. Hüdudsuz - Nik Vuyiçiç
  17. "Haqq-batil savaşı — Mürtəza Mütəhhəri". 2016-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-07.
  18. Sonuncu payız — Vüsal Kamil
  19. "Leyla — Aleksandra Kavelius". 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-07.
  20. Modern insan və Tanrı — Baqir Sədr
  21. Buqələmun — Ülviyyə Tahir
  22. Dr.Əli Şəriəti / Dr.Aleksis Karrel — Dua
  23. Ayrılıq — İlqar Kamil
  24. Dirilmə — Lev Nikolayeviç Tolstoy
  25. "Teizm seminarları — Mürtəza Mütəhhəri". 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-07.
  26. Malkolm X — Dr. Rəcəb Şəntürk
  27. Səmavi mesajlar — İlqar Kamil
  28. Evlilərin kitabı — Dr. Yusif Qulami
  29. Xəstəxanada görüş — Aminə Sədr (Bintül-hüda)
  30. Uşaqlı ailə üçün hər şey — Dr. Hüseyn Dehnəvi
  31. Ey ata, ey ana, biz günahkarıq — Dr. Əli Şəriəti
  32. "Həyatın hədəfi — Mürtəza Mütəhhəri". 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-07.
  33. “Parlaq İmzalar” nəşriyyatı “Həyatın Hədəfi” kitabını təqdim etdi[ölü keçid]
  34. "Parlaq imzalar" nəşriyyatı yeni kitab nəşr edib
  35. Qadın kişi münasibətləri — Dr. Yusif Qulami
  36. “Parlaq İmzalar” nəşriyyatı “(Elmi və psixoloji aspektdən) Qadın-kişi münasibətləri” adlı yeni kitab nəşr edib[ölü keçid]
  37. Sağlam və saleh övlad — Məsumə Şahmərdanlı
  38. “Sağlam və saleh övlad” kitabının VII nəşri işıq üzü görüb[ölü keçid]
  39. "Kamil insan — Mürtəza Mütəhhəri". 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-07.
  40. Ustad Şəhid Mütəhhərinin “Kamil insan” kitabı nəşr olunub[ölü keçid]
  41. Etiraf — Lev NIkolayeviç Tolstoy
  42. Tənha — Avqust Strindberq
  43. Azəristan ölkəsi — Vintsas Kreve
  44. Alman malı — Mirmehdi Ağaoğlu
  45. Səsindən tanıdılar payızı — Klassik yapon şeiri
  46. "Dədə Qorqud dastanları". 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-07.
  47. "Bartlbi və çevrəsi – Enrike Vila Matas". 2023-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-07.
  48. Gürzəçöl yazıları
  49. Tanrının ay üzündən öp - Mustafa Məstur

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]