Rauf Soltan oğlu Hacıyev (15 may 1922[2], Bakı[2] – 19 sentyabr 1995, Bakı) — Azərbaycan bəstəkarı və dövlət xadimi, Azərbaycan SSR mədəniyyət naziri (1965–1971), SSRİ xalq artisti (1978), Azərbaycan SSR xalq artisti (1964).
Rauf Hacıyev | |
---|---|
24 iyun 1965 – 19 fevral 1971 | |
Əvvəlki | Məmməd Qurbanov |
Sonrakı | Zakir Bağırov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (73 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Dəfn yeri | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | dirijor, bəstəkar, film bəstəkarı, siyasətçi, pianoçu |
Dini | islam |
Elmi fəaliyyəti | |
Elm sahəsi | musiqi[1], siyasət[1] |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Rauf Soltan oğlu Hacıyev 1922-ci il mayın 15-də Bakı şəhərində anadan olmuşdur. Üç yaşınadək gözləri görməyib, sonradan görmə qabiliyyəti açılıb. Onu Həsən bəy Zərdabinin ailə qurmayan qızı Qəribsoltan xanım Məlikova dörd yaşından götürüb saxlayıb.[3]
Raufun musiqi istedadı erkən yaşlarından özünü büruzə vermişdir. Qəribsoltan Məlikovanın himayəsi altında tərbiyə almış Raufun bəstəkarlıq sahəsində formalaşmasında Üzeyir Hacıbəyovun mühüm əhəmiyyəti var. Belə ki, Raufun fortepiano üçün pyeslərini ("Tarantella", "Dağıstan", "Ləzgihəngi") dinlədikdən sonra dahi bəstəkar onun fitri istedadını yüksək qiymətləndirmiş və il yarım onunla məşğul olandan sonra Rauf bir neçə mahnı bəstələmişdir. Onların arasında xüsusilə "Samur", "Mingəçevir", "Gənclik marşı" ona şöhrət gətirmişdir. Ilk gənclik məhsulu olan bu mahnılardan sonra mahnı janrı R. Hacıyevin yaradıcılığında aparıcı əhəmiyyət kəsb edir. Xüsusilə bəstəkarın həm ifaçılar, həm də musiqisevərlər arasında aşağıdakı mahnıları daha çox populyarlıq qazanır: "Sevgilim", "Mənim Azərbaycanım", "Lirik mahnı", "Bahar gəlir", "Sevimli şəhər", "Bakı haqqında mahnı", "Leyla", "Neft daşlarında", "Ceyran" və i.a.
O, 15-ə qədər filmə musiqi yazmışdır. Və hər bir filmdə olduqca çox musiqi parçaları mövcuddur. Gəlin onlardan bəzilərini yada salaq: "Əhməd hardadır", "Mən rəqs edəcəyəm", "Bir qalanın sirri", "Kölgələr sürünür", "Qara daşlar" və s. Bu filmlərdə musiqi obrazların dolğun təcəssümü, səmimiyyəti, gözəl melodikliyi, şəffaf orkestrləşdirməsi ilə fərqlənir.
R. Hacıyev 7 operetta yazmışdır. Təqdirəlayiqdir ki, onlardan beşi məhz Moskva Dövlət operetta teatrının səhnəsində tamaşaya qoyulmuşdur. Eyni zamanda bu operettalar keçmiş SSRI-nin mərkəz şəhərlərində uğurla öz səhnə təcəssümünü tapmışdır.
Sözün əsl mənasında, Rauf Hacıyevin istedadı daha çox operetta janrında parladı. Bəstəkarın operettaları respublikamızda bu janrın yeni səhifəsini açmışdır – desək, düz olar. Onun operettalarında vokal-simfonik, balet və estrada sənəti bir-birilə necə də üzvi surətdə çulğalaşır. Onun musiqi dilinin xalq musiqisi və müasir estrada üslubunun sintezindən ibarət olduğunu söyləmək lazımdır. Onun operettalarının mövzularını isə ən çox adamlarımızın gündəlik həyatı təşkil edir.
R. Hacıyevin Moskvada tamaşaya qoyulmuş ilk operettası "Romeo mənim qonşumdur (film, 1963)". Həmin əsər əvvəl Bakıda "Qonşular" adı ilə getmişdir. Əsər Moskvanın operetta teatrında müvəffəqiyyətlə göstərildikdə tamaşanın quruluşçu rejissoru A. Zaks operetta haqqında belə demişdir ki, bu Azərbaycan operettasını teatrımızın repertuarına salmağa bizi sövq edən onun mövzusunun yeniliyi və müasirliyi, R. Hacıyevin coşqun musiqi dili, sırf milli koloriti, əsl mənada müasir musiqi dilidir.
O da diqqətəlayiqdir ki, "Romeo mənim qonşumdur" operettası keçmiş SSRI respublikaları bəstəkarlarının əsərlərinə baxışda üçüncü mükafata layiq görülmüşdür. Ümumiyyətlə, "Romeo mənim qonşumdur" operettası 23 teatr səhnəsində tamaşaya qoyulmuşdur. Operettanı "Azərbaycanfilm" studiyası 1963-cü ildə rejissor Şamil Mahmudbəyovun quruluşunda ekranlaşdırmışdır.
