Qara şahzadə Eduard

Eduard VudstokQara şahzadə Eduard (ing. Edward of Woodstock; ing. Edward the Black Prince) (15 iyun 13308 iyun 1376, Vestminster sarayı, Böyük London regionu[d][2]) — İngiltərə kralı III Eduardın ən böyük oğlu və İngiltərə taxtının vəliəhdi. Ancaq atasından daha öncə öldüyü üçün atasından sonra taxta onun oğlu Riçard çıxarıldı. Buna baxmayaraq Eduard Yüzillik müharibədə iştirak edən ən önəmli hərbçilərdən biri və yaşadığı dövrün ən güclü cəngavərlərindən biri idi. 1337-ci ildə atası tərəfindən Kornvol hersoqu elan edildi. 1338, 1340 və 1342-ci illərdə atasının yoxluğunda ona naib olaraq krallığı idarə etdi. 1343-cü ildə Uels şahzadəsi elan edildi və 1346-cı ildə atası tərəfindən cəngavər statusu verildi.

Qara şahzadə Eduard
ing. Edward, the Black Prince
Şəxsi məlumatlar
Doğum tarixi 15 iyun 1330
Vəfat tarixi 8 iyun 1376 (45 yaşında)
Vəfat yeri
Vəfat səbəbi dizenteriya
Dəfn yeri
Atası III Eduard[1][3]
Uşaqları
Hərbi xidmət
Rütbəsi Cəngavər
Döyüşlər

Təltifləri Bant ordeni Cəngavər bakalavrı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1346-cı ildə Kresi döyüşündə, 1349-cu ildə isə Kale döyüşündə iştirak etdi. Puatye döyüşündə Fransa kralı II Conu əsir aldı və 1 il sonra İngiltərəyə qayıtdı. 1360-cı ildə Fransa ilə aparılan sülh müzakirələrində iştirak etdi. 1362-ci ildə Akvitaniya və Qaskoniya şahzadəsi olaraq təyin edildi ancaq yerli zadəganlar tərəfindən onun bu ünvanı tanınmadı. KastiliyaNavarra kralları ilə aparılan danışıqlarla bölgədə öz idarəçiliyini təmin etdi.

1371-ci ildə İngiltərəyə qayıdan Şahzadə Eduard ertəsi il Akvitaniya və Qaskoniya şahzadəsi ünvanından imtina etdi. 1376-cı ildə dizenteriya səbəbilə vəfat etdi və cənazəsi şəxsi əşyalarının qorunub saxlandığı Kenterberi kafedralına dəfn olundu.

  • Barber, Richard, ed. (1986), The Life and Campaigns of the Black Prince: from contemporary letters, diaries and chronicles, including Chandos Herald's Life of the Black Prince, Woodbridge: Boydell, ISBN 978-0-85115-435-0
  • Gribling, Barbara (2017), The Image of Edward the Black Prince in Georgian and Victorian England: negotiating the late medieval past, Woodbridge: Royal Historical Society, ISBN 978-0-86193-342-6
  • Witzel, Morgen; Livingstone, Marilyn (2018), The Black Prince and the Capture of a King: Poitiers 1356, Oxford: Casemate, ISBN 978-1-61200-451-8