Riçard Makkey Rorti (ing. Richard McKay Rorty; 4 oktyabr 1931[1][2][…], Nyu-York, Nyu-York ştatı[4] – 8 iyun 2007[3][1][…], Palo-Alto[d], Kaliforniya) — ABŞ filosofu. Analitik fəlsəfənin nümayəndələrindən biri. Prinston Universitetinin professoru idi.
Riçard Rorti | |
---|---|
ing. Richard McKay Rorty | |
Doğum tarixi | 4 oktyabr 1931[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 8 iyun 2007[3][1][…] (75 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | mədəaltı vəzin xərçəngi |
Elm sahələri | fəlsəfə, praqmatizm |
İş yerləri | |
Təhsili | |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Riçard Makkey Rorti 4 oktyabr 1931-ci ildə ABŞ-nin Nyu-York şəhərində anadan olmuşdu. Onun valideynləri Ceyms və Uinifred Rorti yazıçı və sosial-demokratlar idilər. Çikaqo Universitetində oxumuşdu.
Riçard Rorti 8 iyun 2007-ci ildə Palo-Alto şəhərində vəfat edib.
Bir çox digər fransız postmodernistlərdən fərqli olaraq Rorti bir amerikan olaraq incəsənətdən daha çox, praqmatizmə meyilli idi.
Onun nöqteyi‐nəzərincə, bilik fəaliyyətə xidmət etməlidir, fəlsəfə dünyanın hansısa mahiyyətinin, başlanğıcının axtarışında olmamalıdır, insan fəaliyyəti üçün vasitələr axtarib‐tapmalıdır.
Bir sıra tənqidçilər və müəlliflər Rortinun praqmatizm yönlü fəlsəfəsini Qərb sivilizasiyasının fundamental dəyərlərinə və rasionalist ənənələrinə qarşı üsyan kimi qiymətləndirsələr də, Rorti müasir fəlsəfənin klassiklərindən biri olaraq qalmaqdadır, təbii ki, özünün amerikansayağı düşüncə üslubu ilə.
Baumanın ardıcılı
Bauman sosioloji və fəlsəfi biliyin formalaşmasında başqa təmayülü interpretasiya edən ağlın strategiyasından da yazır. Bu mövqenin nümayəndələri belə bir fikri qəbul edirlər ki, hər hansı bir obyektin tədqiqi bu obyektin dəyişilməsinə səbəb olsa da, yadda saxlamaq lazımdır ki, onun ilkin forması heç də köhnəlməyib, yaşamaq hüququnu itirməyib. Qanunverici yanaşma monoloqa bənzəyirsə, belə yanaşma dialoqa bənzəyir. Bu cərəyanın strategiyasını işləyib hazırlayanlar — Freyd, Haydegger, Vitgenşteyn, Qadamer, Rikkert və Derrida olublar, davamçısı isə Riçard Rortidir. Burada ən çox gözə çarpan ənənə hermenevtikadır. Hermenevtika əvvəldən axıradək interpretasiya ilə bağlıdır, lakin sonuncu onunla bitmir.