R. Hacıyevin maraqlı operettalarından biri "Mənim məhəbbətim – Kuba"dır. Əsər Moskva Operetta teatrının sifarişi ilə yazılmışdır. Əlbəttə, Kuba haqqında mövzunu işləmək asan iş deyil, R. Hacıyev özü Kubada hec bir zaman olmamışdır, lakin onun qarşısında çətin bir vəzifə – Kuba xalqının milli xarakterini, musiqi sənətinin xüsusiyyətlərini açmaq vəzifəsi durmuşdu. Doğrudan da, operettanın musiqisi zövqlə yazılmışdır. Burada təqlidə yol verilməmişdir. Əsərdə musiqinin dramaturgiyasının əsasını üç melodiya təşkil edir. Bunlar Kubaya məhəbbət, vətənpərvərlik andı və Raul ilə Deliyanın məhəbbət hisslərini təcəssüm etdirən melodiyalardır. Bəstəkar Paçanqa bayramının rəqs səhnələrini də maraqlı musiqi boyaları ilə yaratmışdır. O, maqnitofonda yazılmış əsl Kuba melodiyalarını tamaşanın musiqi ahənginə səriştə ilə daxil edə bilmişdir.
Rauf Hacıyevin rəğbətlə qarşılanan səhnə əsərlərindən "Dördüncü fəqərə", "Qafqaz əsiri", "Ana, mən evlənirəm", "Yolayrıcında" operettalarıdır.
"Dördüncü fəqərə" Finlandiyanın satirik yazıçısı Marti Larninin eyni adlı romanı əsasında yazılmışdır. Əsər əvvəlki operettalardan fərqli olaraq məişət komediyası səciyyəsindədir. Bəstəkar kəskin siyasi – ictimai qayəli operetta yaratmaga nail olmuşdur.
Onu da deyək ki, Marti Larni operettanın premyerasına gələ bilməmişdi, lakin o, bu əsərə yaxşı bələd idi. Cünki, 1969-cu ildə yazıçı Azərbaycanda olarkən R. Hacıyev yazdığı operettadan bir çox nömrəni onun üçün nümayiş etdirmişdi. M. Larni bu ecazkar musiqiyə qulaq asandan sonra demişdi: "Bu, gözəl, müasir musiqidir. O, təkcə əsərin əsas qayəsini əks etdirmir, həmçinin öz ifadə vasitələrilə əsəri daha da zənginləşdirir".
Təqdirəlayiqdir ki, "Qafqaz əsiri" operettasının Moskva operetta teatrında tamaşa təcəssümündə iştirak edən yaradıcı heyət əsasən azərbaycanlılardan ibarətdir. Rejissor – Fikrət Sultanov, rəssam – Adil Quliyev, baletmeysterlər – Rəfiqə Axundova və Maqsud Məmmədov, dirijor – Elmar Abusəlimov.
70-ci illərin sonunda R. Hacıyevin daha bir yeni operettası "Ana, mən evlənirəm" Moskva operetta teatrında tamaşaya qoyulur. Əsər tez bir zamanda özünə geniş rəğbət qazanır. Çünki, həminə olduğu kimi bəstəkar təzə operettasında yenə də aktual məsələlər qaldırır. Bunlar gənc nəslin tərbiyəsi, onların öz həyat yolunu düzgün seçməsi məsələləridir.
Rauf Hacıyevin bütün operettaları kimi bu operettasında da musiqi aparıcı amildir. Əsərin kompozisiya, dramaturji planı diqqəti cəlb edir. Musiqi operettada milli xalq rəqslərinin ritmləri ilə rövnəqlənmişdir. Bu cəhət səhnə əsərinə bütövlükdə ehtizaz, nikbinlik, şənlik, xoş əhvali-ruhiyyə aşılayır. Bu baxımdan əsərin partiturası çox zəngin alınmışdır.
1982-ci ildə Moskva operetta teatrında "Yolayrıcında" operettası öz səhnə təcəssümünü tapdı. Rejissorlar – Y. Petrov, F. Hacıyev, Z. Hacıyeva, dirijor – E. Abusəlimov, rəssam – F. Qafarov idi.
R. Hacıyevin axırınçı operettası Üzeyir Hacıbəyovun anadan olmasının 100 illiyinə həsr olunmuş "Ordan-burdan" əsəridir. Xüsusi olaraq Azərbaycan televiziyası və radio verilişləri şirkətinin sifarişi ilə yazılmış və televiziya tamaşası üçün nəzərdə tutulmuş həmin operetta müəllifin musiqili səhnə formalarını mavi ekrana keçirmək işində maraqlı təcrübə oldu.
