Qoşaçay şəhristanı


Miyandoab şəhristanı (fars. شهرستان میاندوآب‎; azərb. Qoşaçay şəhristanı‎) — İran İslam Respublikasının Qərbi Azərbaycan ostanının (vilayətinin) 14 şəhristanından biri. Şəhristanın inzibati mərkəzi Miyandoab (Qoşaçay) şəhəridir.

Miyandoab şəhristanı
fars. شهرستان میاندوآب

36°57′ şm. e. 46°00′ ş. u.HGYO


Ölkə İran
Daxildir Qərbi Azərbaycan ostanı
İnzibati mərkəz Miyandoab
Ən böyük şəhərləri Miyandoab
Tarixi və coğrafiyası
Sahəsi 2 233[1] km²
Saat qurşağı UTC+3.30, yayda UTC+4.30
Əhalisi
Əhalisi 260 586 nəfər (2011)
Etnik tərkib Azərbaycanlılar, kürdlər[2][3]
Dini tərkib Müsəlman (şiə, sünni)
Rəsmi sayt
Miyandoab şəhristanı xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2006-cı ildə aparılmış əhalinin siyahıya alınmasının nəticələrinə görə şəhristanın əhalisi 245,158 nəfər (kişilər: 123,993 nəfər - qadınlar: 121,160 nəfər) olmuşdur[4]. Miyandoab şəhristanında əsasən Azərbaycan türkləri və çox az sayda kürdlər yaşayırlar.[5]

Şəhristanın adını aldığı Miyandoab (Qoşaçay) şəhərinin Azərbaycan türkcəsindəki adı olan Qoşaçay adı "cüt, iki dənə olan" mənalarını daşıyan "qoşa", və "təbii axar su" demək olan "çay" sözlərindən ibarətdir. Hazırkı rəsmi farsca adı olan Miyandoab adı isə "miyan" (orta, ortasında), "do" (iki), və "ab" (su) sözlərindən ibarətdir.

Hər iki ad şəhərin Zarrinehçay (farsca adı Zərrinərud) və Tatavu (farsca adı Siminərud) çayları arasında yerləşməsi ilə bağlıdır.

Miyandoab şəhristanının inzibati bölgüsü

[redaktə | mənbəni redaktə et]
  • Mərkəzi bəxşi
  • İnzibati mərkəzi: Miyandoab (Qoşaçay)
    • DEHİSTANLARI
      • Mərhəmətabad dehistanı
      • Mərhəmətabad-i Cənubi dehistanı
        • KƏNDLƏRİ: Çəlik, Çuğanlı, Daştəpə, Gərdərəş, Heyran, İlanlıtəpə, Cəfərabad-i Çəlik, Kürabad, Lələkli, Məlikabad, Mərvankəndi, Nəbikəndi, Nizamabad, Qalabüzürg (böyük), Qarapapaq, Şakurkəndi, Təpərəş, Təpəsarimi, Təzəkənd-i Lələkli
      • Mokriyan-i Şimali dehistanı
      • Zərrinərud dehistanı
        • KƏNDLƏRİ: Əlibəyli, Bağtaş, Dəvəçi, İslamtəpə, Hacıhəsən-i Xaləsə, Hacıhəsən-i Ülya, Carçılı, Cavadhisarı, Kosalar-i Ülya, Kosalar-i Süfla, Qırmızıxəlifə-i Ülya, Qırmızıxəlifə-i Süfla, Qüdrətkəndi, Satılmış-i Məhəmmədabad, Satılmış-i Məhəmmədli, Satılmış-i Topxana, Təzəkənd-i Hacıhəsən, Yarican-i Xaləsə, Yarican-i Ülya, Yarican-i Süfla
      • Zərrinərud-i Cənubi dehistanı
      • Zərrinərud-i Şimali dehistanı
  • Barıq bəxşi
  • İnzibati mərkəzi: Barıq
    • DEHİSTANLARI
      • Acurlu-i Qərbi dehistanı
        • KƏNDLƏRİ: Ağbulaq, Əhmədabad-i Qaşqagöz, Başaçıq, Başbulaq, Çaxırəhməd, İsmayılkəndi, Eyşgəh, Qozlu-i Ülya, Qozlu-i Süfla, Çapıqlı, Canağa, Məlhəmli, Məscid, Qaraboğaz, Qatardaş, Qavaqlı, Qoruqçu, Quçkəndi (~), Soğançı, Təkağac, Təzəkənd-i Ağbulaq, Yələkli, Yellibulaq, Yengicə, Zərənci
      • Acurlu-i Şərqi dehistanı
        • KƏNDLƏRİ: Amankəndi, Ağkənd, Arbat-i Ülya, Arbat-i Süfla, Atdərəsi, Badamlı, Böyükbulaq, Gözəlli, Göyxaraba, Hacıkəndi, Hisarlı, Heydərbağı, Maməkəndi, Məzrayə-i İşıqlı, Məhəmmədquluqışlaq, Nuxtalı, Ulamçı, Pətəkli, Qamışlı, Qurudərə, Təzəkənd, Tüpağac, Ortadərə, Yastıkənd, Yengikənd, Zağa
      • Barıq dehistanı
        • KƏNDLƏRİ: Əlibulağı, Əliyarkəndi, Əmirabad, Ağkənd-i Barıq, Aydişə, Çalıxamaz, Daşaltı, Qulsüleymanabad, Həmid, Mirzənizam, Nadirqulu, Novruzlu, Qarasaqqal, Qatar, Qırmızıbulaq, Qışlaq-i Novruzlu, Sayıncıq, Şorcabarıq, Şorcakürd
  • Mərhəmətabad bəxşi
  • İnzibati mərkəzi: Çaharbürc
    • DEHİSTANLARI
      • Mərhəmətabad-i Miyani dehistanı ("miyani" (farsca) = orta, ortada yerləşən)
        • KƏNDLƏRİ: İslamabad, Fəsəndüz, Firuzabad, Kürdkəndi, Muradxanlı, Qaragözlü
      • Mərhəmətabad-i Şimali dehistanı
        • KƏNDLƏRİ: Ağdaş, İbrahimhisarı, Xəzinəanbar-i Cədid ("cədid" (ərəbcə) = yeni), Xəzinəanbar-i Qədim ("qədim" (ərəbcə) = köhnə, qədim, əski), Mansurabad, Qıpçaq, Şabanlı, Uzunoba

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. گروه GIS سازمان مديريت و برنامه‏ريزي استان آذربايجان‏غربي. "1. اطلاعات مربوط به آخرين تقسيمات كشوري استان برحسب شهرستان: 1379" (fars). 2007-09-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-01.
  2. "شهرستان ها و روستاهای استان آذربایجان غربی" (fars). پایگاه اطلاع رسانی علی امیر آبادی فراهانی. 2013-10-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-02.
  3. "معرفی شهرستان" (fars). فرمانداری میاندوآب. 2016-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-02.
  4. "Statistical centre of Iran". 2009-04-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-04-24.
  5. "Miyandoab Şəhristanın Rəsmi Saytı". 2008-12-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-04-24.