Prince of Persia: The Sands of Time (azərb. Fars şahzadəsi: Zamanın qumları) — Ubisoft oyun şirkəti tərəfindən 2003-cü ildə yaradılan macəra oyunudur.[2] "Prince of Persia: The Sands of Time" oyunu "Sands of Time" seriyasının orijinal üç oyunundan birinci epizodudur. Ubisoft firması tərəfindən 6 noyabr 2003-cü il tarixində satışa çıxan oyun Xbox, Nintendo GameCube, PlayStation 2 və Microsoft Windows platformaları üçün hazırlanmışdır.
Prince of Persia: The Sands of Time | |
---|---|
| |
Hazırlayan | Ubisoft Montreal |
Yayımlayan |
Ubisoft SCEJ |
Distribüterlər | Ubisoft |
Seriya | Prince of Persia |
Anons tarixi | Ubisoft 2003 |
Buraxılış tarixi |
PlayStation 2 4 noyabr 2003 12 noyabr 2003 4 noyabr 2003 2 sentyabr 2004 Xbox 12 noyabr 2003 12 noyabr 2003 20 fevral 2004 Gamecube 18 noyabr 2003 20 fevral 2004 Game Boy Advance 30 oktyabr 2003 30 oktyabr 2003 14 noyabr 2004 Computer 30 noyabr 2003 5 dekabr 2003 30 noyabr 2003 2 dekabr 2004 |
Janrlar | Action/Adventure |
Texniki məlumat | |
Platformalar |
PlayStation 2 Mobil telefon Microsoft Windows |
Oyun rejimləri | Birnəfərli oyun |
İnterfeysin dili | ingilis dili[1], rus dili |
Daşıyıcılar |
CD DVD Steam |
İdarəetmə |
Geympad klaviatura maus |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Oyunun hekayəsi və xarakterləri öz qaynağını 1989-cu ildə Amerikalı oyun prodüseri Cordan Mexner tərəfindən inkişaf etdirilən Prince of Persia ardıcıllığından alır və baş qəhrəman ilə atasının, fəth etdikləri bir ölkədən aldıqları və zamanın idarəsini təmin edən sehrli qumların verəcəyi mənfi nəticələrini təxmin etmədən dünyaya salmalarını və ardınca qəhrəmanın qumları təkrar yığaraq baş verən hadisələri geriyə çevirmə hekayəsi mövzu edilir.
Həm kritik baxımdan, həm də satış rəqəmləri baxımından böyük nailiyyətlər əldə edən[3][4][5][6] bu oyuna, eyni üçləmənin parçası olmaları üzrə iki davam oyunu əlavə edilmişdir: Prince of Persia: Warrior Within və Prince of Persia: The Two Thrones. Bu oyunun hekayəsindən yola çıxan və baş rolunda Ceyk Cillenholun oynadığı eyniadlı filmi çəkilmişdir. Film 28 may 2010 tarixində satışa çıxarılmışdır[7]. "Prince of Persia: The Sands of Time" videooyununun hekayə filmin hekayəsi eynidir.
İran şahı Şahraman Maxaraca qalasını tutmaq üçün oğlu ilə birlikdə Hind diyarındakı Azad ölkəsinə doğru səfərə çıxır. Vəzirin köməyi ilə paytaxtı ələ keçirib, yağmalayandan sonra Şahraman sarayın xəzinələri arasında içi parlaq qumlarla dolu olan nəhəng bir "Qum saatı" tapır. Bu zaman saraya çatan Şahzadənin qəribə bir xəncər gətirdiyini görən Vəzir, bu xəncəri ondan götürmək istəyir. Xəncərin və qumların xüsusiyyətini bilən Vəzir Şahzadəni aldadır və xəncəri istifadə edərək Qum saatını açdırır. Sərbəst qalan həmin qumlar, sarayı fəlakətə uğradır və yayıldığı yerlərdə, canlıları qorxunc Qum canavarlarına çevirir. Bu fəlakətdən Şahzadə döyüşdə əsir düşən Farahın tilsimli medalyonunun sayəsində xilas olur. Lakin Şahzadənin atası "Qum canavarına" çevrilmişdir.