Operetta janrında çalışmaqla yanaşı R. Hacıyev musiqili teatrın başqa janrlarında da öz qələmini sınamışdır. 60-cı illərdə o, opera və baletlə də maraqlanırdı. Belə ki, 60-cı illərin sonunda balet janrında daha intensiv çalışmağa başlayır. Bunun nəticəsində R. Hacıyev əvvəl iki xoreoqrafik miniatür – "Ləzgihəngi" və "Yallı"nı bəstələyir. Hər iki əsər ayrı-ayrılıqda parlaq səciyyəli kompozisiya-lövhələrdir. Xalq rəqs ənənələri əsasında qurulmuş bu əsərlərdə müəllif istər melodik, istərsə də ritmik məziyyətləri qabarıqlıqla acıb göstərə bilmişdir.
1969-cu ildə "Ləzgihəngi" (quruluşçu-baletmeysterlər – R. Axundova və M. Məmmədovdur) Parisdə və Fransanın bir çox şəhərlərində, eləcə də Lüksenburq və Monakoda göstərilmiş və tamaşaçıların rəğbətini qazanmışdır. Bu zaman Fransada VII Beynəlxalq rəqs festivalı keçirilir. Və bu əsər Azərbaycan Dövlət opera və balet teatrının balet truppasının proqramına salınmışdı.
1971-ci ildə R. Hacıyev xaricə işləməyə gedir. O, Mədəniyyət Nazirliyinin göndərişi ilə Əlcəzair Respublikasında mədəniyyət qrupuna rəhbərlik edir. Bu qrupun əsas məqsədi Əlcəzairdə musiqi təhsilinə, milli musiqiçi kadrlarının hazırlanmasına kömək göstərmək idi. Bununla əlaqədar R. Hacıyev və onun həmkarları istər Əlcəzair Milli Konservatoriyasında, istərsə də Buduau şəhərində yeni açılmış musiqi məktəbində müəllim kimi çalışırlar.[4]
Əlcəzairdə işlərkən R. Hacıyev eyni zamanda bu ölkənin mədəniyyət tarixini də dərindən öyrənir, xalq musiqi nümunələrini toplayıb nota köçürür, onların məqam, melodik və ritmik xüsusiyyətlərini mənimsəyir. O, topladığı lirik havalar əsasında öz tələbələri üçün tədris repertuarı kimi bir sıra orijinal instrumental əsərlər bəstələyir. Onu da deyək ki, Əlcəzairdə ilk dram teatrı acıldıqdan sonra orada Milli musiqi teatrı da fəaliyyət göstərirdi. Həmin teatrın nəzdində balet truppası və milli xalq rəqsləri ansamblı da var idi. Bu milli teatr kollektivi üçün ilk baleti Rauf Hacıyev özü yazır. "Üç inqilab" adlanan bu balet Əlcəzair Mədəniyyət Nazirliyinin sifarişi ilə bəstələnmişdir. Bu baleti Əlcəzair tamaşaçıları böyük rəğbətlə qarşıladılar. Əsərdə əsarətdən azad olmuş Əlcəzair xaqlının yeni həyat quruculuğuna qədəm qoymasından söz açılır. İlk baletin uğurlarından ruhlanan Hacıyev daha sonra "Alov" və "Hürriyət" adlı baletlərini də inqilab mövzusuna həsr edir. Baletdə Əlcəzair xalqının müstəqillik uğrunda mübarizəsindən söz açılır. Bu əsər Əlcəzair inqilabının tarixinə həsr olunmuşdur. Tamaşanın özünəməxsus musiqisi də diqqəti çəlb edir. Müəllif baletdə xalq mahnılarından, inqilabi mahnılardan, milli himndən sitat şəklində istifadə etmişdir.
Müəllif özü bu haqda belə yazır: "Ən əvvəl mən musiqi folklorunun öyrənilməsinə başladım. Ölkə üzrə səyahət zamanı tanınmış müğənni və instrumental musiqiçilərlə görüşlər, xalq mahnılarının və nubaların öyrənilməsi və təhlili mənə bu materialı mənimsəməyə kömək etdi. Bu cür hazırlıq işindən sonra mən "Əlcəzair silsiləsi"ndən bir neçə əsər yazmağı qərarlaşdırdım. Bu silsiləyə skripka ilə orkestr üçün Konsert, fortepiano ilə müxtəlif musiqi alətləri üçün Pyeslər, orkestr və xor üçün 15 xalq mahnılarının işlənməsi, Əlcəzair süitası daxildir."
R. Hacıyev 60-cı illərdən başlayaraq ictimai işlərdə də fəal çalışmışdır. O, 1964-cü ildə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına direktor, 1965-ci ildə isə Azərbaycan Respublikasının Mədəniyyət Naziri təyin olunur. Nazir işlədiyi illərdə onun təşəbbüsü ilə Azərbaycan Dövlət xor kapellası, Mahnı Teatrı, Azərbaycan Dövlət rəqs ansamblı, eləcə də dünyada birinci Xalçaçılıq muzeyi açılır. Azərbaycan Bəstəkarlar İttifaqının V qupultayında idarə heyətinin birinci katibi, VI qurultayda isə idarə heyətinin katibi seçilmişdir.
"Səməd Vurğun" kantatası