Arazova Roza Binnət qızı — Xəzər Universiteti nəzdində Tarix və Arxeologiya departamentinin müdiri, tarix elmləri üzrə fəlsəfə doktoru, dosent.
Roza Arazova | |
---|---|
Roza Binnət qızı Arazova | |
Doğum tarixi | |
Doğum yeri | Aşağı Körpülü, Noyemberyan rayonu, Ermənistan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elmi dərəcəsi | tarix elmləri üzrə fəlsəfə doktoru |
Elmi adı | dosent |
İş yeri | Xəzər Universiteti |
Təhsili | Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsi |
Arazova Roza Binnət qızı 15 aprel 1947-ci ildə Ermənistan SSR Noyemberyan rayonun Aşağı Körpülü kəndində anadan olmuşdur.
1965-ci ildə Ukraynanın Donetsk vilayətinin, Krasnoarmeysk şəhərində orta məktəbi, 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakultəsi fərqlənmə diplomu ilə bitirmişdir.
1968-1970- cil illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Tarix İnstitutunun Arxeologiya şöbəsində laborant vəzifəsində, 1970-1973- cü illərdə isə Tarix İnstitutunun aspirantı olmuşdur. 1974- cü ildə Azərbaycanın qədim dövr arxeologiyası üzrə tarix elmləri namizədi elmi dərəcəsini almışdır. 1974-1980- ci illərdə Arxeologiya və Etnoqrafiya sektorunda (indi MEA Arxeologiya və Etnoqrafiya İnstitutu) elmi işçi vəzifəsində çalışmışdır. 1980-1995-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universiteti) baş müəllim kimi dosent vəzifəsində işləmişdir.
1991- ci ildən Xəzər Universitetində dosent vəzifəsində, 1993- cü ildən bu günə qədər Tarix və arxeologiya departamentinin müdiri vəzifəsində çalışır. 1999- cu ildən Xəzər Universitetində nəşr olunan "Azərbaycan arxeologiyası" jurnalının baş redaktorunun müavinidir.
60-dan çox elmi məqalənin, 2 elmi monoqrafiyanın, 2 dərslik və metodik vəsaitin müəllifidir. Roza Arazovanın elmi axtarışları Cənubi Qafqazda, o cümlədən Azərbaycanda, e.ə. VI-IV min. qədim əkinçilik mədəniyyəti, istehsal təsərrüfatı və əmək alətlərinin öyrənilməsinə həsr edilmişdir. Bu elmi araşdırmalarla əlaqədar olaraq müəllif ilk dəfə Azərbaycan arxeologiyasında eksperimental- trasoloji üsuldan geniş istifadə etmişdir. Roza Arazova Rusiyada, Moldovada, Baltikayanı dövlətlərdə, Orta Asiyada aparılan arxeoloji ekspedisiyalarda və bir sıra beynəlxalq elmi konfrans və simpoziumlarda (İtaliya, Almaniya, Rusiya) iştirak etmişdir.
1. Каменные орудия труда земледельческого-скотоводческих племен западного Азербайджана,Баку, Элм, 1986. 2. Археологические памятники северо-восточного Азербайджана, Баку, Элм, 1991 (şərikli müəlliflik- Xəlilov C.A., Qoşqarlı Q.O.). 3. Köməkçi tarixi fənlər, Bakı, Xəzər Univetsitəsi Nəşriyyatı, 2001 (şərikli müəlliflik- Tarix Dostiyev). 4. Об использовании битума в древнем Азербайджане. – Советская археология, Москва, 1981, № 1 5. Прогресс в развитии хозяйства поселения Аликемектепеси (по данным трасологического изучения каменной индустрии). – Сборник: "Технологический и культурный прогресс в раннезем-ледельческую эпоху". Тезисы докладов. Ашхабад, 1987. 6. Взаимосвязи раннеземледельческих культур Азербайджана с Передней Азией. Azərbaycan çoxəsrli qarşılıqlı mədəni əlaqələrdə. Dördüncü Bakı Beynəlxalq Simpoziumunun məruzələrinin məcmuəsi. Bakı,1999. 7. Экспериментально- трасологический анализ орудий труда из раннеземледельческих памятников Азербайджана. – Azərbaycan arxeologiyası, 1999, N-1,2. 8. Трасологический анализ орудий труда из раннеземледельческих памятников Азербайджана.-Современные экспериментально- трасологические и технико-технологические разроботки в археологии. – Первые Семеновские чтения. Санкт- Петербург, 1999. 9. Значение экспериментально-трасологического изучения раннеземледельческих комплексов Азербайджана.- Международная научная конференция "Археология и этнография Кавказа", Баку, 2000. 10. Сравнительное изучение древнейших раннеземледельческих комплексов Азербайджана и Туркменистана. – Культурное наследие Туркменистана (глубинные истоки и современные перспективы). – Материалы Международной научной конференции. Ашгабат-Санкт- Петербург, 2000. 11. Трасологические разработки Г.Ф.Коробковой по материалам Кавказа и изучение раннезем-ледельческих комплексов Азербайджана. – Петербургская трасологическая школа и изучение древних культур Евразии. В честь юбилея Г.Ф.Коробковой, Санкт- Петербург, 2003. 12. Орудия труда и проблема выделения домашних производств раннеземледельческих памятников Азербайджана. – Археология, этнология, фольклористика Кавказа.- Международная научная конференция, Баку, 2005. 13. Археологические комплексы древнейшей земледельческой культуры Азербайджана и их параллели на Ближнем Востоке. – Azərbaycan arxeologiyası, Xəzər Universiteti, 2007, N-3,4. 14. Домашние производства древнеземледельческих обществ Азербайджана. – Международная научная конференция "Древнейший Джейтун- центр раннего земледелия". Ашгабат, 2009. 15. Obsidian in the productive activity of early farming communities of the Southern Caucasus. – Von Majkop bis Trialeti. Gewinnung und Verbreitung von Metallen und Obsidian in Kaukasien im 4.-2. Jt.v. Chr. Internationalen Symposiums in Berlin vom 1.-3. Juni 2006. Dr. Rubolt Habelt GmbH. Bonn.