Mirdamət Bağıyev

Mirdamət Səristan oğlu Bağıyev (15 noyabr 1986, Şamaxı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Aprel döyüşlərininİkinci Qarabağ müharibəsinin qazisi, Vətən Müharibəsi Qəhrəmanı.

Mirdamət Bağıyev
Şəxsi məlumatlar
Doğum tarixi (38 yaş)
Doğum yeri Şamaxı rayonu, Azərbaycan SSR
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2003—
Rütbəsi Mayor
Döyüşlər Aprel döyüşləri
İkinci Qarabağ müharibəsi
 • Madagizin azad edilməsi
Təltifləri
"Vətən Müharibəsi Qəhrəmanı" medalı
"Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2016 "İgidliyə görə" medalı — 2019 "Suqovuşanın azad olunmasına görə" medalı — 2020 "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı

Mirdamət Bağıyev 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq AzərbaycanErmənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər istiqamətində gedən şiddətli Aprel döyüşləri zamanı Ermənistan Ordusunun 7 ədəd tankını, 1 ədəd Piyadanın Döyüş Maşınını (PDM), 1 ədəd Komandir maşının və 1 ədəd hərbi nəqliyyat vasitəsini məhv etmişdir.

2020-ci il sentyabrın 27-dən noyabrın 10-na qədər davam edən İkinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak etmiş, düşmənin bir neçə hərbi texnikasını və canlı qüvvəsini məhv etmişdir. Göstərdiyi şücaətlərə görə ölkə başçısı tərəfindən təltif edilmişdir.

Mirdamət Bağıyev 1986-cı il noyabrın 15-də Şamaxı rayonunun Poladlı kəndində anadan olmuşdur.

Mirdamət Bağıyev 1992-ci ildə M. Kərimov adına Poladlı hənd tam orta məktəbinin birinci sinfinə qəbul olmuşdur və 2003-cü ildə oradan məzun olmuşdur. Daha sonra o, 2003-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məhtəbinə (AAHM) qəbul olmuşdur. Mirdamət Bağıyev 2007-ci ildə ali hərbi təhsilini "yerüstü artilleriya" ixtisası üzrə başa vurmuşdur. Ardınca isə o, 2007-ci ildən 2009-cu ilə qədər Silahlı Qüvvələrin Təlim Tədris Mərhəzində (TTM) dinləyici olmuşdur.

Mirdamət Bağıyev ailəlidir. 2 övlad atasıdır.

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

Mirdamət Bağıyev 2009-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonu ərazisində yerləşən "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmət etməyə başlamışdır.

Aprel döyüşləri

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Aprel döyüşləri

2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq AzərbaycanErmənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin TərtərCəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə "Aprel döyüşləri" olaraq yazılan hərbi əməliyyatlar zamanı Mirdamət Bağıyev cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərdə savaşmışdır. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış kəndi istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur. Həmin döyüşlərdə Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun "yenilməz Ohanyan səddi" olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilmişdir.

Mirdamət Bağıyev öz heyəti ilə birgə aprelində 1-dən 2-nə ötən gecə Azərbaycan Ordusunun Komandanlığı tərəfindən döyüş əmri gələndən sonra tankların arxasınca İncəçay çayı istiqamətindən Ermənistan Ordusunun mövqelərinə tərəf irəlləməyə başlamışdır. Mirdamət Bağıyev öz heyəti ilə birgə səddi yaran tankın arxasınca irəlləmişdir. Səddi ötəndən sonra Bağıyevin heyətinə cinahlardan da atəş açılmağa başlanmışdır. Mirdamət Bağıyev də qarşı tərəfin atəş açdığı mövqeləri susdurmaq məqsədi ilə avtomatdan atəş açmışdır. Döyüş zamanı arxa tərəfə çevrilən zaman o, sol qolun güllə dəymişdir. 5,45 x 39 millimetrli aşağı impulslu güllə onun sol qolundan girib, kürəyindən çıxmışdır. Güllənin təsirindən yerə yıxılan Mirdamət Bağıyev, əsgərlərin ruhdan düşməməsi üçün tez ayağa qalxmış və yaralanmağını onlara bildirmədən döyüşə davam eləmişdir. Ancaq bir müddət sonra onun ağrıları çoxalmışdır. Qanaxma da dayanmadığı üçün o, heyət nəfərindən olan hərbi qulluqçundan dəsmal istəmişdir və dəsmalla qanaxmanı azaltmışdır. Yalnızca lazımi mövqelərə çatdıqdan sonra Mirdamət Bağıyevə tibbi yardım göstərilmişdir.

Əlverişli nöqtələrdə mövqelənəndən sonra Mirdamət Bağıyev "SPAYK" Tanh Əleyhinə İdarəolunan Rahetlə uğurlu atəşlərə başlamışdır. Əvvəlcə o, Ermənistan Ordusunun Komandir maşınını müşahidə eləmişdir. Həmin maşına bir neçə nəfər zabitin mindiyini və maşının tam dolmasını müşahidə edəndən sonra birinci atəşi reallaşdırmışdır. Atəş düz maşının ortasına olmuşdur və nəticədə maşın darmadağın olmuşdur. Bundan sonra Ermənistan Ordusnun ərazidən qaçan şəxsi heyətinin yığışdığı maşın müşahidə edən Mirdamət Bağıyev, 25 nəfərin həmin maşına mindiyinə müşahidə edəndən sonra atəş açmışdır. Həmin atəş də qurğunun texnoloji yardımı ilə düz maşının ortasına olmuşdur və maşın parça-parça olaraq ətrafa səpələnmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2019-cu il tarixli Sərəncamına əsasən Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə mayor Mirdamət Səristan oğlu Bağıyev "İgidliyə görə" medalı ilə təltif edilmişdir.

Vətən müharibəsi

[redaktə | mənbəni redaktə et]

2020-ci il sentyabrın 27-də səhər saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribat törədilmişdir və cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, minaatnalar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulmuşdur, nəticədə ölənlər və yaralananlar olmuşdur.[1] Bu barədə məlumat Azərbaycan Prezidenti İlham Əliyevə bildiriləndən sonra günorta saatlarında Ermənistan Silahlı Qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən cəbhəboyu zonada hücum əməliyyatlarının başlaması barədə qərar verilmişdir.[2]

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirdamət Bağıyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.[3]

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirdamət Bağıyev "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]

Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.

  1. Müdafiə Nazirliyi. "Ermənistan Silahlı Qüvvələri bütün cəbhə boyu genişmiqyaslı təxribat törədib". www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 27.09.2020. 2020-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.09.2020.
  2. Müdafiə Nazirliyi. "Bütün cəbhə boyu qoşunlarımız hücum əməliyyatına başlayıb". www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 27.09.2020. 2020-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.09.2020.
  3. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı" (az.)). 09.12.2020. 2020-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08.12.2020.
  4. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı" (az.)). 29.12.2020. 2020-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
  5. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı" (az.)). 29.12.2020. 2021-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.