Bu hadisədən sonra Şahzadə şəhərdən çıxış yolunu axtararkən sehrli Qum saatının, bir neçə "Qum canavarları" tərəfindən mərkəzi qülləyə daşındığını görür. Ardınca fəlakətdən sonra qarşılaşdığı Farah, ona vəzirin planlarını izah edir. Məlum olur ki, Vəzir ölümsüz olmaq məqsədilə Qum saatından istifadə etmək arzusuna düşür. Onun bu arzusuna çatmaması üçün qarşısını almaq lazımdır. Xarabalıqlar arasından qülləyə çatmağa çalışdıqları sırada şahzadə və Farah gedərək yaxınlaşarlar. Lakin Şahzadə atası Şahramanla birlikdə Farahın ölkəsini işğal etmiş, atasını və bu ölkədə yaşayan insanları öldürmüşdü. Bu səbəbdən Farahın ondan qisas almaq məqsədilə Zamanın xəncərini ona qarşı işlədəcəyindən şübhələnən Şahzadə yenidən yoluna davam edir. Nəhayət, Qum saatının yerləşdiyi qülləyə çatdıqları zaman Şahzadə xəncərini Qum saatına vurmaqdan istəyir. Lakin Şahzadə bir az tərəddüd edir. Bu tərəddüd isə onlara baha başa gəlir. Vəzir onlara yetişir və cadu edərək Şahzadə ilə Farahı xarabalıqlar ətrafında yerləşən qəbiristanlığa göndərir.
Burada Farah Şahzadəyə bu sözləri söyləyir: "Kakulukiyam". Bu zaman Farah və Şahzadə məzarda bir-birlərini itirirlər. Nəhayət, labirint yollardan keçərək Şahzadə Farahı tapır. Bir müddət sonra Şahzadə yuxuya gedir və ayılan zaman Farahın onun xəncərini götürdüyünü və Qum saatının geri dönməsi üçün təkbaşına getdiyini başa düşür. Getmədən əvvəl Farah Şahzadəyə qumlardan təsirlənməməsi üçün medalyonunu onun yanına qoymuşdu. Ayılandan sonra vaxt itirmədən qüllənin yolunu axtaran Şahzadə, Qum saatının yerləşdiyi otağa çatır və Farahı bir qrup Qum canavarıyla döyüşərkən görür. Lakin zamanında yetişə bilmir və Farahın öldüyünü görür. Bu hadisədən qəzəblənən Şahzadə Vəziri yerə yıxaraq xəncərini Qum saatına vurur. Beləliklə, Qum saatı zamanı geri döndərir. Şahzadənin atası və dostu Farah yenidən peyda olurlar. Şəhərlər işğal olunmamış və heç bir fəlakət baş verməmişdir. "Zamanın xəncəri" Şahzadədə olduğundan, əvvəlki vəziyyətində qalır.
Ardınca Şahzadə işğaldan əvvəlki döyüş düşərgəsində əlində xəncərlə oyanır. Şahzadə qarşıdan gələn fəlakətləri gördüyü üçün ordusundan əvvəl gizlicə saraya girir və Farahın otağına çatır. Baş verən hadisələr geriyə döndüyü üçün Farah Şahzadəni xatırlamır. Şahzadə ona gələcəkdə baş verən hadisələri izah edir və Vəzirin xəyanətini ona xəbər verir. Bu zaman Vəzir otağa daxil olur və Şahzadəni görür. Vəzir Şahzadənin Fars casusu olduğunu söyləyərək şahzadəyə hücum edır. Farah vəzirə dayanmasını söyləyır, lakin bu zaman vəzir onun əmrini rədd edir. Qısa müddətdən sonra Şahzadə Vəziri öldürür. Farah, Vəzirin xain olduğunu başa düşür, lakin Şahzadəni yenə də xatırlamır. Şahzadə, Zamanın xəncərini ona verir və Danışdığı hekayəni isə Vəzirin xəyanətkarlığının sübutu olaraq uydurduğunu söyləyir. Ayrılmazdan əvvəl Farah təşəkkür edir və bu zaman Şahzadə Farahı öpür. Farah isə ondan uzaqlaşaraq, Şahzadəyə etdiyi minnətdarlığın bu səviyyədə olmadığını bildirir. Şahzadə Farahın sözləri başa düşərək, zamanı yenidən Farahın ona təşəkkür etdiyi vaxta qaytarır və balkondan ağaca tullanır. Bu zaçam Farah ondan adını soruşur. Şahzadə isə ona "Məni sadəcə Kakulukiya adlandırın" söyləyərək macəralar axtarışına çıxır.
"Prince of Persia: The Sands of Time" oyunu "Prince of Persia" oyun seriyalarından fərqlənir. Bunun əsas səbəbi qrafikdə, dizaynda, akrobatik hərəkətlərdə, çoxlu tələlərin olmasındadır. Oyun 3D qrafiki ilə qurulmuşdur. Əsas qəhrəman xəncərlə vuruşa, divarlarla qaça bilər. Bundan əlavə oyunda tələlərdən başqa bir neçə ağıldüşündürən yerlərdə vardır. Yalnız bu ağıldüşündürən oyunları keçdikdən sonra digər raunda keçmək mümkündür. Şahzadənin "Zaman xəncəri" silahından başqa yeganə silahı şəxsi qılıncıdır. Bu silah bütün orijinal oyunlarında olduğu kimidir. Raunddan raunda Şahzadə silahlarını dəyişdirir. Dəyişdirilmiş yeni silahların qüvvəsi əvvəlkilərinə nisbətən güclü olur. Həmin güclənmiş silahlar zədələnmiş divarı sındırmaq qabiliyyətinə malikdir. Bu silahlar Şahzadəyə böyük güc vermir. Şahzadənin sonuncu silahı olan "Sword of the Enlightened Warrior" silahını onun "Qum saatı"nı əldə etmədən götürə bilər. Bu silah rəqiblərin bloklarını sındırır və onları bir zərbəyə öldürür. Oyunda göstərilən "Qum saatı" Şahzadəyə vaxtı idarə etməyə imkan verir. "Qum saatı" aşağıdakı imkanları verir:
Oyunda çoxlu düşmənlər vardır. Bu düşmənlərin çox zombilərdir. Şahzadə "Qum saatı"ndakı qumları buraxdıqdan sonra ətrafdakıların hamısı zombiyə dönür. Şahzadə döyüşərdən zombilərin sırasında atasına da rast gəlir. Əlacsız qalan Şahzadə onu öldürməyə məcbur olur. Şahzadənin bir çox düşmənlərini öldürməsində Farah ona böyük köməklik göstərir. Oyunda göstərilən düşmən personajları aşağıdakılardır:
Peşə | Ad | Qeydlər |
---|---|---|
Musiqi | Stüart Çetvud | "The Sands of Time" videooyun seriyalarının musiqilərini hazırlamışdır |
Art-Rejissor | Rafael Lakoste | Videooyunun rəssamçı rejissorudur |
Animasiya Art-Rejissoru | Aleks Drouin | Videooyunun rəssamçı rejissorudur |
Proqramçı | Klod Lanqle | Videooyunu hazırlayandır |
Ssenariya | Cordan Mexner | Orijinal "Prince of Persia" oyunlarının ssenarilərini yazmışdır |
Raund Dizaynı | Devid Çotonosef | Videooyunun raundlarını hazırlamışdır |
Oyun Prodüseri | Yannis Mallat | "The Sands of Time" videooyun seriyalarına prodüserlik etmişdir |
Rejissor | Patris Desilets | Videooyunun rejissorudur. |
Prince of Persia: The Sands of Time Original Soundtrack — Ubisoft oyun kompaniyası tərəfindən 9 noyabr 2003-cü ildə istehsal edilmişdir. Oyunda olan saundtreklər hal-hazırda fəaliyyət göstərməyən Kanadanın rok janrında ifa edən "The Tea Party" musiqi qrupunun əsasını qoyanlardan biri Stüart Çetvud tərəfindən hazırlanmışdır. Çünki həmin musiqi qrupu Rok ilə Hind musiqilərinin qarışığını ifa edirlər. Bu albomun musiqi cədvəli aşağıdakı kimidir:
Treklərin siyahısı | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
№ | Başlıq | Müddət | |||||||
1. | Welcome to Persia | 1:02 | |||||||
2. | Introducing the Prince | 1:39 | |||||||
3. | Call to Arms | 0:39 | |||||||
4. | Prelude Fight | 1:34 | |||||||
5. | A Dagger Is Found | 0:36 | |||||||
6. | A Princess Is Stolen | 1:08 | |||||||
7. | Behold the Sands of Time | 2:45 | |||||||
8. | Start Running | 0:28 | |||||||
9. | Discover the Royal Chambers | 1:57 | |||||||
10. | Dreamtime | 0:41 | |||||||
11. | A Question of Trust | 0:52 | |||||||
12. | Father Is That You? | 0:31 | |||||||
13. | Attack of the Sand Griffins | 1:15 | |||||||
14. | Don't Enter the Light | 2:02 | |||||||
15. | Enter the Royal Palace | 1:26 | |||||||
16. | A Long Way Up | 1:04 | |||||||
17. | A Vision | 0:07 | |||||||
18. | Royal Baths | 1:45 | |||||||
19. | A Bad Dream | 0:58 | |||||||
20. | Chaos in the Zoo | 1:44 | |||||||
21. | Lost in the Crypts | 1:47 | |||||||
22. | Farah Enlightens the Prince | 2:29 | |||||||
23. | A Brief Oasis | 0:59 | |||||||
24. | Awake | 0:36 | |||||||
25. | Trouble in the Barracks | 1:47 | |||||||
26. | Library | 1:42 | |||||||
27. | The Prince Hesitates... | 1:08 | |||||||
28. | Tower of Dawn | 1:34 | |||||||
29. | Farah Perishes | 1:10 | |||||||
30. | At What Cost | 0:22 | |||||||
31. | Reverse the Sands of Time | 3:03 | |||||||
32. | The Battle Begins | 0:17 | |||||||
33. | The Vizier Must Die | 0:59 | |||||||
34. | Finish the Vizier | 0:43 | |||||||
35. | Farewell Princess | 3:08 | |||||||
36. | Time Only Knows | 4:20 |
Şablon:Çox saylı konsollarda videooyun qiyməti
4e Game Developers Choice Awards
7e Interactive Achievement Awards
GameSpot 2003
E3 Game Critics Awards 2003
Imagina Games Awards 2004
Oyun Tasarım Excellence
Tənqidçi mükafatları
Ölkə | Çıxış tarixi | Adı |
ABŞ | 4 noyabr 2003 | Prince of Persia: The Sands of Time |
Avropa İttifaqı | 12 noyabr 2003 | Prince of Persia: The Sands of Time |
Kanada | 4 noyabr 2003 | Prince of Persia: The Sands of Time |
Yaponiya | 2 sentyabr 2004 | Prince of Persia: The Sands of Time |
Polşa | 12 noyabr 2003 | Prince of Persia: Piaski czasu |
Fransa | 12 noyabr 2003 | Prince of Persia : Les Sables du temps |
Rusiya | 2 dekabr 2004 | Принц Персии: Пески времени |
"Prince of Persia: The Sands of Time" oyunu "Game Boy Advance" platforması üçün versiyası vardır. Bu versiyanın hekayəsi fərqlidir. Hekayədə "Qum saatı" bütün saray əhlini zombiyə döndərməlidir. Şahzadə əvvəlki kimi onlarin hamısını xilas etməlidir. Oyun "Castlevania" (1986) oyun seriyalarına çox bənzəyir. Oyunçu nəinki Şahzadə uğrunda, həm də Farah uğrunda döyüşməlidir. Oyunundakı raundlar nisbətən çətindir. Raundlardakı musiqilər Qərb stilindədir. Bonuslar oyunda olduğu kimidir. Fərqli cəhət isə oyun raundlarında çoxlu akrobatik hərəkətlərin və tələlərin olmasıdır. Raundlarda çoxlu labirintlər və artefaktlar vardır.
2010-cu ildə "Prince of Persia: The Sands of Time" videooyununun əsasında Fars şahzadəsi: Zamanın qumları filmi çəkilmişdir. Filmin rejissoru Maykl Nyuelldir. Baş rollarda Ceyk Cillenhol, Cemma Arterton, Ben Kinqsli, Alfred Molina, Stiv Tussen, Tobi Kebbell, Riçard Koyl, Ronald Pikap, Ris Riçi və başqaları çəkilmişdir. Filmin məzmunu olduqca maraqlıdır. Gənc şahzadə Dastan hər zaman döyüşlərdə düşmənlərinə qalib gəlmiş, lakin məkrli saray xadiminin fitnə-fəsadı nəticəsində şahlığından məhrum olmuşdur. İndi Dastan vaxtı geri qaytara biləcək, öz sahibini dünya hökmranı edəcək qüdrətli və eyni zamanda sehrli bir əşyanı canilərdən oğurlamalıdır. Düşmənlərini dəf etməkdə ona soyuq silahla davranışın incəliklərinə yiyələnmə bacarığı və qeyri-adi akrobatika və ekvilibristika qabiliyyəti yardım edəcəkdir. Bu film olduqca böyük uğur qazanmışdır. Büdcəsi $150 milyon dollardır.[18] İlk dəfə dünya premyerası 9 may 2010-cu ildə baş tutub.